İnfeksiya xəstəlikləri və mikrobiologiya mütəxəssisi türkiyəli professor Dilək Arman qrip virusunun ən çox nə ilə yoluxması haqqında məlumat verib. Professor qripin ən çox əl təması yoluxduğunu deyib.
Türkiyəli mütəxəssis əl təması vasitəsi ilə bulaşan viruslar haqqında bunları qeyd edib: "Əllə salamlaşma zamanı virus digər şəxsə bulaşa və bütün viruslar bu yolla orqanizmə daxil ola bilər. Qrip və bütün tənəffüs yolu virusları həzm kanalına çataraq qida zəhərlənməsi, qarın yatalağı, paratifo kimi bulaşıcı mikron xəstəlikləri nəticələnə bilər. Bunun qarşısını almağın ən sadə yolu əlləri mütəmadi olaraq yumaqdır.
İsti su zərərlidir! Arman isti suyun mikrobları öldürmədiyini, əksinə daha çox mikron istehsal etdiyini də vurğulayıb: "Gigiyenik tədbirlərdən ən vacibi sözsüz ki, əlləri yumaqdır. Lakin əlləri qaynar su ilə yumaq mikrobları öldürmək yerinə, əlin dərisini qurudaraq daha çox mikrob istehsal olunması ilə nəticələnir. Su və sabun əllərdəki mikroorqanizmləri orqanizmdən uzaqlaşdırır. Laboratoriyada mikrobları 35-37 dərəcə sobalarda daha yaxşı törəsinlər deyə saxlayırıq. Bu, bizim bədən temperaturumuzdur. Əllərin temperaturu bu qədər yüksək deyil. Mikrobların öldürülməsi üçün istifadə etdiyimiz temperatur isə 100-125 dərəcədir. Dolayısı ilə əllərin ilıq, ya da isti su ilə yuyulması mikrobların ölməsinə təsir göstərmir. Əksinə, əllərin daha çox qurumasına səbəb olacaq".
Mütəxəssis gigiyenik baxımdan alkoqollu dəsmalın da mikroblara qarşı öldürücü təsir göstərdiyini bildirib.