Şəki

Müəllif: CANAN
Şərhlər: 8
Baxılıb: 929
Paylaş:
Səs ver:
(səs: 3)
Əhalisi

Kəndin əhalisi 7100 nəfər təşkil edir ki, onun da 3595 nəfəri kişi, 3505 nəfəri isə qadındır.

Coğrafi mövqeyi

Kiş kəndi Azərbaycan Respublikasının şimal-qərb zonasında yerləşən Şəki coğrafi rayonunun qədim kəndlərindən biridir. Kiş kəndi Şəki şəhərindən 5 km uzaqlıqda yerləşir. 7100 nəfər əhalisi olan kəndin ərazisi turizm üçün əlverişlidir. Münbit torpaqlara malik kənd ərazisində əkin-biçin işləri, adətən, həyətyanı sahələrdə bağçılıq və bostançılıqla aparılır. Dörd tərəfdən dağla əhatə olunan kəndin əsas hissəsi "Tat" dağının ətəyində yerləşir. Öz mənbəyini Kiçik Qafqaz Sıra dağlarından götürən kəndin kənarından axan eyni adlı çay (Kiş çayı - Çox güman ki, indiki Kiş çayı o vaxtlar "Ağ su" adlanırmış. Mənbələrdə koordinatları o qədər də konkret göstərilməmiş "Ağ su dərəsi", yəni "Ağ su" adlı çayın mənbəyi". N.Şaminin və Ş.Ə.Yəzdinin "Zəfərnamə"lərindən) daşqın çayları sırasına daxildir. Meşə ilə əhatə olunan çay relyefinin mənzərəli görünüşü var. Kəndin və Şəki rayonun şirin su ehtiyatı məhz bu çayın hesabına ödənilir. Burada, əsasən, dəmyə əkinçiliyi olduğundan təkcə həyətyanı bağlarda və həyatyanı sahələrin suvarılmasında çayın suyundan istifadə edilir. Qış və yay vaxtlarında suyu azalan çay yaz aylarında əriyən buzların hesabına gurlaşıb ətrafa və kəndə xeyli ziyan verir. Təbii ehtiyatlar baxımından tikinti materialları ilə zəngindir. Bura əsasən daş, çınqıl və meşə materialları aiddir. Kənd gətirmə konusu landşaftına və meşə örtüyünə malikdir.

Tarixi

Kiş kəndində tapılan qədim əşyalar, həm də son dövrlərdə Azərbaycan - Norveç arxeoloqlarının Şəkinin Kiş kəndində apardıqları qazıntılar sübut etmişdir ki, albanlar xristianlığı ermənilərdən çox-çox əvvəl, Suriya və Fələstindən gəlmiş missionerlərin təsiri ilə qəbul etmişdilər. Kəndin çay kənarında yerləşməsi onun qədim insan məskənlərindən birinə malik olmasına əyani bir sübutdur. Qaya daşlarında daşlaşan yosun və balıq qalıqlarının tapılması buranın arxeoloqlar tərəfindən hələ də tam araşdırılmadığına işarədir.Tarixi hələ tam arşdırılmayan kənd qədim toponim və abidələrlə zəngindir. "Kiş"- Əfqanıstan və İraqda bu növ adlara rast gəlinir hələ qədim dördə eradan əvvəl Mesopotamiya ərazisində Kiş adlı şəhər dövlətə rast gəlinir."Tamerlan talası" – Teymurləngin hücumları zamanı bu ərazilərdən keçməsinin sübutudur. Kiş çayının "Tamarçin" qolu – daha çox monqol hökmdarı Çingiz xanın (Temuçin) adı ilə bağlı toponimdir. "Xan yaylağı" və "Xan talası"- xanlıqlar dövründə xanların istirahət yerlərindən olmuşdur. Təsadüfi deyil ki, bu kəndin hazırki məhəllə adları qədimi toponimlərdən ibarətdir. "Maaflar" məhəlləsi (bütün vergilərdən azad olan, lakin buna görə dövlət sərhədlərini, dinc vaxt asayişi qoruyan təbəqənin adı), "Duluzlar" məhəlləsi (dulusçuların qədimi məhəllərindən biri buradakı sənətkarlar dulusçuluqla məşğul olurdular) və s. bu kənddə yerləşir. İndi də Duluzlar məhəlləsində qazıntılar zamanı qədimi saxsı qablara və digər tapıntılara rast gəlinir. Kiş kəndində dörd qala kompleksi mövcuddur: üçü işarə , biri isə müdafiə xarakterlidir. İşarəverici qalalar "Salayuşağı"məhəlləsində, "Maaflar məhəlləsi"ndə və "Duluzlar məhəlləsi"ndə yerləşir. "Gələsən-Görəsən" qalası ("Gəl – Gör – Get qalası və "mağaralıq " deyilən yer də, heç şübhəsiz bu ölkədə(Şəkidə) idi. Əmir Teymurun Şəki ölkəsinə hücumlarından bəhs edilərkən, Şəki ölkəsinin o vaxtkı tarixi coğrafiyasına dair də az-çox məlumat verilmişdir. İbn Ərəbşahın "Əcaibül-məqdur fi nəvaib timur" əsərində isə Gəl–Gör–Get qalası və "mağaralıq"dan söhbət gedir ki, heç şübhəsiz, onların da hər ikisi bu ölkədə idi və birincisi Kiş çayının mənbəyi yaxınlığında yerləşən, indi "Gələsən-Görəsən" adı ilə tanınan qaladır!" ,yəni elə həmin ərazidə yerləşən indiki məşhur Gələsən-Görəsən qalası) müdafiə xarakterli olmuşdur. Digər mənbələrdə isə Nadir şahın hücumu zamanı qalanın müdafiəsini sarsıtmaq mümkün olmadığından Nadir şah əli boş İrana qayıdır. Ondan soruşanda ki, "Nəyə görə qalanı ala bilmədin?" Cavabında: "Gələrsən, görərsən!"- demişdir. Həmin qaladan xan sarayına tunel olduğu güman edilir. Qala nadır arxitektura quruluşuna malikdir. Hündürlükdə qayanın üstündə tikilən qalanın, üstündən neçə əsr keçdiyinə baxmayaraq, divarları möhkəm halda qalıb. Mənbələrdə əsasının IV əsrdə qoyulduğu ehtimal olunan Alban kilsəsi əvvəl tanrıçılıq məbədi kimi fəaliyyət göstərdiyi, lakin sonra, Albaniyada xristianlığın yayıldığı dövrdə xristian kilsəsi kimi fəaliyyət göstərdiyi qeyd edilir. Cənubi Qafqaz üzrə ən böyük dini mərkəzlərdən sayılırdı. Kilsə daxilində qazıntılar zamanı çoxlu qəbirlər aşkar edilmişdir. Gürcü mənbələrinə görə Kiş kəndinin əhalisi təxminən 10-cu əsrdə xristianlığı qəbul edib. Buradakı kilsədə ətraf ərazilərin yepiskopu fəaliyyət göstərirdi. Kəndin əhalisi 1720-ci illərdə İslamı qəbul edib, lakin Rusiya imperiyası bu əraziləri işğal etdikdən sonra burada aktiv olaraq xristianlaşdırma siyasəti apararaq kəndlilərin bəzisini yenidən xristianlığa qaytara bilmişdir. Buna baxmayaraq kəndin əhalisinin əksəriyyəti İslam dəyərlərinə sadiq qalmışdır.

loading...
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 929
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
CANAN
İnsallah sekiillerinide paylasaram sizinle.
17 mart 2018 19:46
8
canan qizim sirin seker qizim.
Offline
tatyana
Gedib görmek istediyim yerlerdendi,qismet olmuyub
17 mart 2018 18:43
7
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
Onun_Mələyi
Çox böyük marağla oxudum,tarix haqqında hərşey marağımı çəkir mənim)
Çin Qiz Xan'ın şəkiyə göz dikdiyini bilmirdim)) Çox güclü imperisiya olub onun)
Təşəkkürlər məlümat üçün.
17 mart 2018 17:55
6

- Dünyanın ən gözəl ritmi, Onun sənin üçün döyünən ürəyidirheart
Offline
vipbetul
gozel qedimi seherdir

gozel qedimi seherdir
17 mart 2018 17:09
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
AyanFexo
Tomris sag elin menim basima
17 mart 2018 15:35
4
Vuska
Offline
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
17 mart 2018 14:57
3
Mənim olan bu heart səni çox sevir!!!
Offline
fiyonik
Bu haqda az-cox melumatim var
17 mart 2018 14:27
2
But my dear it is not Wonderland you are not Alice
Offline
BARBI
Qedimi ve gozel seherdir.Ilde mutleq bir defe gedirem
17 mart 2018 13:56
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri