Bir an olsun unutma Yaradanını Sadəcə başına bir fəlakət gəldiyində
deyil, bir müsibət ya da xəstəliyə məruz qaldığında deyil, daim xatırla
Onu. Çünki Ondan uzaq olunmaz, O bizə hər şeydən, hər kəsdən yaxındı.
Bizi Ondan başqa hər an güdən, ehtiyaclarımızı qarşılayan varmı? Bizə
qarşı sonsuz bir mərhəmət, kərəm sahibi varmı? O bizi hər kəsdən çox
sevir, bir an belə bizi tək buraxmır. Elə isə sən də hər an xatırla
Yaradanını..
Bil ki, səni səndən daha yaxşı tanıyan, daha yaxşı anlayan biri var. Ən
gizli sirlərini bilən, halını görən biri var. Səni özünə həmsöhbət
qəbul edən, hüzuruna dəvət edən ucalar ucası biri var. Sənin bütün
dualarına cavab verən sonsuz qüdrət sahibi biri var. Elə isə yalnız
çətin anlarında deyil, hər vaxt xatırla Yaradanını. Gecələrdə başını
səccadənə qoyduğunda, içini Ona tök səssizcə Burax damlasın
gözyaşların, söndürsün öz əlinlə yandırdığın atəşləri Harada və hansı
şərtdə olursan ol, unutma Yaradanını...
Başını qaldırıb səmaya baxdığında, bir yağış damlasında, günəşin
doğuşunda, gecənin qaranlığında, kainatın hər səhifəsində, hər sətirində
xatırla Onu. Hər şeydə Onun təqlid edilməz imzasını, Onun möhürünü gör
və xatırla Yaradanını...
O varsa hər şey var, O yoxsa heç bir şey yox. Onunla hər şey mənalı,
işıqlıq, gözəl. Onsuz hər şey qaranlıq, mənasız, heçliyə gedər. Onu heç
unutma ki, saraylara dönsün zindanların. Onu heç unutma ki, nura qərq
olsun qaranlıqların. Onu heç unutma ki şəfa tapsın yaraların...
Anadan, atadan, yardan ayrı qalmaq olar, Ondan ayrı qalmaq olmaz. O
bizi heç buraxmaz. Elə isə Sən də Onun adını salma dilindən. Sevgisini
əskik etmə ürəyindən. O sənin hər cür ehtiyacına kafi deyilmi? Ondan
qeyrisi fani deyilmi? Elə isə hər an xatırla Yaradanını
Onu xatırlamaq üçün başına bir müsibət gəlməsini gözləyəcək qədər
nankor və kor olma. Hara baxsan Onu gör, Onu düşün, Onu xatırla.
Xatırlanmağa ən çox layiq olan O deyilmi?