Bu reklam minilliyin reklamı oldu - Video

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 115
Səs ver:
(səs: 2)
Türk Hava Yollarının reklamı Youtube video portalında ən çox bəyənilən reklam olub.

Ulduz basketbolçu Kobe Bryant və futbolçu Messinin iştirakı ilə çəkilən film son 10 ilin ən çox bəyənilən reklamı seçilib.

Dünyanın iki ən məşhur idmançısının selfie çəkmək mübarizəsindən bəhs edən reklam filmi yayımlanandan qısa müddət sonra milyonlarla izlənmə rekordu qırıb. İlk 3 gündə isə videoya 25 milyon dəfə baxılıb.

Reklamın bu qədər geniş yayılmasına və sevilməsinə təsir edən amillərdən biri də son illərdə sürətlə yayılan və dəb halını alan selfie ilə ən az Hollivud ulduzları qədər məşhur olan Kobe Bryant və Messinin bir araya gətirilməsidir.

Qeyd edək ki, Messi və Kobe THY-nin bir neçə reklam filmində çəkiliblər.

[media=https://www.youtube.com/watch?v=jhFqSlvbKAM]

[media=https://www.youtube.com/watch?v=ruav0KvQOOg]
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 2 115
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri