De ey nəfsim! ALLAH sənə kafi deyilmi?

Şərhlər: 7
Baxılıb: 533
Paylaş:
Səs ver:
(səs: 2)
Bir an olsun unutma Yaradanını… Sadəcə başına bir fəlakət gəldiyində deyil, bir müsibət ya da xəstəliyə məruz qaldığında deyil, daim xatırla Onu. Çünki Ondan uzaq olunmaz, O bizə hər şeydən, hər kəsdən yaxındı. Bizi Ondan başqa hər an güdən, ehtiyaclarımızı qarşılayan varmı? Bizə qarşı sonsuz bir mərhəmət, kərəm sahibi varmı? O bizi hər kəsdən çox sevir, bir an belə bizi tək buraxmır. Elə isə sən də hər an xatırla Yaradanını…..

Bil ki, səni səndən daha yaxşı tanıyan, daha yaxşı anlayan biri var. Ən gizli sirlərini bilən, halını görən biri var. Səni özünə həmsöhbət qəbul edən, hüzuruna dəvət edən ucalar ucası biri var. Sənin bütün dualarına cavab verən sonsuz qüdrət sahibi biri var. Elə isə yalnız çətin anlarında deyil, hər vaxt xatırla Yaradanını. Gecələrdə başını səccadənə qoyduğunda, içini Ona tök səssizcə… Burax damlasın gözyaşların, söndürsün öz əlinlə yandırdığın atəşləri… Harada və hansı şərtdə olursan ol, unutma Yaradanını...

Başını qaldırıb səmaya baxdığında, bir yağış damlasında, günəşin doğuşunda, gecənin qaranlığında, kainatın hər səhifəsində, hər sətirində xatırla Onu. Hər şeydə Onun təqlid edilməz imzasını, Onun möhürünü gör və xatırla Yaradanını...

O varsa hər şey var, O yoxsa heç bir şey yox. Onunla hər şey mənalı, işıqlıq, gözəl. Onsuz hər şey qaranlıq, mənasız, heçliyə gedər. Onu heç unutma ki, saraylara dönsün zindanların. Onu heç unutma ki, nura qərq olsun qaranlıqların. Onu heç unutma ki şəfa tapsın yaraların...

Anadan, atadan, yardan ayrı qalmaq olar, Ondan ayrı qalmaq olmaz. O bizi heç buraxmaz. Elə isə Sən də Onun adını salma dilindən. Sevgisini əskik etmə ürəyindən. O sənin hər cür ehtiyacına kafi deyilmi? Ondan qeyrisi fani deyilmi? Elə isə hər an xatırla Yaradanını…

Onu xatırlamaq üçün başına bir müsibət gəlməsini gözləyəcək qədər nankor və kor olma. Hara baxsan Onu gör, Onu düşün, Onu xatırla. Xatırlanmağa ən çox layiq olan O deyilmi?

loading...
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 533
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
evli.mutlu.cocuklu
Ay allah necə təsirli idi gecə yatanda danışıram allahımla ağlayıramda
30 iyul 2016 14:50
7
Offline
Totu
Maraqlidi Allah bize nefsimizin şerinden qorusun inwallah aminn
27 iyul 2016 20:26
6
Uşaqlarınıza zəngin olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə, həyatları boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilirlər.
Offline
Barbaris
Sitat: _Qanadsız_Mələk_
Allah bizləri nəfsimizin şərinən qorusun. Amin.


Amin
27 iyul 2016 17:40
5
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
AYCA
Allah butun xetseleri sagaltsin ve valdeyinlermiI ailemzi daima qorusun
27 iyul 2016 16:13
4
Offline
vipbetul
Rebbim komeyimiz olsunki her zaman dilimizde axlimizda Rebbimin adi olsun dua olsun amin insallah
27 iyul 2016 12:27
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
kiraz mevsimci kiz
ALLAH bizleri nefsin esiri etmesin AMİN
27 iyul 2016 11:22
2
kas tez gelsen qaqasim
Offline
Ariel♡
Her saniyeme gore Allahima wukur edirem
27 iyul 2016 11:08
1
Huwt

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv