Tənəffüs yollarındakı tıxanıqlığa qarşı xalq təbabəti üsülları

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 2 778
Səs ver:
(səs: 2)
Tənəffüs yollarınızda müxtəlif səbəblərdən baş verən tıxanıqlığın və nəfəs aldığınız vaxt yaranan xırıltının qarşısını nəcə ala biləcəyinizi heç bilirsiniz?

Xırıltıdan xilas olmağın ən sürətli yolu buxar terapiyasıdır. Buxar bəlğəm və selikdən xilas olmağı təmin edərək, tənəffüs yollarından tıxanıqlığı azaldacaq.

Bunun üçün geniş bir qaba qaynar suyu doldurun. İstəsəniz bir neçə damla efir yağı əlavə edin. Nanə yağı və ya evkalipt yağı da işinizə yaraya bilər. Buxarın yayılmaması üçün başınıza bir dəsmal örtüb qaba doğru əyilib, dərindən nəfəs alın. 10-15 dəqiqə ərzində buxarı içinizə çəkməyə davam edin.

İsti duş
Buxar müalicəsi kimi, isti bir duş da nəfəsi açmaq və xırıltını azaltmaq üçün təsirli bir üsuldur. İsti duş selikli qişanın nəmlə yüngülləşməsini təmin edərək, tənəffüs yollarını açacaq.

Hamamda saunaya bənzər bir mühit yaratmaq üçün duş kabinasının qapısını bağlayıb isti suyu açın. 5-10 dəqiqə duş qəbul edin. Gündə 2-3 dəfə təkrarlaya bilərsiniz.

İsti içkilər
Hər cür isti içki bədəninizin su ehtiyacını təmin etməyə kömək edəcək. İsti içkilər içmək tənəffüs yollarını rahatlaşdırır, xırıltını azaldır.

Ən yaxşı üsul bir miqdar limon suyu ilə isti su içməkdir. Zəncəfil, çobanyastığı və ya biyan kökü kimi bitki çayları da işinizə yaraya bilər. Başqa bir üsul isə isti şorba. Ancaq kremli çorbalardan çəkinin!

Alma sirkəsi
Ən yaxşı nəticəni əldə etmək üçün orqanik alma sirkəsi istifadə etməlisiniz. Alma sirkəsi orqanizmin pH səviyyəsini təmin etməyə və toksinlərin atılmasına kömək edir. Eyni zamanda tərkibindəki qidalandırıcı maddələr tənəffüs sisteminə kömək edir.

2 yemək qaşığı orqanik alma sirkəsini bir stəkan suya əlavə edib qarışdırın. 1 qaşıq da bal əlavə etdikdən sonra, gündə 2 dəfə için.

Zəncəfil
Tənəffüs yolları üçün ən yaxşı bitkilərdən biri də zəncəfildir. İltihaba qarşı tərkibi ilə zəncəfil tənəffüs yollarındakı daralmanın qarşısını alır, iltihabın təmizlənməsinə kömək edir. Eyni zamanda əzələ boşaldıcı xüsusiyyətiylə sinə daralmasına təsirlidir.

Hər gün 2-3 stəkan isti zəncəfil çayı için. Çayı hazırlamaq üçün 1 yemək qaşığı zəncəfil dilimini 1 stəkan qaynar suya əlavə edib ağzını bağlayın. 10 dəqiqə dəmləndikdən sonra süzüb isti-isti için.

Sarımsaq
Sarımsaq yalnız xırıltı üçün yox, astma və öskürək müalicəsində də təsirlidir. Antioksidant təsirə malik sarımsaq sərbəst radikalları neytral vəziyyətə gətirə bilir, tənəffüs yollarındakı tıxanıqlığı azaldır, nəfəsinizi açır, astmatik hücumların qarşısını alır.

3-4 diş sarımsağı əzib 1 stəkan su və ya südlə qaynadın. Soyumasını gözlədikdən sonra gündə 2-3 dəfə için və ya gündə iki dəfə 1 diş sarımsaqla 1 çay qaşığı bal yeyin.

Evkalipt yağı
Tıxanmış tənəffüs yollarını açan evkalipt yağı xırıltını yüngülləşdirir. İltihaba, antibakterial və durğunluğa qarşı tərkibə malik evkalipt yağı sizi rahatlaşdırar, stressinizi də azaldar.

Bir neçə damla evkalipt yağını kağız dəsmala damladıb yatanda başınızın yaxınlığında bir yerə qoysanız, daha asan nəfəs ala bilərsiniz. Yaxud bir dəmlik qaynar suya bir neçə damla evkalipt yağı damladıb 10 dəqiqə ərzində buxarını içinizə çəkin. Evkalipt yağını sinənizə masaj etmək üçün də istifadə edə bilərsiniz. Daha sonra ilıq, yaş bir dəsmalı sinənizə qoyub 10-15 dəqiqəyə qədər saxlayın.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 778
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri