Boşanmış birinə əsla deyilməməmsi gərəkən 13 cümlə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 596
Səs ver:
(səs: 0)
Boşanma onsuz da çətin bir prosesdir. Onu daha da çətinləşdirməmək üçün boşanmış adamın ətrafındakılara çox iş düşür. Çünki o adam üçün mənəvi dəstək olmaq çox əhəmiyyətlidir. Budur, boşanmış birinə deyilməməsi lazım olanlarla tanış olun.

Çox pis oldum.
Bu sözü eşidən boşanmış adam üçün boşanma sonrası nə qədər xoşbəxt olduğunu izah etmə səyi başlayır. Olduqca yorucu və bezdiricidir. Nəticədə boşanma bədbəxt bir həyatı xoşbəxt bir həyata çevirmək üçün həyata keçirilir.

Ona ikinci şans verə bilməzdin?
Artıq bir boşanma olub. Hər şey bitib. Şans vermədiyini haradan bilirsiniz? İkinci şans yox, lap iki mininci şansı da vermiş ola bilər.
Boşanmış birinə əsla deyilməməsi lazım olan 13 söz

Uşaqlar necə olacaq?
Bu sualdan uzaq olun. Çünki boşanma qərarını ən çox çətinləşdirən şey uşaqlardır. Bildiyiniz kimi bir çox cütlük uşaqlarına görə bədbəxt olsalar da, evliliklərinə dəvam edirlər. Halbuki, evdəki bədbəxtlik uşaqlara da mənfi təsir edir. İnanın, boşanmış xoşbəxt valideynlər uşaqlarını evli, amma söz-söhbətli evdə yaşayan valideynlərdən daha çox xoşbəxt edərlər.

Sizi barışdıra bilərəm.
Boşanmış bir insanın buna cavabı "Xeyr, çox sağol, mən belə yaxşıdır" olsa, nəzakətli biriylə qarşı-qarşıyasınız deməkdir. Çünki sizə dəxli olmayan bir ailə probleminin içinə girdiyinizi yadınıza salmalıyam.

Başqa birini tapmalısan
Çox insan boşanma sonrası vəziyyət üçün "mismar mismarı sökər" məntiqiylə düşünər. Yəni təzə bir əlaqə bütün çətinlikləri yaddan çıxara bilərmiş kimi. Halbuki, yeni boşanmış bir insanın ən son istədiyi şey təzə bir sevgilidir. Yeni bir problemlə üz-üzə qalmamaq üçün bir müddət sakit yaşamaq onun da haqqıdır.

Evlilik çətindir.
Sanki boşanmış insana dəstək olmaq üçün deyilmiş bir fikirdir, amma daha dərin düşünəndə "Güman edirəm, sən bu evliliyi bacarmadın." mənasına gəlir.
Əhməd necədir indi?
Bu ona maraqlı olsaydı, boşanmazdı!

Onsuz da onu heç sevməmişdin.
Keçmiş yoldaşına qarşı bu və bənzəri kimi pis sözlər bir gün sizi peşman edə bilər. Bir gün yenidən birlikdə ola biləcəklərini haradan biləsiniz.

Səni aldatdığı üçün boşandınız?
Səbəb aldadılma belə olsa, bunu hər dəfə təkrar-təkrar eşitmək heç kimin xoşuna gəlməz.

Sən gözəl bir qadınsan. Yeni birini dərhal tapa bilərsən.
Uzun illər davam edən bir evlilikdən sonra bir qadının ən böyük ehtiyacı yeni bir sevgili deyil, bir az özünə vaxt ayırmaqdır.

Yeni sevgilisi çox şirindir.
Kimin keçmiş ərinin yeni sevgilisi haqqında tərif dolu sözlər eşitməkdən xoşu gələr ki?

Sənə dedim, amma mənə qulaq asmadın.
Heç kim xoşbəxt davam edən bir evliliyi başqasının sözüylə yarıda kəsməz. Evlilikdə pis olan nələrsə varsa, bunu özü hiss etməlidir ki, boşanmağa qərar versin. Sonradan "mən bilirdim" havalarına girməyə heç ehtiyac yoxdur.

İndi nə edəcəksən?
Bu sualı soruşmayın, çünki soruşduğunuz adam özü də hələ bunun cavabını bilmir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 596
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri