Doğru ya yalan: Ətirlər haqqında miflər və reallıqlar

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 687
Səs ver:
(səs: 0)
Ətirlər haqqında həmişə mütləq bilməli olduğumuz doğrular olur. Bəzən bu doğrular da əslində yalan ola bilir. Elə bu bloq yazımızda doğrulardan, doğru bildiyimiz yalanlardan, ətirlər haqqında söylənilən miflərdən və reallıqlardan yazırıq.

Keyfiyyətli ətir mütləq qalıcıdır!
Qalıcılığın ətrin keyfiyyətilə əlaqəsi yoxdur. O sadəcə fiziki öhdəlikdir. Hər bir tərkib müxtəlif dərəcədə buxarlanan maddələrdən ibarətdir. Və ya ətriyyatçı xoşbəxtlik bəxş edən bir ətir yaradırsa, onu hazırlayərkən daha çox dəyişkən maddələrdən istifadə edirsə, o ətir tez buxarlanacaq. Və bu o demək deyil ki, ətir keyfiyyətsizdir.

Bir çox notlar var ki, onlar ətirlərin tərkibində istifadə olunduqda o daha qalıcı olur. Məsələn, ənbər, müşk, ağac notlar ətirlərin tərkibində olanda ətrin qalıcılığı daha çox olur. Bu zaman da ətrin yüngüllüyü itirilir.

Əgər qalıcı ətirlər istəsəniz şərq notlarında, parlaq ağac, odun, müşk vurğulu ətirlərə üstünlük verin. Sitrus, yüngül çiçək və meyvə qoxulu ətirlər qalıcılıq baxımdan zəif ətirlər təqdim edir.

Odekolon – kişilər üçün, ətir – qadınlar üçündür!
Odekolon və ətir fərqli konsentrasiyalardır, bu baxımdan onlar heç bir gender yükü daşımır.

Hamam otağında ətir saxlamaq olmaz: temperatur düşməsindən molekullar məhv olur!
Həqiqətən də hamam otağında ətir saxlamaq olmaz. Ətri quru, ərin və işıqdan qorunan yerdə saxlamaq lazımdır. Bu şərtə əməl etdikdən sonra əmin ola bilərsiniz ki, ətriniz gec xarab olacaq, qoxusunun dəyişmə ehtimalı isə sıfıra bərabərdir.

Əgər siz ətrinizi hiss etmirsinizsə, bu sizin ətrinizdir!
Əslində bu mübahisəli məsələdir. Əgər qoxunu duymursunuzsa, deməli, qoxu reseptorlarınız “doyub” və qoxular sizin üçün arxa plandadır, onlar sizə mane olmur. Bu mövzuda ətrin sizin ətriniz olmasından əlavə, məhz qeyd etdiyimiz bu fikir də mövcuddur.

Daha bahalı ətir daha çox keyfiyyət deməkdir!
Heç bir halda müzakirə mövzusu deyil. Çünki ətrin qiyməti əsasən qablaşdırma və reklam kampaniyasına bağlıdır. Əlbəttə ki, kompozisiyanın özü də xərc tələb edir, amma bu xərc elə də çox olmur.

Təbii inqredientlər kimyəvi tərkibdən daha yaxşıdır!
Bugün istənilən praktik ətrin tərkibində təbii və sintetik məhsullar olur. 100% demək olmur ki, bu ətrin tərkibi təbiidir ya da sintetik əlavəlidir.

Sarışınlara yüngül, qarabuğdayılara isə nisbətən ağır tərkibli ətir uyğundur!
Xarici görünüş, bürc, boy, çəki və bu kimi fiziki xarakterlər heç bir halda ətir seçimində rol oynamır. İnsanlar müxtəlif zövqə malikdir və onlar fərqli qoxuları sevirlər.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 687
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
❤Nilay❤Canan❤
Melumat ucun tsk.Men her etiri istifade ede bilmirem basim agiyir hemin deqiqe.
30 avqust 2018 21:32
6
canan qizim sirin seker qizim.
Offline
YalniZ-ArZu
bunlarin hamisini bilirdim, etirler haqqinda melumatliyam yeterince.
men en cox yigilma yag etirlerden istifade edirem, onlarin etri daha qalici olur
yawin burcun etre dexli olmasada yawin etir secimine dexli olmalidir, genc qizlar esasende yungul etirlerden istifade etseler daha yaxwidir.
xebercun tewekkurler
30 avqust 2018 21:16
5
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
BARBI
Hamamda etir saxlamiram.Etirler xarab olur.
30 avqust 2018 19:36
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Cema_Axodova
Etirleri sevurem ve fesillere gore istifade edirem
30 avqust 2018 19:28
3
p.s
Offline
_Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
30 avqust 2018 18:27
2
İt yatıb at kölgəsində,elə bilir öz kölgəsidirwink
Offline
vipbetul
lazimli melumatdir
30 avqust 2018 17:06
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri