Limon və Zeytun yağının bəxş etdiyi gözəllik sirləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4896
Səs ver:
(səs: 0)
Yağlı dəri üçün limonlu təmizləyici krem
Tərkibi: 3 xörək qaşığı zeytun yağı, 1 xörək qaşığı limon şirəsi, biraz çay qaşığı duz, 1 çay qaşığı gül suyu.
Bunları qarışdırın. Yarımdəqiqəlik üzünüzə sürtün, ilıq su ilə yuyun.

Canlandırıcı üz maskası
Tərkibi: 1 çay qaşığı zeytun yağı, 1 çay qaşığı xama, 1 xörək qaşığı quru maya, 1 çay qaşığı limon şirəsi, 1 çay qaşığı kök şirəsi və ya alma.
Bunları qarışdırıb, üzünüzə 10-15 dəqiqəlik sürtün. Sərin su ilə yuyun.

Ağardıcı maska

Tərkibi: 2 xörək qaşığı kaolin (ağ farfor gili), 2 xörək qaşığı zeytun yağı, 1 xörək qaşığı limon şirəsi, bir neçə damcı nanə yağı və ya cövhəri (və ya 1 çay qaşığı cəfəri şirəsi).

Kaolini zeytun yağı ilə qatı bir məhlul halına gələnə qədər qarışdırın, limon şirəsini və nanə yağını əlavə edin. Təmiz üzə 15-20 dəqiqəlik sürtün, ilıq su ilə yuyun.

Sızanaq maskası

Tərkibi: 1 ədəd limonun suyu, 1 çay qaşığı uşaq pudrası, 1 ədəd mineral su

Pudranı bir kasaya töküb limon suyunu əlavə edin. Kremə oxşar qatı olmayan qarışıq əldə etməyə çalışın.

Maskanı, istəsəniz, təkcə sızanaqlarınızın üzərinə və ya bütün üzünüzə çəkin. 10 dəqiqə sonra üzünüzü yuyun. Bu zaman mineral sudan istifadə edin.

Üz təmizliyi üçün gel

Tərkibi: 4 xörək qaşığı aloe şirəsi, 4 xörək qaşığı zeytun yağı, limon, nanə, çay ağacı və badam yağlarının hər birindən 1 çay qaşığı

Bu yağları tünd rəngli şüşəyə tökün və soyuducuda saxlayın. Geldən istifadə qaydası çox sadədir. Pambığı gelə batırın və üzünüzü onunla silin.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4896
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 7864
Xəbər sayı: 1323
Son Bahar
limon derinin rengini acir lekeleri soldurur....yagliligi goturur ama uzde tuk yaradir
1 may 2017 19:20
3
Son Bahar kadini
Şərh sayı: 11144
Xəbər sayı: 307
Totu
Tesekkurler xebere gore
1 may 2017 14:05
2
Şərh sayı: 81395
Xəbər sayı: 30
BARBI
Mende zeytun yaginan cox istifade edirem.Derive saca parlaqliq verir
1 may 2017 12:47
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri