Qurd
xəstəlikləri həm uşaqlarda, həm də böyüklərdə ən yayılmış
xəstəliklərdən biridir. Uşaqların, demək olar, 100%-i qurdlara yoluxur.
Qurdları
orqanizmdən təmizləmək üçün çoxlu sayda dərmanlar var. Lakin bəzi xalq
təbabəti vasitələri effektivliyinə görə bu dərmanlardan heç də geri
qalmır. Həmçinin belə təbii vasitələrin heç bir yanaşı və əks-təsiri
yoxdur.
Sizə ən tanınmış vasitələrdən birinin reseptini təqdim edirik.
Tərkib:
- 200 qr təmizlənməmiş balqabaq tumları
- 5-6 diş sarımsaq
- 2 x.q. təbii bal.
Hazırlanması:
1. Balqabaq tumları quru tavada bir qədər qızardılır, təmizlənir və blenderdə əzilir.
2. Sarımsaq təmizlənir, sarımsağəzənlə əzilir, əzilmiş tumlara əlavə olunur, qarışdırılır.
3. Kütləyə bal əlavə olunur, yaxşı qarışdırılır, 12 saat ərzində sərin qaranlıq yerdə saxlanılır.
İstifadəsi:
Hər
gün acqarına səhər yeməyindən ən azı 30 dəqiqə əvvəl qəbul olunur.
Böyüklər 1 x.q., uşaqlar 1 ç.q. qəbul etməlidir. Müalicə kursu 3-4 gün.