Mikoplazma və ureaplazma

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 552
Səs ver:
(səs: 1)
Mikoplazma və ureaplazma insanda müxtəlif iltihab xəstəliklərini yarada bilən bakteriyalardır. Bu bakteriyaları bütövlükdə 17 növü var. Lakin bu bakteriyaların 5 növü insan üçün daha təhlükəlidir. Onlar bunlardır:  Mycoplasma pneumoniae (ağciyərin iltihabına səbəb olur və bu məqalədə nəzərdən keçirilmir) Mycoplasma hominis, Mycoplasma genitalium, Ureaplasma urealyticum,  Ureaplasma parvum. Ureaplazmanın hər iki tipi (urealitikum və parvus) eyni dərmanlarla mülaicə olunduğundan, həkimlər çox vaxt məhz hansı tip ureaplazmanın aşkar olunduğuna fikir vermirlər. Buna görə də analizlərin nəticələrində çox vaxt bu iki ureaplazmanı bir ayara gətirməklə «Ureaplasma spp» yazılır.
Onlar nədən yaranır?
Mikoplazmaya və ya ureaplazmaya cinsi kontakt zamanı (o cümlədən oral seks zamanı) yoluxmaq olar. həmçinin infeksiya hamiləlik dövründə anadan gələcək uşağa da yoluxa bilər. Mikoplazma və ureaplazmanın ginekoloji manipulyasiyalar zamanı (həkimin qəbulunda) ötürülə bilməsi sübuta yetirilməmişdir. Insan mikoplazma və ya ureaplazmaya heyvandan yoluxa bilməz.
Yəni bu, veneroloji xəstəliklərdirmi?
Mütəxəssislərin heç də hamısı mikoplazma və ureaplazma infeksiyalarını veneroloji xəstəliklər sırasına aid etmir. Məsələ burasındadır ki, bu bakteriyalar tamamilə sağlam kişi və qadınlarda da aşkar oluna bilir. Belə ki, məsələn, ureaplazma seksual cəhətdən aktiv olan qadınların 40-80%-nin uşaqlıq yolunda və uşaqlıq boynunda aşkar edilmişdir. Mikoplazma cinsi həyat keçirən sağlam qadınların 21-53%-də qeydə alınmışdır. Beləliklə, Sizdə mikoplazma və ureaplazma infeksiyaları aşkar edilmişdirsə də, bu, hələ Sizin xəstə olmağınız demək deyil. Xəstəlikdən (mikoplazmozdan və ureaplazmozdan) infeksiya uretranın, uşaqlıq yolunun, uşaqlıq boynunun və ya uşaqlığın iltihabına səbəb olduqda və iltihabına digər mümkün səbəbləri istisna olduqda, söhbət gedə bilər.
İltihabın olub-olmadığını necə müəyyən etməli?
İltihabın olub-olmadığını müəyyən etməyin ən sadə yolu floraya görə yaxma verməkdir. Leykositlərin miqdarının normadan artıq olması iltihaba işarə edir.
Mikoplazma və ureaplazma hansı simptomlara səbəb olur?
Infeksiyanın ilk simptomları yoluxmadan 2-3 həftə sonra artıq özünü büruzə verməyə başlaya bilər. Bəzi qadınlarda xəstəlik uzun müddət simptomsuz davam edə və xroniki formaya keçə bilir.
Mikoplazma və ureaplazma aşağıdakı simptomlara səbəb ola bilir:
Sidik ifrazı zamanı ağrı və yanğı hissi
Tez-tez sidik yoluna getmə, bəzən qeyri-ixtiyari sidik ifrazı
Cinsi orqanlar nahiyəsində qaşınma, diskomfort
Sarı, yaşıl və ya digər rəngdə ifrazatlar
Seks zamanı ağrılar
Uşaqlıq yolundan seks zamanı və seksdən sonra qanlı ifrazatlar
Qarnın alt hissəsində ağrılar
Bakterial vaginoz simptomları: uşaqlıq yolundan boz-yaşıl rəngli xoşagəlməz balıq qoxulu ifrazatlar, uşaqlıq yolunda diskomfort və quruluq hissi
Ağır hallarda bədən hərarətinin yüksəlməsi, urəkbulanma, qusma, baş ağrıları, ümumi əhvalın pisləşməsi qeydə alına bilər.
Hansı hallarda müalicə almalı?
Mütəxəssislərin bununla bağlı fikirləri müxtəlifdir. Həkimlər bu məsələdə hələ ki, vahid mövqeyə gəlməmişdirlər. Buna baxmayaraq, müalicə əsasən aşağıdakı hallarda təyin olunur:
Floraya görə yaxma və ya digər müayinə metodları sidik-cinsiyyət orqanlarında iltihab prosesini aşkar etdikdə;
М. hominis və ya Ureaplasma spр.- görə əkmə 10*4 КОЕ/мл və daha yüksək titrlər nümayiş etdirdikdə;
Ginekologiyada və urologiyada əməliyyat və ya digər manipulyasiyalar (histeroskopiya, uşaqlıqdaxili spiralın yeridilməsi, uşaqlıq boynunun displaziyasının müalicəsi və s.) qabağı;
Bütün digər analizlər normada olmaqla sonsuzluq qeydə alındıqda;
М. genitalium aşkar edildikdə.
Mikoplazma, ureaplazma və digər infeksiyalar  
Mikoplazma və ureaplazma müayinə zamanı tək bir yeganə tapıntı olmaya da bilir. Çox vaxt bu bakteriayalrdan başqa, xlamidin, trixomonadlar, İPV, herpes virusu və digər veneroloji infeksiyalar da aşkar edilə bilər. Bu halda müalicə sxemi akşar edilmiş bütün infeksiyalar nəzərə alınmaqla tərtib olunur.
Mikoplazma, ureaplazma və bakterial vaginoz
Bakterial vaginoz cinsi yolla ötürülən xəstəlik olmasa da,mikoplazmalar çox vaxt bakterial vaginoz xəstəliyində aşkar olunur. Alimlər hesab edirlər ki, buna səbəb uşaqlıq yolunun mikroflorasının tərkibinin pozulması üzündən yerli immunitetin zəifləməsidir. Yəni mikoplazma və ureaplazmalar uzun müddət orqanizmdə heç bir problem yaratmadan da mövcudluq edə və yalnız özü üçün səmərəli şərait yarandıqda (immunitetin zəifləməsi, uşaqlıq yolunun mikroflorasının tərkibinin dəyişməsi, başqa infeksiyaların qoşulması) aktivləşə bilirlər. Bakterial vaginozun müalicəsi bu halda ümumi əhvalın yaxşılaşmasına və mikoplazma və ureaplazmaların miqdarının "məqbul” ölçülərə qədər azalmasınasəbəb ola bilir. Mikoplazma və ureaplazmaların müalicəsində antibiotiklərdən istifadə olunur. Mikoplazma və ureaplazmaların müalicəsində səmərəli olan bir neçə antibiotiklər vardır. Preparat, doza və müalicənin müddəti həkim tərəfindən təyin olunur.
Müalicənin effektini necə təyin etməli?
Müalicənin effektini təyin etmək üçün müalicə başa çatdıqdna sonra təkrar analizlər vermək lazımdır. Təkrar analizlər (mikoplazmaya və ya ureaplazmaya əkmə və ya PZR) müalicə başa çatdıqdan ən azı bir ay sonra verilə bilər.
Cinsi partnyora müalicə tələb olunurmu?
Bu, bir neçə amildən asılıdır. Sizdə М. genitalium aşkar edildikdə, Sizin cinsi partnyorunuz uroloqa müraciət etməli və bu infeksiyaya görə analiz verməlidir. Onda da М. genitalium aşkar edilərsə, onda ona müalicə təyin olunmalıdır. Sizdə M. hominis və ya ureaplazma aşkar edildikdə, partnyorunuz yalnız onda sidik-cinsiyyət orqanlarının iltihabının simptomları (sidik ifrazı zamanı yanğı və ağrı, uretradan xoşagəlməz qoxulu ifrazatlar, uretranın xarici boşluğunda qızartı və s.) olduqda, uroloqa baş çəkməlidir.
Sizdə hamilə qalmaqla və ya uşaq daşımaqla bağlı problem (naməlum səbəblərdən sonsuzluq, bir-birininin ardınca 2 və ya daha çox sayda uşaqsalma) olduqda, amma cinsi partnyorunuzda heç bir şikayət olmadıqda da, ona müayinə lazım olacaqdır.
Mikoplazma və ureaplazmaların müalicəsi zamanı seks
Ginekoloqlar və uroloqlar cinsi əlaqələrdən uzaq olmağı və ya müalicə dövründə tam sağalanadək prezervativlərdən istifadə etməyi tövsiyə edirlər.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 552
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri