Mərhum Məclisi belə bir hədis nəql edir: "Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və Həzrətə (ə) Şama ticarət üçün getdiyini söylədi və məsləhət verməsini istədi. İmam (ə) buyurdu: "Getmə”. İzahat vermədi. Bu kişi getdi və İmamın (ə) sözlərinə qulaq asmadı. Onun ticarəti bir neçə ay çəkir və Mədinəyə qayıdıb, İmamın (ə) xidmətinə gəlir və deyir: "Yəbnə Rəsulullah! Mən sizə qulaq asmadım, getdim və on min qızıl dinar qazandım”.İmam (ə) buyurur: "Mən öz məsləhətimin üzərində dururam. Sənə dediyim ki, getmə”. Dedi: "Niyə, yəbnə Rəsulullah?”. "Çünki bu arada sənin bir sübh namazın qəzaya getmişdir. Bütün o pul və dünyada olan bütün pulları bu namazın yerinə versən, əvəzini verə bilməzsən”.