Möminlərə, xüsusi ilə də Əhli-beyt dostlarına yardımçı olmaq dini vəzifəmizdir. İmam Sadiq (ə) buyurur: «Ey Cündəb oğlu, insanları ovlamaq üçün şeytanın tələləri vardır. Ən böyük tələlərdən biri insanı öz din qardaşlarına yardımdan məhrum etməkdir. Şeytanın ikinci tələsi isə insanları namazı vaxtında qılmaqdan çəkindirməkdir.
Vacib dini vəzifələrinə əməl edən insan bəzən işini bitmiş hesab edir. Hansı ki, din qardaşlarının ehtiyacını ödəmək böyük dini vəzifədir. Təhsil, tədris, jurnalistika və s. sahələrdə çalışanlar qohum-əqrabanı, qonşuları, din qardaşlarını unutmamalıdırlar. Diqqətini bir sahəyə yönəldib digər sahələri nəzərdən qaçırmaq düzgün deyil. Bu diqqətsizliyin bünövrəsini qoyan şeytan qulağımıza pıçıldayır ki, axı sənin nəyin var ki, başqalarına kömək edəsən. Axı başqalarından sənə nə var. İmam Sadiq (ə) sözünü davam edərək buyurur ki, din qardaşına kömək etməkdən böyük ibadət yoxdur, hətta ehtiyaclarını ödəyə bilməsən belə, Allah xatirinə onlarla görüşmək böyük ibadətdir.