Salyan — Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Salyan şəhəridir.Mündəricat
1 Tarixi
2 Coğrafi mövqeyi
2.1 Relyefi
2.2 Təbiəti
2.3 İqlimi
3 İri yaşayış məntəqələri
4 Əhalisi
4.1 Görkəmli şəxsləri
5 İqtisadi xarakteristikası
6 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
7 Mətbəx
8 Şəkillər
9 İstinadlar
10 Mənbə
11 Xarici keçidlər
12 Həmçinin bax
Tarixi
Salyan rayonu ərazisində tapılmış çıraq
Salyan
sözünün etimologiyası haqqında müxtəlif mülahizələr var. 1880-ci ildə
Salyanda olmuş rus tədqiqatçısı K.Sadovski Salyan sözünün fars dilindəki
"sal"-il, yaxud "salyane" – yəni illik bac mənasını verən sözdən
yarandığını iddia etmişdir. "Tam fars, ərəb rus lüğəti"nin müəllifi
İ.Yaqello, "Burhane Qate" kitabının müəllifi Məhəmməd Hüseyn Təbrizi,
"Lüğəti Naci"nin müəllifi Naci də K.Sadovski ilə eyni fikirdə olmuşlar.
"Coğrafi adlar" kitabının müəllifi Nəbi Nəbiyev isə Salyan sözünün
mənasını "bərə yeri" (salların sahilə yan aldığı yer) və ya sal
tayfasının adı ilə bağlayır. Sal tayfası Azərbaycanda yaşamış türkdilli
tayfa adıdır. Dünya şöhrətli türkoloq Murad Acı da Salyan sözünün sal
tayfasının adı ilə bağlı olduğunu iddia edir. Dilçi alim K.Ramazanov bu
coğrafi adın sal-bərə sözündən ibarət olub "salın yan aldığı yer"lə
bağlı yarandığını deyir.
Salyandan
Ərdəbilə, Təbrizə, Dərbəndə və başqa şəhərlərə balıq, kürü, Babazənən
dağı yaxınlığından çıxarılan neft və duz ixrac olunurdu. Tarixi mənbələr
göstərir ki 1295-1304-cü illərdə Elxani hökümdari, islami qəbul
etdikdən sonra Mahmud adini almış Sultan Məhəmməd Qazan xan tərəfindən
1295-ci ildə Kür çayının mənsəbində, indiki Salyanın yerləşdiyi ərazidə
şəhər salınmışdır. Şəhər Qazan xanın şərəfinə Mahmudabad
adlandırılmışdır. Ehtimal olunur ki, şəhər zaman-zaman Muğan, Hüştəsfi
və Mahmudabad adını daşımış və sonradan Salyan adını almışdır.
Amma
nəzərə alsaq ki, Salyanın indiki ərazisindən hələ qədim dövrlərdən
köhnə karvan yolları keçmişdir və bu bu karvan yollarından istifadə edən
karvanlar isər-istəməz Kür çayını keçməliydilər. O da məlumdur ki,
həmən vaxtlarda Salyan ərazisində Kür çayı üzərindən heçbir körpü
olmayib və çayı keçmək yalniz və yalniz "sal , bərə” vasitəsiylə mümkün
olub.Çox güman ki, Salyan adı da yuxarıda göstərildiyi kimi
salın,bərənin sahilə yan aldığı yer mənasında Salyan olmuşdur. Əlavə
olaraq onuda nəzərə almaq lazımdır ki, Salyan şəhərində, Kür çayının
sahilində hamının tanıdığı "Köhnə bərə ağzi” deyilən məhəllə bu gun də
mövcuddur. Ümumiyətlə Salyan rayonunun ərazisindən Kür çayının üzərindən
keçid 1946-ci ilə qədər, yəni birinci Salyan körpüsünün istifadəyə
verildiyi ilə qədər yanız sal və bərə vasitəsiylə mövcud olmuşdur.Bütün
bunlar onu deməyə əsas verir ki Salyan sözünün şəhər adı kimi tarixi,
Mahmudabad və Hüştəsfidən də qədimdir.
1680-ci
ildə şahın fərmani ilə Salyan və Quba xanlığı birləşdirilib və mərkəzi
Xudat şəhəri olmaqla 1-ci Huseyin xanın hakimiyətinə verilmişdir.
(Salyan qazisi Hüseyn xan Rüdbarinin qiziyla evlənib və şiəliyi qəbul
etdiyinə ğörə ərmağan olaraq) Quba xanı 1-ci Hüseyinin, Salyan qazisının
qızıyla nigahindan qızı döğulur.Sonralar bir qayda olaraq Salyan
valiləri Hüseyn xanın həmən qızının nəslinin nümayəndələrindən təyin
olunurdilar.
Nadir
şahın hökümranlığı dövründə 1735-ci ildə Salyan Quba xanlığının
tərkibindən ayrılmış və müstəqil inzibati varlıq kimi birbaşa mərkəzi
hakimiyyətə tabe olmuşdur.Həmən illərdə şəhərin valisi Həsənbəy xan
olmuşdur.
1747-ci
ildə Nadir şahın ölümündən sonraki dövrlərdə Azərbaycanda xaotik
formada yaranmağa başlayan yeni xanlıqlar və sultanliqlar dövrundə Quba
xanı 1-ci Hüseyinin uzaq qohumu olan İbrahim Rüdbari Salyanda öz
hakimiyətini bərpa edərək , Quba xanlığından ayrıldığını və özünü
mustəqil xan olduğunu elan edir.Amma cox keçmir ki Rüdbarilərin
hakimiyyətindən narazı qalan Salyanın əhalisi Quba xanlığından yardim
istəyir.1757-ci ildə hələ o zaman Quba xanlığının taxtina oturmamış
vəlihəd Fətəli xan başçılıq etdiyi döyüşçü dəstələri ilə Salyanlıların
köməyinə gəlir İbrahim Rüdbarini Salyandan qovur .Beləliklə İbrahim
Rüdbarinin 8 illik hakimiyyətinə son qoyulur və Salyan xanlığı yenidən
Quba xanlığının tərkibinə keçir. 1757-cı ildən 1768-cı ilə qədər
Salyanın hakimi Kəlbə Əli xan olur. Ondan sonra 1782-ci ilə qədər
Salyanın xani Qubad xan olur. 1782-ci ildən 1791-ci ilə qədər Salyanın
xanı olmuş Şeyx Əli xan isə sonradan Quba Xanı olmuşdur.
1760-cı
ildə Salyanda olan səyyah Biberşteyn öz yazilarinda göstərir: "Salyanın
əhalisi çoxdur və onların əksəriyyəti zəngin və varlı yaşayırlar.
Burada Kür çayında balıq ovundan yaxşı gəlir əldə olunur. Vətəgələrin
çoxusu Astarxan vilayətindən gələn tacirlərə icarəyə verilmişdir. İcarə
haqqı ildə 50 min gümüş pulla ölçülür” 1774-ci ilin yayında Qaytaq
üsmisi Əmir Həmzə Qubaya hücumu və Dərbənd qalasını mühasirədə saxlayan
zaman Fətəli xan Salyana sığınır və 10 ay burda yaşayir və qoşun
toplayır.
Tarixi
mənbələrdə göstərilir ki, miladi təqvimi ilə 1795-ci ildə Ağa Məhəmməd
şah Qacar 60 minlik qoşunla Qafqaz üzərinə yürüş edir. Şamaxı
istiqamətində hücum zamanı Qacar ordusu Salyanda ciddi müqavimətlə
rastlaşır.Qanlı döyüşlərdə şah ordusu coxsayli itkilər verdikdən sonra
şəhər əhalisinin böyuk bir hissəssi öldürülmüş, Salyan şəhəri isə
tamamilə yandırılıb dağidilmişdir.1797-ci uldə isə Quba Xanı Hüseyn Əli
xanin təşəbüsü ilə Salyanın aşaği kəndləri olan Boyat və Qaraimanlı
kəndlərinin əhalisi Salyana köçürülmüş və şəhər yenidən tikilməyə
başlanmışdır.(Həmən kəndlər indi Neftçala rayonunun ərzaisindədir.)
1852-ci
ildə Salyan şəhərinin ərazisi 150 desyatinin (təqribən 1 600 km²)
olmuşdur ki, bununda 95 des. tikinti altinda olub. 1852-ci ildə Salyanda
1125 şəxsi ev olub.Bunun 1118-i müsəlmanlara,7-si isə digər millətlərə
məxsus olmuşdur.Həmən idə Salyanda 7 məscid, 3 karvansaray, 1 bazar, 5
hamam, 28 özəl müsəlman məktəbi, 5 meydan, 32 küçə, 24 bağ olmuşdur.
1863-cü
ildəşəhər idarəçiliyi polis-pristav üsul idarəsinə verilib və həmən
ildən şəhərin genişlənməsi başlayıb.1863-cü il kameral siyahıya alınmada
aydın olur ki, Salyan şəhərində 1 292 ev 10634 nəfər sakin olmuşdur.
1868-ci ilin fevralında Çar Rusiyası zamanında Bakı quberniyası
daxilində Cavad qəzası yaradılır və Salyan bu qəzanın inzibati
idarəçilik və mədəni mərkəzi olur.
1881-ci
ildə şəhərin ümumi torpaq sahəsi 800 desyatin olmuşdur.Həmən ildə
Salyanda 12 kvartaldan ibarət olmağla 35 küçə, 2 meydan, 1 bazar, 2
müsəlman və 1 xristian qəbirstanlığı 1 rus və 12 türk məktəbi olduğu
bildirilir.1181-ci ildə Salyanda 2323 kərpic ev olmuşdur. 1897-ci ildə
Salyanın 11787 nəfər əhalisi olub.
XX
əsrin əvvəllərində Mirxalıq Abdullayev burada illik istehsal gücü 3-4
min tona çatan 3 pambıq təmizləmə məntəqəsi tikdirmişdir. Bununla yanaşı
Salyanda istilik elektrik stansiyası, 4 ibtidai məktəb və kitabxana
fəaliyyət göstərmişdir. Bu vaxt şəhərdə bez istehsal edən 20 kiçik
toxucu müəssisə, 200 dükan, 5 ticarət bankı, 3 karvansara, gəmi körpüsü,
poçt stansiyası, karantin gömrükxana, 11 mədrəsə, yeraltı hamam və
xəstəxana fəaliyyət göstərmişdir. Bütün cənubi Rusiyada və Qafqazda ilk
dəfə olaraq 1864-ci ildə Salyanda metroloji stansiya yaradılmışdır. Xalq
sənəti: xalçaçılıq, papaqçılıq, daş üzərində oyma, zərgərlik, ağac
üzərində oyma, dəmirçilik. 1973-cü ilə qədər indiki Neftçala rayonun
ərazisi də (1939-1959 illər istisna olmaqla)Salyan rayonuna aid
olmuşdur.
Coğrafi mövqeyi
Bakıdan
Salyan rayonunun mərkəzinədək məsafə 126 km-dir. Rayonun ərazisi
Kür-Araz ovalığında Muğan və Cənub-Şərqi Şirvan düzlərində yerləşir.
Rayonda 16 yaşayış məntəqəsi var.
Relyefi
Rayon
Şərqdən kiçik sahədə Xəzər dənizi ilə hüdudlanır. Tirə və təpəliklər
Babazanlı, Xıdırlı, Bəndovan və s. var. Ərazinin çox hissəsi okean
səviyyəsindən 28 metrə qədər aşağıda yerləşir. Neogen və Antropogen
çöküntüləri yayılmışdır. Palçıq vulkanları Qalmas, Xıdırlı, Babazanlı və
s . var. Rayonun ərazisi neft və qaz yataqları ilə zəngindir.
Boz-qonur, boz–çəmən, çəmən–bataqlıq, şoran torpaqlar yayılmışdır.
Təbiəti
Salyan rayonu Bala Kür çayı
Bitki
örtüyü yarım səhra və səhra tiplidir. Salyanda yerləşən Şirvan milli
parkında ceyran, qırmızıquyruq qumsiçanı, kiçik Asiya qumsiçanı, gürzə,
kürən vağ, qaşqaldaq, kiçik qarabatdaq, böyük ağ vağ, ala ördək,
yaşılbaş ördək, anqut, fitçi cürə, dalğıc, marek, ağquyruq dəniz
qartalı, qamışlıq belibağlısı, ağquyruq çökük burun, cüllüt,
qaratirinqa, çəmən və iri arıquşu, imperator qartalı, bülbül, bildirçin,
kəklik, dovdaq, durna, torağayı, leylək, Suriya ağacdələni, qaratoyuq
və s. heyvan və quş növləri vardır.
Düzənlik ərazilərində canavar və çaqqala, Kür qırağı ərazilərdə isə tülkü və vəhşi pişiklərə rast gəlinir.
Kürsəngi
və Kürovdağ dağlarında mağaralar, Babazanlı dağında ısə müalicə
əhəmiyyətli istisu mövcuddur. Kür çayının sahilini Tuqay meşələri
bəzəyir. Bala Kür (Aqquşa) çayınin sahili səhərlər duman qalxanda çox
mənzərəli olur. Dünyanın ən şor bulağı Şır-Şır da Salyandadir.
İqlimi
Yayı
çox quraq keçən mülayim–isti iqlimi var. Orta temperatur qışda 8,5 °C,
yayda isə 33,5 °C-dir. İllik yağıntı 250–400 mm.-dir. İlin ən soyuq
gunləri yanvarın axırlarında (-1 °C, -5 °C), ən isti günləri isə
avqustun axırı və sentyabırın əvvəlinə (43 °C) təsadüf edir. Salyanda
qədimdən sentyabrın isti gunlərinə "qora bişirən", "ceyranı kölgəyə
qaçıran", "pambıq istisi" və bu kimi başqa adlar qoyulmuşdur.
İri yaşayış məntəqələri
Plastik yaşayış massivi,Stansiya yaşayış massivi, Babazanlı kəndi
Əhalisi
Milli tərkibEtnik qruplar2009[2] s.a.
Cəmi121 871
azərbaycanlı121 700
türk93
rus57
kürd4
tatar2
ləzgi2
digər8
Görkəmli şəxsləri
Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə - Qafqazın ilk şeyxülislamı (1823-1846)
Şeyxülislam Axund Əhməd Hüseynzadə (Səlyani) - Qafqazın üçüncü şeyxülislamı (1862-1884)
Axund Mirbağır Ağa Ağazadə — 1937-ci ilin repressiya qurbanı, böyük övliya, görkəmli din xadimi.
Əli
bəy Hüseynzadə — böyük Azərbaycan ədibi, ədəbiyyat tənqidçisi filosof,
XX əsr Türk-Azərbaycan ictimai fikrinin ən görkəmli nümayəndələrindən
biri.
Məhərrəm Dadaşov – Sovet İttifaqı Qəhrəmanı (1941-1945)
Qulu Əsgərov — Azərbaycan müğənnisi. Tanınmış xanəndə və pedaqoq.
Əliağa Kürçaylı — şair, dramaturq, tərcüməçi.
Aşıq Pənah - aşıq, şair, bəstəkar
Xəlil Rza Ulutürk — şair, tərcüməçi, Azərbaycanın xalq şairi.
Həsən Məmmədov — aktyor, Azərbaycanın xalq artisti.
Arif Məlikov - bəstəkar, Azərbaycanın xalq artisti.
Vaqif Axundov — Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik.
Əliağa Hüseynov — Azərbaycan Respublikası Milli Məclisin deputatı, ehtiyyatda olan general-leytenant.
Təbriz Xəlilbəyli— Milli qəhrəman (Xəlil Rza Ulutürkün oğlu)
Rafiq
Manaflı 1988-ci ildə başlanan Xalq hərəkatının ilk öncüllərindən olub.
AXC-nin təsisçilərindən. Hazırda VHP Ali Məclisinin sədri və İctimai
Palatanın Koordinasiya Şurasının üzvüdür.
Namiq
Hacıheydərli Şair. 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı
kəndində doğulub. 8 kitabın, 50-dən artıq elmi, publisistik və pedaqoji
məqalənin müəllifidir. Hazırda Azərbaycan Yazıçılar Birliyinin Muğan
Bölməsinin sədridir.
Mətləb Ağayev (Mətləb Ağa)- şair,hüquqşünas.Azərbaycan Yazıçılar Birliyinin üzvü.Prokuror.
İqtisadi xarakteristikası
Ağ balıq,nərə
Rayonun
kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, tərəvəzçilik və
heyvandarlıq təşkil edir. Quru subtropik meyvəçilik, bostançılıq da
mühüm kənd təsərrüfatı sahələridir. Salyan rayonunda plastik kütlə
emalı, pambıqtəmizləmə və kərpic istehsalı zavodları fəaliyyət göstərir.
Vaxtilə
rayonda böyük balıqçılıq təsərrüfatları olub. Hazırda isə respublikada
realizə olunan balıq məmulatlarının böyük bir hissəsi Salyanın payına
düşür. Salyan rayonu ərazisində, Kür çayından ovlanan ağ balıq və nərə
qeyri-adi dada və ləzzətə malikdir. Ümumiyyətlə, mütəxəsislərin və
qurmanların yekdil rəyinə görə Salyan rayonunda tutulan ağ balıq və nərə
balığı dünyada ən dadlısı sayılır. Burada istehsal olunan qara kürü
haqqında isə əfsanəyə çevrilmiş söhbətlər gəzməkdədir. Salyanda istehsal
olunan qara kürü bütün dünyada ən baha satılan kürüdür.
Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Rayonda "Qələbə" qəzeti fəaliyyət göstərir. (Təsisçilər-Salyan RİH və qəzetin jurnalist kollektivi)
Kür çayı
Köhnə su qülləsi (1943)
Ölkə əhəmiyyətli abidələr
I Babazanlı yaşayış yeri (e.ə. I minillik);
Marışlı yaşayış yeri (XI-XV əsrlər);
Marışlı nekropolu (e.ə II minillik);
Kürsəngi küp qəbirləri nekropolu (e.ə II–e. III əsrlər);
Kürsəngi küp qəbirləri nekropolu (e.ə II–e. III əsrlər);
Mahmudabad yaşayış yeri (I-III əsrlər);
Mahmudabad küp qəbirləri nekropolu (I-II əsrlər);
Noxudlu yaşayış yeri (e.ə II minillik).
Yerli əhəmiyyətli abidələr
Salyan yaşayış yeri;
II Babazanlı yaşayış yeri;
Qırxçıraq yaşayış yeri;
Yuxarı Xalac yaşayış yeri;
Əndovan yaşayış yeri;
Xurşud yaşayış yeri;
Xurşud nekropolu;
Arbatan yaşayış yeri;
Şorsulu nekropolu;
Bəydili yaşayış yeri;
Qarabağlı yaşayış yeri.
Mətbəx
Salyan təndiri
Salyan təndir çörəyi
Salyan
mətbəxi öz koloritinə, zənginliyinə və dadına ğörə Azərbaycan
kulinariyasında mühüm yerlərdən birini tutur. Salyanın yerləşdiyi
coğrafi ərazi və isti iqlimi onun mətbəxinin formalaşmasında böyuk rol
oynamışdır. Belə ki yay aylarının isti günlərində ən çox şor balıq və
qatiğdan hazirlanmış ovduğ deyilən içkiyə ustünlük verilir. Salyan
mətbəxinin əsasını balıq xörəkləri təşkil edir.Ana Kürun və Xəzərin bol
balıq məhsulları Salyanın kulinariyasına inanılmaz dərəcədə təsir
göstərmişdir. Çətin 2-ci elə yer tapmaq ola ki, orada balığı Salyandakı
kimi dadlı və profesionallıqla bişirib hazırlasınlar. Azərbaycanın ən
müxtəlif guşələrindən, əsl təndir balığını, nərə kababını, balıq
buğlamasını, dolma balığını dadmaq üçün Salyana gəlirlər. Baliq
xörəkləri ilə bərabər cücə çığırtması, pomidor çığırtması, narnumuru da
xüsusi zövqlə hazırlanır. Salyan təndir çörəyi,Salyan nabatı,
arağnanə(ovşala), külçə, da çox yerdə məhşurdur.