Ədviyyatlar əsasında təbii məlhəm: əzələ ağrılarına son

Müəllif: adsiz-a
Şərhlər: 3
Baxılıb: 3 465
Səs ver:
(səs: 1)
Qədim zamanlarda Şərqdə bir çox xəstəlikləri ədviyyatların köməyi ilə müalicə edirdilər.
xardal soyuqdəymə, cirə öskürək zamanı, keşniş toxumu sakiləşdirici kimi istifadə olunurdu və s.
Qədim təbiblər soyuqdəymə, gərginliklə bağlı olan əzələ ağrıları zamanı ədviyyatlar əsasında hazırlanan çox effektli təbii vasitə istifadə edirdilər. Bu vasitənin reseptini sizə təqdim edirik.
İnqrediyentlər:
- 1/2 stəkan zeytun yağı
- 1/3 çay qaşığı üyüdülmüş keşniş toxumu
- 1/3 çay qaşığı üyüdülmüş zəncəfil
- 1/3 çay qaşığı üyüdülmüş darçın
- 1/3 üyüdülmüş cövüz
- 1/4 çay qaşığı qara istiot
- 1/4 çay qaşığı üyüdülmüş xardal
Hazırlanması:
Yağı su hamamında qızdırın, içinə ədviyyatları tökün, yaxşı qarışdırın və 5-7 dəqiqə ərzində su hamamında saxlayın. Soyudun və ilıq halda ağrıyan əzələyə çəkib massaj edin.
Yağı tünd rəngdə şüşə qaba tökün və sərin yerdə (soyuducuda yox!) saxlayın.
Bu məlhəmi həmçinin öskürək zamanı yatmazdan əvvəl döş nahiyəsinə çəkmək olar.
Soyuqdəymə zamanı bu müalicəvi yağı yatmazdan əvvəl pəncələrə çəkin, massaj edin və isti corab geyinin.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 465
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri