Uşaqlarda qusma halları zamanı nə etməli? - HƏKİM MƏSLƏHƏTLƏRİ

Müəllif: _Gunay_
Şərhlər: 3
Baxılıb: 6 121
Səs ver:
(səs: 0)
Havaların isti keçdiyi bu günlərdə uşaqlarda mədə-bağırsaq problemlərinə rast gəlinir. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Sənubər Vəliyeva bildirib ki, isti halarda mədə-bağırsaq traktında ferment istehsalı azalır. Belə günlərdə soyuq içkilərin qəbulu, meyvə, dondurmadan istifadənin çoxalması mədə-bağırsaq pozulmaları əmələ gətirir. Onun sözlərinə görə, mədə-bağırsaqda yaranan bu cür problemlər infeksiyalardan da baş verə bilər: “Lakin aparılan epidemioloji təqdiqatlar onu göstərir ki, beş yaşadək uşaqlarda viris infeksiyası müşahidə edilir. Həmin infeksiya kəskin qostrintitlər yaradır. Beş yaşından yuxarı uşaqlarda isə bakterial infeksiyalar olur, dizenteriya və s. kimi. Yəni beş yaşadək uşaqlarda bakterial infeksiyaların olması etimalı azdır”.

S.Vəliyeva bildirib ki, hər bir ana uşaqda qusma və diareya zamanı ilk tibbi yardım etməyi bilməlidir. Onun dediyinə görə, uşaqlarda qusma və qarınişləmə halları müşahidə edilən zaman ilk növbədə onlarda su-elektraliz balansını bərpa etmək lazımdır: “Bunun üçün apteklərdə satılan məhlullardan istifadə etmək olar. Həmin məhlullar qablaşdırmalarında yazılan təyinata uyğun olaraq suya qarışdırılır və hər dəqiqədən bir - bir çay qaşığı olmaqla uşağa içirdilir. Həmin məhlul bir-iki dəqiqə ərzində qida borusuna, mədənin selikli qişasınına təmas edir və maye sorulur. Artıq uşağın qusması dayanır. Bu, venadaxili sistemi əvəz edir”.

Həkim onu da qeyd edib ki, belə hallarda venadaxili sistemdən istifadə məsləhət deyil: “Venadaxili sistemlərdən yalnız orta ağır və ağır vəziyyətdə olan xəstələr üçün istifadə edilməlidir. Birdə o hallarda istifadə edilə bilər ki, uşağa maye içirmək mümkün deyil. Qalan bütün yüngül və bəzi orta-ağır hallarda ev şəraitində teraral-hidrotatsiya üsulu ilə su-elektraliz balansını bərpa etmək olar”.

S.Vəliyeva qusma və diareyaya qarşı ev şəraitində hazırlana biləcək vasitələr barədə də məlumat verib: “Bəzən valideynlər uşaqlarında yaranan belə problemlərlə bağlı həkimə gec saatlarda müraciət edirlər. Əgər aptek bağlıdırsa, ya da uzaq bir məsadəfəsinizsə, ev şəraitində də bəzi tədbirlər görmək mümkündür. Məsələn, albuxara ilə ağ kişmişi yaxşı yuduqdan sonra az şəkərdən istifadə etməklə onlardan kampot hazırlayıb uşağa vermək olar. İstifadə qaydası hər dəqiqədən bir uşağa bir çay qaşığı içirtməkdir. Zoğal suyu da belə vəziyyətlərdə çox faydalıdır. Valideynlər bilməlidirlər ki, diareya və qusma problemləri olan uşaqlara 4-6 saat ərzində qida vermək olmaz. Bəzən valideynlər elə bilirlər ki, uşaq qaytarıbsa, mütləq yeməyə ehtiyacı var. Amma bu, belə deyil. Belə hallarda uşağa yalnız iki dəqiqədən bir su verilməlidir”.

Qusma və qarınişləmə böyük yaşlı uşaqarda baş verərsə, bu zaman Ümümdünya Səhiyyə Təşkilatının “bras” adlı pəhrizindən istifadə etmək olar. Həkimin sözlərinə görə, bu pəhrizə banan, düyü, alma və suxari daxildir: “Xəstəliyin birinci günü bu dörd ərzaqdan başqa uşağa heç nə vermək olmaz. Adətən belə hallarda daha çox işlətdiyimiz düyü həlimi və yumurtaya ehtiyac yoxdur. Düyüdən həlim hazırlamaq əvəzinə ondan “çəkmə aş” bişirmək daha düzgündür. Almanın qabığını soymaq və sürtgəcdən keçirmək lazımdır. Alma bağırsaqlardakı bütün toksinləri sovurur və bədəndən xaric edir. Bunları həkimə müraciət etmədən ev şəraitində ilkin tibbi yardım kimi etmək olar. Əgər uşaq maye içməkdən imtina edirsə, hökmən təcili yardıma və həkimə müraciət etmək lazımdır ki, xəstədə su itkiləri çox olmasın
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 6 121
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri