Günəş şüalarından qoruyucu kremi özünüz hazırlayın

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 2 756
Səs ver:
(səs: 2)
Mağazalarda satılan ən bahalı kremlərin belə tərkibinə kimyəvi maddələrin qatılması heç kimə sirr deyil. Günəş şüalarından qorunmaq kremlərdən istifadə etmək mütləqdir, lakin kimyəvi tərkiblərin çox olduğu məhsullardan mümkün qədər uzaq durmaq lazımdır. Tərkibində kimyəvi maddə az olan məhsullardan əlbəttə ki, istifadə etmək olar. Amma evdə özünüzün təbii yağlardan hazırladığınız kremlər daha effektlidir.

Ərzaqlar:
20 qram zeytun yağı. Bu  yağ Günəşin zərərli təsirlərini azaldan xüsusiyyətə malikdir.
10 qram yerkökü yağı. Günəşdən gələn ultrabənövşəyi (UV) şüalara qarşı orqanizmin immunitetini artırır və dərin qurumasının qarşısını alır.
10 qram kakao yağı. Yaxşı nəmləndiricidir. Kakao yağından günəş kremi kimi istifadə edildiyini də yəqin ki, çoxlarınız eşitmisiniz.
10 qram küncüt yağı. Dərini qidalandırır, toksinlərdən təmizləyir.
10 qram qoz yağı. Dərini nəmləndirir, dərinin yeniləyir və qırışları azaldır.
Bu yağlar da dərini nəmləndirmək üçün əla vasitələrdir.
10 qram badam yağı
10 qram ərik yağı
10 qram kətan toxumu yağı
10 qram fındıq yağı

Hazırlanması:
Bütün yağlar bir qaba tökülür və yaxşıca qarışdırılır.  Əldə edilən krem günəşə çıxmazdan 20 dəqiqə əvvəl sürtülür və hər iki saatdan bir yenilənir.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 756
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri