"Əgər duanız olmasa, Rəbbim sizə nə deyə əhəmiyyət versin?" (Furqan,77)

Müəllif: YalniZ-ArZu
Şərhlər: 12
Baxılıb: 3 343
Səs ver:
(səs: 1)
Allahı zikr et ki, şeytanların səsini batırasan. Zikr suyunda nəfsini saxlayıb səbr et ki, şeytanın vəsvəsəsindən və fikrindən qurtulasan!
Dənizə dalan dalğıc inci çıxarmaq üçün nəfəsini saxlayıb su altında səbr etdiyi kimi, sən də zikr əsnasında nəfəsini qısaraq səbr et ki, şeytanın vəsvəsəsini qəlbindən qovasan və hüzur inciləri çıxarasan.
"Səhər-axşam Onun rizasını diləyərək, Rəbbinə yalvaranlarla bərabər #nəfsini_səbrli tut; Dünya həyatının zinətini arzu edib də gözlərini onlardan (o yalvaranlardan) ayırma; Və (üsyanları səbəbilə) qəlbini bizi anmaqdan qafil etdiyimiz, nəfsinin arzusuna tabe olmuş və işi gücü ifrata varmaq olan kimsəyə itaət etmə!" (Kəhf surəsi, 28)
Gecə yarısı bir nəfər elə "Allah!" deyirdi ki, bu zikrlə ağzı şirinləşmişdi. Şeytan gəlib ona dedi ki:
-Ey paküzlü! Bu qədər "Allah" deməyinin əvəzində Allah tərəfindən bir "Ləbbeyk" cavabı aldınmı? Allahdan sənə bir cavab gəlmədiyi halda, sıxılmadan hələ nə qədər "Allah" deyəcəksən?
Zikr edən şəxs hüznləndi və eləcə yatdı. Yuxusunda ona deyildi:
-Nə üçün zikr etməyi tərk etdin? Oxuduğun dualardan və zikrlərdən niyə peşman oldun?
Zikrindən ümidsiz olan cavab verdi:
-Mənə "Ləbbeyk" cavabı gəlmir. Allah qapısından rədd olunmaqdan qorxuram.
Cavab olaraq ona deyildi:
-Sənin "Allah!" deməyin bizim "Ləbbeyk"-imizdi. Sənin yalvarmağın bizim cavab verməyimizdir.
Cahilin canı bu duadan uzaqdır. Çünki ona "Ya Rəbbi!" deməyə izin yoxdu.
"Qullarım məni səndən soruşduqda, şübhə yox ki, mən (onlara) çox yaxınam. Mənə dua etdiyi zaman dua edənin duasına cevab verərəm; elə isə (onlar da) mənim (rızam) üçün (dəvətimi) qəbul etsinlər və mənə iman gətirsinlər. Ta ki haqq yolu tapsınlar." (Bəqərə,186)
"(Əzabından) qorxaraq və (rəhmətini) ümid edərək Ona dua edin!" (Əraf ,56)
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 3 343
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri