Allah bizlərə yuxunu Axirətin varlığını hiss etdirmək üçün əta edib...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 367
Paylaş:
Səs ver:
(səs: 1)
İnsanlar niyə əvvəllər yuxu görmürmüş?

Hədislərimizin nəql etdiyinə görə, insanlar əvvəllər yuxu görmürdü. O zaman ki, zəmanələrinin peyğəmbərləri (ə) onlara ruh və məaddan danışardı, ona inanmazdılar və bunu isbat etməsini istəyərdilər. Həmin peyğəmbər (ə) də Allaha onların söylədiklərini çatdırır. Allah insanlara yuxu nemətini göndərir. İnsanlar yuxu görməyə başlayırlar. Bəziləri yuxularından ləzzət alır, bəziləri isə çətinlik çəkdiklərini və əziyyət çəkdiklərini söyləyirlər. Hiss etdikləri o ləzzət və çətinlikdən başa düşürlər ki, bu aləmdən başqa bir aləm də mövcuddur. Həmin aləmdə insanın bədəni olmasa da, oranın ləzzətini və çətinliklərini hiss edə bilir.

Allah Təala yuxunu ölümə bənzətmişdir. Yuxuda gördükləri isə öləndən sonra görəcəklərinə bənzəyir. Qurani-Kərim buyurur ki, yuxu – yüngül ölüm kimidir. Ancaq yuxudan ayılan zaman insanın ruhu bədəninə geri qayıdar, ölən zaman isə qayıtmaz.

Əgər insanın günü qarışıq keçibdirsə, Allahın hüzuruna çıxmağa hazır olmaz. O kəsə bənzəyir ki, napak və çirkli paltar geyinmişdir. Əlbəttə ki, bu halda qonaq getməyə xəcalət çəkər.

Ona görə də yuxu bir məktəbdir. İnsanın qəflətdə olduğu zaman deyildir. Allah yuxunu insanın ömrünü tələf etmək üçün qərar verməmişdir.

Biz hamımız yuxuda Allahın hüzurunu dərk edirik. Ancaq bu nemətə diqqət edənlərin sayı azdır. Böyük alimlər deyirlər: “Bizim yadımızdadır ki, necə yuxuda bizdən əhd alınmışdır”. İnsanın elmi və diqqəti hər nə qədər çox olarsa, Allahın hüzurunu daha çox hiss və dərk edər. Allah yuxunu bəndələri üçün bir fürsət qərar vermişdir. Bir dəstə bu fürsətdən istifadə edirlər və yuxuları onlara ibrətli dərslər verir. (Tebyan)

Ona görə də yuxunun dəyərini bilmək lazımdır. Çünki insan bir çox çətinliklərini yuxu vasitəsilə həll edə bilər. Tarixdə o qədər belə hadisələrə rast gəlirik ki, alimlər öz müşküllərini yuxuda həll edə biliblər. Misal üçün, məşhur kimyaçı Mendeleyevin cədvəli, alimə yuxu vasitəsilə verilmişdir. Əgər gün ərzində Allah istəyən kimi yaşasaq, yuxularımızdan daha çox fayda alarıq.

İmam Baqir (ə) buyurur: “O zaman ki, bəndələr yatarlar və ruhları səmaya gələr, ruhun səmada gördükləri haqq və doğrudur. O şeyi ki, havada görər, pərti-pəladır.

Agah olun ki, ruhlar hazır ordudurlar. O ruhlar ki, bir-birini tanıyar – bir-biri ilə ülfət bağlayar. Onlar ki, bir-birini tanımazlar – ayrılarlar.

Ona görə də o zaman ki, ruhlar səmada olar – bir-biri ilə dost və düşmən olarlar. Əgər səmada bir-biri ilə dost olublarsa – yerdə də dost olarlar. Əgər səmada düşmən olublarsa – yerdə də bir-birinin düşməni olarlar”.

loading...
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 367
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
maraqli gozel melumatdir
6 fevral 2019 09:28
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
CANAN
Duzu oxumadim.
Ama men Her gece yuxu gorurem.Ele bil real heyat yasayiram Bezen pis yuxular olur.isdeyirem ki ayilam..bEzende ele gozel yuxu olurki.Gozumu acsamda birde gozumu tekrar yumub yuxunun davam elemesini isdeyirem...Yuxularim bezen hallarda cin cixir.
5 fevral 2019 23:49
5
canan qizim sirin seker qizim.
Online
Ahu
Oxuduqca vahime burudu meni. Men yuxumu aydin sekilde gorurem. Menim yuxularim her zaman ters cixar. Bezen yuxu gorduyumde qorxuram. Cunki çin olur. Cox vaxt gozel seyler gorurem. Nadir hallarda qarisiq olur yuxularim. El arasinda bir inanc var. Deyilene gore yuxunda kimise gorende,hemin gece o insanin ruhu ile bir yerde olursan.
5 fevral 2019 19:54
4
сени о гедер хеял етдимки, артыг бир хеялсан...
Online
BARBI
Yuxu gormeyen insanlar ola biler.Bu berk yatmaqdan qaynaqlana biler
5 fevral 2019 19:40
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Love Angel
Bacı ellerine sağlıq cox hevesle oxudum. Tesekkurler.
5 fevral 2019 18:51
2
Bəzi insanları tanımamaq, bəzilərini isə əvvəlcədən tanımaq istərdim.
Offline
AYCA
Çox marağla oxudum yuxu ani bir ölümdür
5 fevral 2019 18:42
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
loading...

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri