Arıqladan, immuniteti gücləndirən ən faydılı süd

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 2 639
Səs ver:
(səs: 2)
Sağlam qidalanmaya olan marağın artmasıyla birlikdə bir çox məhsullar arasında rəqabət də yüksəlib. Bu sıradan son zamanlar önə çıxan qidaların biri də keçi südüdür.
İnək südünə alternativ olaraq göstərilən keçi südünün faydaları haqqında türkiyəli dietoloq Oya Neva Demirkol danışıb.
İnsanların əksəriyyəti əsasən inək südünə üstünlük versə də, son araşdırmalar keçi südünün sağlamlığa daha çox xeyri olduğunu sübut edib. Dietoloq ilk növbədə keçi südünün digər ağartı məhsullarına nisbətən daha çox kalsium ehtiva etdiyini vurğulayır: "Keçi südü inək südündən daha çox kalsium tərkibinə malikdir. Bu da sağlam sümük quruluşunun inkişafında və osteoporoza qarşı qorumada böyük rol oynayır. Keçi südü kalsiumla yanaşı fosfor, maqnezium, A vitamini, selenium, kalium və B qrupu vitaminlərə də malikdir. Bir stəkanı keçi südü gündəlik kalsium ehtiyacının az qala yarısını və B vitamini ehtiyacının 20%-i qarşılaya bilir”.

Arıqlamağa kömək edir
Keçi südünün inək südündən daha çox kalorili olması sizi qorxutmasın. Çünki bu südün tərkibindəki faydalı yağ turşuları arıqlamağa və maddələr mübadiləsini sürətləndirməyə yardım edir. Tərkibindəki faydalı yağ turşuları sayəsində ürək və damar sağlamlığının qorunmasına da kömək olur: "Yüksək kalium tərkibi sayəsində keçi südü damarların genişlənməsinə və təzyiqin salınmasına da faydalıdır. Keçi südü həmçinin immunitet sistemini gücləndirir. Tərkibindəki selenium sayəsində immunitet sisteminin sağlam işini təmin edir və bədəni xəstəliklərə qarşı qoruyur. Yüksək protein tərkibli keçi südü bədənin metabolik fəaliyyətləri yerinə yetirməsinə kömək olur”.
 
Ana südünə yaxındır
Keçi südü ana südünə ən yaxın süddür. Bu oxşarlığı həm qidalandırıcı, həm də asan həzm edilən xüsusiyyətindən irəli gəlir. Kiçik yağ molekullarına sahib olan keçi südü  inək südünə nisbətən daha rahat və asan həzm edilir. Üstəlik, keçi südünün tərkibindəki zülal ana südündəki bənzər xüsusiyyətlərə malikdir. Asan həzm olunması, xüsusilə laktoza dəyəri keçi südünü inək südü içə bilməyənlər üçün daha dəyərli edir. Çünki keçi südündəki laktoz nisbəti inək südünə nisbətən daha azdır: "Əslində həzmi asan olan və olduqca qidalandırıcı xüsusiyyətə malik keçi südünü yaşından asılı olmayaraq hər kəs içə bilər. Lakin bu südün tərkibində B12 və fol turşusu kasad olduğu üçün körpələrə və uşaqlara verilərkən diqqətli olmaq lazımdır. Tez-tez keçi südü içən uşaqlar və böyüklər qansızlıq riskinə qarşı qidalar yeyirsə, keçi südü seçiminin hər hansı bir qorxusu yoxdur. Ehtiyatı əldən verməmək üçün isə qansızlıq problemi riskindən uzaq durmaq üçün körpənizə 1 yaşından əvvəl keçi südü vermək məsləhət deyil. İrəli yaşlarda isə uşaqların qidalanmasına diqqətli olmaq şərtilə keçi südü içməsi mümkündür”.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 639
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri