Hər
gün müəyyən miqdarda saç tökülməsi normal haldır. Gün ərzində normal
insan 50 - 100 arası saç teli itirə bilər. Amma bundan artığı olarsa
demək ki, vəziyyət ciddidir. Bu vəziyyət iki ay davam edərsə artıq bu
xəstəliyin xəbərçisidir. Saç tökülməsinə səbəb hormonal dəyişiklik,
düzgün olmayan pəhriz və qidalanma, stress, əsəb, yaşlanma, kimya
terapiyalar, vitamin və mineral çatışmazlığı ola bilər. Amma ən böyük
səbəb məhz mineral çatışmazlığıdır. Bu mineralların başında isə sink
gəlir.
Saçlarımız və sink
Sink
orqanizmdə hüceyrələri və toxumaları yeniləyən mineraldır. Eyni zamanda
da saç köklərindəki yağların miqdarını da normada saxlayaraq saçların
tökülməsinin qarşısını alır. Buna görə də saçların sağlamlığı üçün sink
olmazsa olmaz minerallardandır.
Sink çatışmazlığını necə anlamalı?
Sink
çatışmazlığı özünü ən çox saçların tökülməsində, dırnaqlarda ağ
nöqtələrin yaranmasında və qırılmasında, ishalda, dəridə sızanaqların
yaranmasında, cinsi istəyin azalmasında, iştahın azalmasında və
yuxusuzluqda göstərə bilir. Bunu anlamaq üçün qan analizi ilə qanda
sinkin dəyərini bilmək lazımdır. Qanda sinkin miqdarı 60
mikroqram olmalıdır.
Sinkin çox olduğu qidalar
Yetişkin
insan gündə 11 mq sink qəbul etməlidir. Sink gündəlik yediyimiz hər bir
qidada müəyyən miqdarda var, amma daha çox bu qidalarda rast gəlmək
olar:
• Qırmızı ət
• Ciyər
• Toyuq əti
• Buğda
• Boranı tumu
• Yumurta