Zobun bilmədiyiniz əlamətləri

Müəllif: _Mrs_
Şərhlər: 2
Baxılıb: 6 802
Səs ver:
(səs: 0)
Qalxanvari vəzi orqanizmdə bir çox prosesləri kontrol edir. Bu səbəbdən bu orqanın xəstəlikləri də özünü müxtəlif simptomlarla büruzə verir.
Bəzən bu simptomlar digər xəstəliklərin simptomları ilə qarışdırılır və insan səhv müalicə alır. Yalnız endokrinoloqa müraciət etdikdən sonra məlum olur ki, bu el arasında "zob xəstəliyi" kimi tanınan qalxanvari vəzi xəstəliyidir.

Boğazda göynəmələr
Boğazda göynəmələr çox vaxt soyuqdəymə və ya qripin əlaməti olur. Lakin boğazda göynəmələr bəzən qalxanabənzər vəzdə olan pozuntular, törəmələr və düyünlər səbəbindən də irəli gələ bilər.
Səs tellərində şişkinlik və səsin qalınlaşması da qalxanabənzər vəzin funksiyalarının aşağı düşməsi (hipotireoz) səbəbindən meydana çıxa bilər. Bu dəyişikliklər çox asanlıqla soyuqdəymə ilə də səhv salına bilər.

Saçların həddindən artıq tökülməsi və ya həddindən artıq tüklənmə
Endokrin sistem orqanizmdə gedən bütün prosesləri kontrolda saxlayır. Buna saçların vəziyyəti də aiddir. Saçların gec uzanması və tökülməsi də qalxanabənzər xəstəliyinin simptomu ola bilər.

Çəki problemləri
Qalxanabənzər vəzin fəaliyyətində artma (hipertireoz) bir sıra fəsadlarla müşahidə edilə bilər: çəkinin sürətlə azalması, iştahanın artması, ishal.
Bu orqanın funksiyasının azalması isə maddələr mübadiləsinin ləngiməsi, çəki artımı və ödəmlə nəticələnə bilər.

Yuxululuq və əsəbilik
Əgər yuxululuq və istəksizlik istirahətdən sonra da keçmirsə, səbəbsiz depressiyalar meydana çıxırsa, ani əhval-ruhiyyə dəyişiklikləri varsa bunu stressə və ya hansısa başqa amilə bağlamaq düzgün deyil. Belə ki, bu da qalxanvari vəzinin fəaliyyətində pozuntuların göstəricilərindən biridir. Xüsusilə həddindən artıq yuxululuq endokrinoloqa getməyi vacib edən səbəblərdəndir.
Bu simptomlar hiss olunduqda tez bir zamanda endokrinoloq müayinəsi mütləqdir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 6 802
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri