Allah bizlərə yuxunu Axirətin varlığını hiss etdirmək üçün əta edib...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 1 994
Səs ver:
(səs: 1)
İnsanlar niyə əvvəllər yuxu görmürmüş?

Hədislərimizin nəql etdiyinə görə, insanlar əvvəllər yuxu görmürdü. O zaman ki, zəmanələrinin peyğəmbərləri (ə) onlara ruh və məaddan danışardı, ona inanmazdılar və bunu isbat etməsini istəyərdilər. Həmin peyğəmbər (ə) də Allaha onların söylədiklərini çatdırır. Allah insanlara yuxu nemətini göndərir. İnsanlar yuxu görməyə başlayırlar. Bəziləri yuxularından ləzzət alır, bəziləri isə çətinlik çəkdiklərini və əziyyət çəkdiklərini söyləyirlər. Hiss etdikləri o ləzzət və çətinlikdən başa düşürlər ki, bu aləmdən başqa bir aləm də mövcuddur. Həmin aləmdə insanın bədəni olmasa da, oranın ləzzətini və çətinliklərini hiss edə bilir.

Allah Təala yuxunu ölümə bənzətmişdir. Yuxuda gördükləri isə öləndən sonra görəcəklərinə bənzəyir. Qurani-Kərim buyurur ki, yuxu – yüngül ölüm kimidir. Ancaq yuxudan ayılan zaman insanın ruhu bədəninə geri qayıdar, ölən zaman isə qayıtmaz.

Əgər insanın günü qarışıq keçibdirsə, Allahın hüzuruna çıxmağa hazır olmaz. O kəsə bənzəyir ki, napak və çirkli paltar geyinmişdir. Əlbəttə ki, bu halda qonaq getməyə xəcalət çəkər.

Ona görə də yuxu bir məktəbdir. İnsanın qəflətdə olduğu zaman deyildir. Allah yuxunu insanın ömrünü tələf etmək üçün qərar verməmişdir.

Biz hamımız yuxuda Allahın hüzurunu dərk edirik. Ancaq bu nemətə diqqət edənlərin sayı azdır. Böyük alimlər deyirlər: “Bizim yadımızdadır ki, necə yuxuda bizdən əhd alınmışdır”. İnsanın elmi və diqqəti hər nə qədər çox olarsa, Allahın hüzurunu daha çox hiss və dərk edər. Allah yuxunu bəndələri üçün bir fürsət qərar vermişdir. Bir dəstə bu fürsətdən istifadə edirlər və yuxuları onlara ibrətli dərslər verir. (Tebyan)

Ona görə də yuxunun dəyərini bilmək lazımdır. Çünki insan bir çox çətinliklərini yuxu vasitəsilə həll edə bilər. Tarixdə o qədər belə hadisələrə rast gəlirik ki, alimlər öz müşküllərini yuxuda həll edə biliblər. Misal üçün, məşhur kimyaçı Mendeleyevin cədvəli, alimə yuxu vasitəsilə verilmişdir. Əgər gün ərzində Allah istəyən kimi yaşasaq, yuxularımızdan daha çox fayda alarıq.

İmam Baqir (ə) buyurur: “O zaman ki, bəndələr yatarlar və ruhları səmaya gələr, ruhun səmada gördükləri haqq və doğrudur. O şeyi ki, havada görər, pərti-pəladır.

Agah olun ki, ruhlar hazır ordudurlar. O ruhlar ki, bir-birini tanıyar – bir-biri ilə ülfət bağlayar. Onlar ki, bir-birini tanımazlar – ayrılarlar.

Ona görə də o zaman ki, ruhlar səmada olar – bir-biri ilə dost və düşmən olarlar. Əgər səmada bir-biri ilə dost olublarsa – yerdə də dost olarlar. Əgər səmada düşmən olublarsa – yerdə də bir-birinin düşməni olarlar”.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 1 994
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri