Gözləriniz xırdadırsa bunu özünüzə problem etməyin. Ağ göz qələmi sayəsində gözləriniz olduğundan daha iri görünəcək.
Ağ göz qələmindən istifadə etməzdən öncə karandaşın ucunu oval şəkildə yonun. Sonra alt göz qapağınızı aşağı doğru çəkin və ağ qələmi kirpik diblərinə və göz qapağının içinə tətbiq edin.ağ göz qələmi
Bu qələmdən üst göz qapağınızda həmçinin qaşınızda da istifadə edə bilərsiniz. Eyni qayda ilə üst göz qapağınızın içinə və kirpik diblərinə tətbiq edin.
Qaşınızı almağa vaxtınız çatmıyıbsa, ağ qələm vasitəsilə səliqəsiz görüntüdən xilas ola bilərsiniz. Qaşınızın altına, orta tərəfindən başlayaraq axıra qədər düz xətt çəkin. Sonra onu barmaqlarınızla yayın. Beləliklə qaşlarınız çox incə və səliqəli görünəcək.