10 000 dinar yoxsa sübh namazı?

Müəllif: Pure Love
Şərhlər:
Baxılıb: 3123
Paylaş:
Səs ver:
(səs: 1)

10 000 dinar yoxsa sübh namazı?

 Mərhum Məclisi belə bir hədis nəql edir: "Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və Həzrətə (ə) Şama ticarət üçün getdiyini söylədi və məsləhət verməsini istədi. İmam (ə) buyurdu: "Getmə”. İzahat vermədi. Bu kişi getdi və İmamın (ə) sözlərinə qulaq asmadı. Onun ticarəti bir neçə ay çəkir və Mədinəyə qayıdıb, İmamın (ə) xidmətinə gəlir və deyir: "Yəbnə Rəsulullah! Mən sizə qulaq asmadım, getdim və on min qızıl dinar qazandım”.İmam (ə) buyurur: "Mən öz məsləhətimin üzərində dururam. Sənə dediyim ki, getmə”. Dedi: "Niyə, yəbnə Rəsulullah?”. "Çünki bu arada sənin bir sübh namazın qəzaya getmişdir. Bütün o pul və dünyada olan bütün pulları bu namazın yerinə versən, əvəzini verə bilməzsən”.

Allah Təala Quranda buyurur: "Ey insanlar, yer üzündə olan şeylərin (müxtəlif yeməklər və digər varlıqların) halal və paklarından yeyin, faydalanın və şeytanın addımlarına tabe olmayın ki, o sizin aşkar düşməninizdir. O sizə yalnız pislik və çirkinlikləri, həmçinin bilmədiyiniz şeyləri Allaha nisbət verməyi əmr edir”. ("Bəqərə” 168-169).
İmam Sadiq (ə) kəbirə günahları tanımaq haqda buyurur: "Quranın zikr etdiyi günah və Allahın ona görə əzab vəd etdiyi günah kəbirə günahdır”.
İnsanların dini maarifi zəifdir və ona görə də Allaha iftira atır və töhmət vururlar. Allaha vurulan töhmətlərdən biri də budur ki, Allah dünya və axirətdə buyurur: "Mən Öz haqqımdan keçirəm. Ancaq insanların haqqından keçmirəm”. Yəni sanki insanların haqqı Allahın haqqından üstün tutulur. Halbuki, İmam Səccad (ə) Allahın haqqını bəyan edən zaman buyurur: "Allahın haqqı - əkbər haqdır”. Yəni bütün haqlar Allahın haqından sonra gələr. 

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 3123
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv