Sadəcə zövq almaq üçün yox, həm də sağlam olmağınız üçün də düzənli seks həyatı önəmlidir.
Araşdırmalara
görə, hər 8-9 qadından biri həyatının müəyyən hissəsində döş xərçəng
olur. Döş xərçəngi ilə mübarizədə erkən müayinə ilə bərabər qidalanma,
yaşam tərzi önəmli rol oynayır.
Ən
son aparılan araşdırmalara görə seks sağlamlığımız üçün də çox
faydalıdır. Sadəcə zövq üçün deyil, sağlamlıq üçün də sekslə məşğul
olmaq lazımdır.
Mütəxəssislər mastopatiya əməliyyatı keçirmiş qadınların əksəriyyətinin
düzənli seks həyatı olmadığını vurğulayırlar. Özəl həyatında sıxıntı
yaşayan qadınların 89%-inin süd vəzisinin iltihablanmasının ilk
mərhələsində olduğu görülür.
Bəs
döş xərçəngi və seks arasında hansı əlaqə var? Seks zamanı ifraz olunan
oksitosin yəni xöşbəxtlik hormonu döş xərçənginə qarşı immunu
gücləndirir. Araşdırmalara görə, həftədə 1 - 2 dəfə sekslə məşğul olmaq
viruslara qarşı mübarizə aparan və immun sistemini gücləndirən
immunoglobin A antikoru səviyyəsini də 30% artırır.
Uşaq
dünyaya gətirmək və ən az 6 ay müddətində onu əmizdirmək döş xərçəngi
riskini azaldan digər amildir. Uşaq dünyaya gətirməyən 150 Fransız qadın
üzərində 2008-ci ildə aparılan araşdırmada partnyoru olmayan və ayda 3
dəfədən daha az seks edən qadınlarda döş xərçəngi riski daha çox olduğu
ortaya çıxmışdır.
Mütəxəssislər
uşaq dünyaya gətirməyən xanımlara döş xərçəngi riskini azaltmaq üçün
mütamadi olaraq sekslə məşğul olmağı tövsiyyə edirlər.