Döş problemlərinə səbəb olan ən yayılmış səhvlər. Bir çox qadınlar bu səhvləri edir!

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 2 396
Səs ver:
(səs: 0)
Süd vəzi xəstəliklərinə qadınlar arasında tez-tez təsadüf edilir. Süd vəzi toxuması çox həssasdır və istənilən travma, hormonal pozulma, stress və s. mənfi amillərə xəstəliklə reksiya verə bilər.
Bəzi çox yayılmış səhvlər qadınlarda döş problərinə səbəb ola bilər.Fransa mammoloqları bu səhvləri sadalayıb:

1. Düzgün seçilməmiş büstqalter.


Qadınla.Com xəbər verir ki, mütəxəssislərin müşahidələrinə görə, qadınların əksəriyyəti büstqalter seçməkdə səhvlər edir.Bir çoxları çox dar, süd vəziləri sıxan büstqalter seçirlər. Bu süd vəzinin sağlamlığı üçün çox ziyanlıdır, süd vəzidə mikrotravmalara səbəb olur, qan və limfa dövranını pozur.

2. Qarın üstə yatmaq.
Bu zaman süd vəziləri sıxılır ki, buda onlarda müxtəlif pozulmaların inkişafına səbəb ola bilər. Bu xüsusilə süd vəziləri böyük olan qadınlara aiddir.

3. Büstqalterdə yatmaq.

4. İdman məşqləri zamanı xüsusi idman büstralterdən istifadə etməmək.
Belə xüsusi büstqalterlər süd vəziləri yaxşı saxlayır, dərinin və toxumaların dartılmasına imkan vermir.

5. Siqaret çəkmək.
Bu pis vərdiş qadın orqanizminə kişi orqanizmi ilə müqayisədə dahaciddi ziyan vurur, müxtəlif pozulmalara və o cümlədən süd vəzi xəstəliklərinə səbəb olur.

6. Stressi içində saxlamaq.
İstənilən güclü və ya xroniki stress qadın cinsiyyət sisteminə və süd vəzilərinin sağlamlığına ziyan vurur, pozulmaların inkişafına təkan verir. Mütəxəssislərin müşahidələrinə görə, süd vəzi problemləri olan qadınların əksəriyyəti mənfi emosiyaları içində saxlayan, özünü daim günahlandıran, üzündən, ailəsindən razı olmayan,qadınlığını hiss etməyən qadınlardır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 396
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri