Hepatit C kifayət qədər yayılmış infeksiyadır. İldən ilə bu virusa yoluxmuş insanların sayı artır.
Xroniki
hepatit C qara ciyərin ağır xəstəliklərinə (sirroz, qara ciyər
xərçəngi) səbəb ola bilər. İllər əzrində hepatit C özünü heç bir
simptomla büruzə vermir, xəstəni "narahat etmir", lakin nəticədə qara
ciyərin sirrozuna səbəb ola bilər. Məhz bu səbəbdən bu hepatiti "mülayim
qatil" adlandırırlar.
Hepatit C çox hiyləgər infeksiyadır. Bu virus
insan orqanizmində çox tez mutasiya edir (dəyişilir) ki, immun sistemi
lazım olan anticismləri vaxtında istehsal etməyi çatdırmır və infeksiya
əksər hallarda xroniki formaya keçir. Digər tərəfdən xroniki hepatit C
uzun illər ərində özünü heç bir əlamətlə büruzə vermir. Xəstədə
halsızlıq, yorğunluq, tez yorulma ola bilər. Lakin bu çox cüzi
simptomlardır ki, xəstə bu simptomlara adətən fikir vermir. Əksər
hallarda hepatit C digər problemlərlə bağlı olan müayinələr zamanı
təsadüfən aşkar olunur.
10-20% hallarda insan bu virusdan özü özündən
sağala bilər. Bəzən bu virusa yoluxmuş insan onun daşıyıcısı olur -
insanın özünə virus zərər yetirmir (qara ciyər zədələnmir), lakin bu
insan digərləri yoluxdura bilər.
Hepatit C bir insandan digərinə
qanla keçir. Xəstə insanın qanı digər insanın qan sisteminə düşür və qan
axını ilə qara ciyərə daxil olur. Burada hepatit C qara ciyərin
hüceyrələrinə daxil olur və çoxalmağa başlayır. Nəticədə virus qara
ciyərin hüceyrələrini (onlar "hepatositlər" adlandırılır) zədələnməyə
başlayır. Digər tərəfdən insanın öz immun sistemi qara ciyərin virusa
yoluxmuş hüceyrələrinə hücüm edir və onları məhv etməyə başlayır. Bu
proses uzun illər ərzində gedə bilər və qara ciyərin məhv olmasına səbəb
ola bilər.
Hepatit C bir insandan digərinə necə keçə bilər?
- qanköçürmə zamanı. Hal hazırda bütün qan köçürüldükdən əvvəl yoxlanılır və bu səbəbdən bu, demək olar, mümükün deyil.
- cərrahi əməliyyatlar, dişlərin müalicəsi zamanı. İnkişaf etmiş ölkələrdə bu çox nadir hallarda mümkündür.
-
pirsinq və tatu döydürmə zamanı. Belə prosedurlar əksər hallarda tibbi
müəssisələrdə deyil, müxtəlif salonlarda həyata keçirilir ki, burada
lazım olan sterilliyə diqqət yetirilməyə bilər.
- narkotiklər qəbul
edən insanlar arasında - hepatit C olan insanla eyni iynədən istifadə
etdikdə. Hal hazırda bu yoluxmanın ən yayılmış səbəbidir.
- məişətdə
xəstə insanın ülgücündən, manikür alətlərindən, hətta diş fırçasından
istifadə etdikdə. Bu alətlərə qanın mkroskopik damcıları düşə bilər ki,
bu yoluxma üçün kifayət edir.
Adi məişət kontaktlar zamanı (danışıq, öskürək, toxunuş və s.) yoluxma mümkün deyil.
Cinsi
əlaqə zamanı virus adətən bir insandan digərinə nadir hallarda keçir
(təmasda olan dəri örtüklərinin tamlığı pozulduqda). Anadan dölə virus
yalnız doğuş zamanı keçə bilər. Əmizdirilmə zamanı da virus anadan uşağa
adətən keçmir. Bu yalnız ananın gilələrində və uşağın ağız boşluğunda
sıyrıntılar, yaralar, çatlar olduqda mümkündür.
Hal hazırda hepatit C çox uğurla müalicə olunur. Müalicə zamanı müasir antivirus preparatlarından istifadə olunur.
Əgər sizdə hepatit C aşkar olunubsa, dərhal hepatoloqa müraciət edin. Vaxtında başlanmış müalicə çox yaxşı nəticə verir.
Hepatit
C adətən uzun müddət ərzində müalicə olunur (1 ilə qədər). Bu zaman
xəstə həkimin bütün tövsiyələrinə dəqiqliklə əməl etməlidir. Xəstə
spirtli içkilərdən imtina etməli, ağır fiziki yükləmələrdən uzaq
olmalıdır.