Balabanı dünyaya tanıdan adam...

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 154
Səs ver:
(səs: 0)
Bəli, kamançanın Habili, qaboyun Kamili, qarmonun Avtandili varsa, balabanın da Əlixanı var. Məhz o, balabanı köməkçi, dəmkeş musiqi alətindən aparıcı musiqi alətinə çevirə bilib. Tarixdə ilk dəfə olaraq simfonik orkestrin müşayəti ilə balabanda simfoniya ifa edib. Dünyada işıq üzü görən yüzdən çox əcnəbi musiqilərdən ibarət albomda öz ifası ilə yer alıb. İyirmidən çox alətdə ifa etməyi bacaran bu şəxsi sevmək azdır, ona xidmətlərinə görə etiram göstərmək lazımdır…

Deyir ki,- "Mənim şəxsi arzularım elə də çox deyil, Azərbaycanda balaban məktəbi yaratmaq istəyirəm. Vətənimiz istedadlar ölkəsidir. Ölkəmizi qarış-qarış gəzib istedadları toplamaq, həmin məktəbə cəlb etmək istəyirəm"…

Haqqında sevə-sevə söhbət açmaq istədiyim Əlixan Səmədov 1964-cü ildə Sumqayıtda dünyaya gəlib. Əslən Lerik rayonundandır. Orta təhsilini 1979-cu ildə doğulduğu şəhərdə başa vurub. 1979-1982-ci illərdə N.Nərimanov adına mədəniyyət evində qarmon dərnəyinə gedib. 1980-1982-ci illərdə 1 nömrəli Musiqi Məktəbində qaboy dərsləri alıb. Sonra bir il Sumqayıt Kimya Zavodunun musiqi ansamblında işləyib. 1983-1985-ci illərdə sovet ordusunda əsgər olub. 1985-1990-cı illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində bədən tərbiyyəsi və hərbi hazırlıq müəllimi ixtisasına yiyələnib. 1990-cı ildən Türkiyənin İstanbul şəhərində məskunlaşıb…

…Ömür-gün yoldaşı Ellada xanım ixtisasca mühəndis olsa da evdar xanımdır. İki övladı var. Oğlu Sərxan 31 yaşındadır. Beş dil bilir, iş adamıdır. Qızı Səfa xanım isə ailəsi ilə Bakıda yaşayır. İki nəvənin babasıdır...

Əlixan Səmədov İstanbula köçdükdən sonra əvvəlcə müxtəlif yerlərdə işləyib. On il "Eyyuboğlu Egitim Kurumları"nda şahmat müəllimi kimi çalışıb. Eyni zamanda Türkiyə televiziya kanallarında bir sıra verilişlərdə iştirak edib. 2008-ci ildən müstəqil ifaçı kimi çalışır…

Deyir ki,- "Türkiyəyə təzə gələndə özümlə bir neçə musiqi aləti də götürmüşdüm. Aralarında balaban da var idi. Türklər onu tanımadılar, neyə bənzətdilər. O vaxtdan özümə söz verdim ki, nəyin bahasına olursa olsun, bu aləti tanıtmalıyam. Şükr Allaha ki, böyük zəhmət bahasına olsa da balabanı müasirləşdirib dünyaya tanıda bildim"…

İndiyədək səkkiz albomu işıq üzü görüb. 2008-ci ildə "Balaban metodu" adlı kitabı nəşr olunub. Balabanı erməniləşdirən yüzlərlə etnik düşmənlərimizin saytını bağlatdırıb. "Əsas xaricdə yaşamaq deyil, vətəni harada təmsil edə bilərsənsə orada yaşamaq lazımdır"- söyləyir…

2014-cü ildə əməkdar artist, 2018-ci ildə xalq artisti adlarına layiq görülüb. Şahmat oynamığı çox xoşlayır. Elə vaxt olur ki, səkkiz saat şahmat oynayır. Avtomobil idarə etməkdən həzz alır. Dənizin vurğunudur. Dalğaları dinləməkdən yorulmur. Musiqilərinin çoxunu da dəniz sahilində olarkən yaradır. Meşədə gəzməkdən isə bir başqa zövq alır…

Əzizim Əlixan Səmədov dünən, aprelin 27-si Sənin 55 yaşın tamam oldu. Hər dəfə qələmi əlimə götürüb səndən yazmaq istəyəndə bir soydaşımızdan zəng gəldi. Məni bağışla qardaşım, bir gün gecikdim. Fəqət yaxşı deyiblər, "gec olsun, ancaq olsun". Uzaq Amerika qitəsindən, balabanı olmayan bir ölkədən Səni 55 yaşın münasibəti ilə təbrik edir, Sənə möhkəm can sağlığı və Prezident təqaüdü arzulayıram…

Elman Eldaroğlu

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 154
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
YalniZ-ArZu
Fəxrimizdir Əlixan müəllim. Hər dəfə "Sən gəlməz oldun" musiqisini onun ifasında dinləyəndə içim içimdən gedir, bu üzdən çox dinləyə bilmirəm((
Erməni mundarlar balabanı da özününkiləşdirmək istəyirlər. Hətta dünyaca məşhur "Qladiator" filmində də balaban səsləndi mundarların balabana qoyduqları duduk adıyla və erməni imzası ilə(( Heyif ki bizimkilərin əlində bucürə dünya miqyaslı şans olmur, təbliğatımız hər zaman zəif olur deyə hər zaman oğurluqla üzləşirik((
Əlixan Səmədovun bu istiqamətdə kifayət qədər işləri olub, ona bu işlərində uğurlar arzu edirəm. Allah can sağlığı versin.
21 iyul 2019 14:17
3
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
Üzel..
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
20 iyul 2019 13:09
2
- Такая Королева как я,не замечает мелочных соперниц как вы ✌ ✔
Offline
vipbetul
maraqli melumat oldu
20 iyul 2019 09:33
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri