Qış aylarında ortaya çıxan boğaz ağrıları farengit,larengıt kimi infeksiya problemləri hamımızın başına gəlir və qəbul etdiyiz dərmanlarla bərabər boğaz pastilleri də istifadə edirik.
Lazım olan ərzaqlar:
1 fincan şəkər
yarım fincan su
1 şorba qaşığı limon suyu
1 şorba qaşığı bal
1 çay qaşığı zəncəfil tozu
1 çay qaşığı əzilmiş mixək
Hazırlanması:
Bütün vəsaitləri bir qazana qoyub ocaqda 15-20 dəqiqə qaynadın ocaqdan götürün və soyudun, soyuyunca tünd bir konsistensiya halına gələcəkdir daha sonra soba nimçəsinə yağlı kağız sərib qaşıq köməyi ilə damladaraq tökün və bu şəkildə soyumağa buraxın soyuduqdan sonra üzərinə pudra şəkəri səpin. Pastilləriniz hazırdır.