Ən çox edilən makiyaj səhvləri

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 8 797
Səs ver:
(səs: 3)
Daha gözəl bir görünüşə qovuşa bilmək adına etdiyiniz makiyajlarınız çox vaxt bilmədən etdiyiniz səhvlər ilə faciəyə çevrilə bilir. Davamlı olaraq makiyaj edən xanımlarımızın ümumiyyətlə düşdüyü və düzəldilməsi lazım olan makiyaj səhvlərini sizlər üçün təqdim edirik. Baxaq makiyaj edərkən hansı səhvlərə düşürük və bu səhvləri düzəldə bilmək adına nələr etməmiz lazımdır.
Ən çox  edilən makiyaj səhvləri: 
Səhv 1: Səhv tonal krem  seçimi
Çox tünd zənci kimi, çox açıq da əldən düşmüş görünmənizə səbəb olar. Yeni bir tonal krem istifadə etməyə başladığınızda flashlı fotoşəkil çəkin. Bu şəkildə bədəninizə uyğun olub olmadığını anlaya bilərsiniz. Tonal kreminiz bədəninizin bir və ya iki ton tündü olmalıdır.
Səhv 2: Sızanaqları bağlamaq üçün tonal kremdən  açıq bağlayıcı istifadə etmək
Bağlayıcını tünd bənövşəyi halqaları bağlamaq üçün istifadə edirik. Bağlayıcınız dəri rənginizlə uyğunlaşma içərisində olmalı.
Səhv 3: Parlaq dodaq boyası seçimi
Dodaq boyasını geydiyimiz paltara və ya olacağımız mühitə uyğun çəkməliyik. Parlaq dodaq parladıcıları isə çox qadının seçimidir. Ancaq parlaq dodaq boyası çəkmiş bir qadın az işıqlı mühitdə və ya daha qaranlıq mühitdə gözəl görünsə də çox günəş işığı altında gözə batar!
Gündüz saatlarında yüngül və mat tonlar istifadə etməni seçin. Axşamları istədiyiniz qədər cəsur ola bilərsiniz!
Səhv 4: Teni qaşlarınızın altına qədər çəkmək (Kölgə oyunları)
Ən alta qara, üzərinə boz, qaşların altına da ağ!Artıq bu kölgə oyunlarını bir kənara buraxın! Bu xasiyyətinizdən imtina edə bilmirsinizsə də açıqdan tündə getməkdənsə tünddən açığa gedin.
Səhv 5: Həddən artıq çox göz makiyajı etmək
Rəngarəng tenlər, və çox göz makiyajı hər vaxt şişirdilmiş bir görünüşə səbəb olar və göz qapaqlarınız daha geniş görünər. Sıx kirpiklər və bir az da eyeliner cazibadar görünmək üçün kifayətdir!
/Mənbə: Qadınlar.biz/
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 8 797
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri