Qadınlarda Diş daşları və Ağız qoxusu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 8 686
Səs ver:
(səs: 3)
Diş daşının əmələ gəlmə səbəbləri nələrdir?
Diş daşının necə əmələ gəldiyini bilmək üçün diş daşının nə olduğunu bilmək lazımdır. Diş daşı diş ilə diş əti arasında və ya diş ətinin altında, diş və diş protezlərinin üzərində kirəc şəklində yığılmış kütlədir. Diş daşının supragingival və subgingival növləri vardır. Supragingival diş əti səviyyəsinin üzərində, subgingival diş əti səviyyəsinin altındadır. Diş daşının əmələ gəlməsinə səbəb ağız gigiyenasının təmizliyinə düzgün əməl edilməməsidir. Dişlər düzgün və vaxtında fırçalanmazsa  yemək  artıqları diş arasına girər və orada diş daşının əmələ gəlməsinə səbəb olar. Diş daşının yaranmasında başlıca amil ağız gigiyenası və diş fırçalama durur.

Diş daşı necə təmizlənir?
Diş daşı klinik şəraitdə ultrasonic cihazlarla və periodental alətlərlə təmizlənir. Diş daşları mütləq təmizlənməlidir və altı aydan bir təkrar təmizlənməlidir. Təmizləmə zamanı heç bir ağrı yoxdur, tamamilə ağrısızdır.

Diş daşlarını təmizlətmək dişlərə zərərlidirmi?
Diş daşlarını təmizləməyin dişlərə heç bir zərəri yoxdur. Xalq arasında deyilir ki, diş daşını təmizləməyin dişlərə bir çox ziyanı vardır. Fikirləşmək lazımdır ki, diş daşlarımı təmizləsəm və ya təmizləməsəm nə kimi hallar yarana bilər? Hər ikisini fikirləşsək hansının faydasının daha çox olduğunu görəcəksiz. Diş daşı təmizləndikdən sonra yarana biləcək bir çox fəsadların qarşısını ala bilər. Çürüyün əmələ gəlməsi və ağızda qoxunun yaranması kimi halların qarşısı diş daşı təmizləndikdən sonra alınır.

Diş daşları təmizlənməsə nə baş verə bilər?
Diş daşı təmizlənməsə bir çox fəsadlar ortaya çıxar. Bunlardan ən vacibi ağız qoxusu və diş əti iltihabının yaranmasıdır. Diş daşı hər altı aydan bir davamlı olaraq təmizlənməlidir ki, baş verə biləcək mənfi halların qarşısı alınsın. Diş daşının yaranması 48 həftəyə baş verir. 48 həftə içərisində formalaşdığı üçün 6 ayda bir dəfə təmizləməkdə fayda vardır. Diş daşı təmizləndikdən sonra mənfi fəsadların heç biri ortaya çıxmayacaq.

Diş daşı diş əti xəstəliklərinə səbəb olurmu?
Diş daşı eyni zamanda dişəti xəstəliyinə də səbəb olur. Eyni zamanda diş daşı təmizlənməzsə alveol sümüyün rezorbsiyası (sorulması) baş verir ki, bu da dişəti çəkilməsinə səbəb olur, nəticədə diş kökünün açığa çıxmasına sonradan dişlərin itirilməsimə da gətirib çixara bilər...

Qeyd:
Çürük dişlər, dişəti xəstəlikləri, düzgün qoyulmamış plomblar, düzgün hazırlanmamış qapaqlar və s. ağızdan xoşagəlməz qoxu gəlməsinə səbəb olur və bu hal insanlarda kompleks yaradır. İnsanlarda öz güvvən hissini itirir və bəzən ailələrin dağılmasına qədər aparır...
Bütün bu problemlərlə qarşılaşmamaq üçün vaxtında öz həkiminizə müraciət edin...


Hörmət və sevgilərlə Dr. Qara bəy Hacıyev
Mob: 055-348-35-25 (Whatsapp)
Facebook adresimiz:  http://www.facebook.com/dr.haciyev
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 8 686
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri