Aypara (9-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 4 104
Səs ver:
(səs: 0)
Səhər öz axarı ilə açılmışdı artıq. Ayparaya getmək nə qədər çətin olsada, özündə cəsarəti toplayıb kursa getmişdi. Dərs idi artıq. Müəllim israrla Ayparaya 'başındaki papağı çıxartmağını söyləyirdi' Ayparanın isə gözləri dolmuşdu artıq. Siniflərindən olan Arif adlı oğlan 'Çıxartda bu papağı day" deyib əlin Ayparanın başına atıb papağı çıxartdı. Bir Ayparanın keçəl olan başına birdə əlindəki papağa baxdı. Aypara Arifin əlindən papağı alıb ağlayaraq sinifdən çıxdı. Arxadan uşaqlarının bəzilərinin gülüş səsini eşidə bilirdi. Məncə 'insalıq' ölümüşdü bəzilərində.. Aypara dəhlizin sonundan çıxanda Eşqin ilə qarşılaşdı. Eşqin Ayparaya nəzər yetirdikdə, əlində olan papağı birdə gözündən axan yaşları gördü.. 'Sacları yox idi... Belə olacağı bilinirdi...' deyə keçirtdi içindən. Bu an zəng vurulmağa başladı. Hər kəs çölə çıxıb Ayparaya baxmışdı. Gülürdülər! Yenə Gülürdülər! Hər özü ücün danışırdı! Kim bilə-bilə razı ola bilərdi axı belə bir şeye istəyə-istəyə! Zümrüd Ayparanın yanından keçərək, bilərək onu çiyininə vurub onun yerə düşüməyinə şərait yaratdı. Hər seyi qıraqdan seyr edən Eşqini artıq hirs bürümüşdü. Zümrüdün qolundan möhkəm tutub "Özünü nə sayırsan hə?! Özünüzü nə sayırsız?!"deyib Zümrüdü itələdi. Artıq səslər kəsilmişdi. Hər kəs Badboyu dinləyirdi. "Birinizi gülən görsəm, birinizin bu haqqda danışdığını görüb, zarafat etdiyinizi bilsəm! Başınıza açmadığım oyun qalmaz! Məni tanıyırsızsa edəcəyimidi bilirsiz! Peşman ederim sizi bu kursda oxumağınıza! Niyə gülmürsüz həə ?! Bayaqki kimi?! Cəhənnəm olun!"dedi. Hamı şoka düşmüş kimi Eşqinə baxdı. Eşqin qışqıraraq yenidən "Cəhənnəm olun! dedim sizə"dedi. Hər kəs qorxu ilə dəhlizdən uzaqlaşdı. Eşqin yerdə qalan Ayparaya tərəf gedib, dizlərin yerə atıb Ayparanın göz yaşların silməyə başladı. "Ağlama.. Ağlayacaq bir sey yoxdu.. İnanki belədə gözəlsən .." dedi məcbur gülümsəyərək. "Niyə etdin belə..?"dedi sadecə Aypara .. Eşqin isə nə deyəcəyini bilmədi... Bilmirdi Eşqin ... Niyə belə olduğunu, niyə belə etdiyini... Bildiyi tək şey Ayparanın üzünün gülməsi idi acı çəkməsi deyil.. Eşqin cavab verə bilməcəyini anlayıb Ayparanın yanından uzaqlaşdı. Gecə idi artıq. Eşqin bütün gün internetdə xəstəlik haqqında olan məlumatlara baxırdı. "Bu belə olmaz... Yaxşı həkim tapmalıyam..."deyib ayağa qalxdı. Ayaqqabıların geyinərkən güzgüdə özünə baxdı. Daha doğrusu çox sevdiyi, qulluq etdiyi saçlarına baxdı. İçində bir fırtına qopdu. Əlin yumruq edib güzgüyə bir yumruq atdı.. Həm əli kəsilmiş qan axırdı.. Həm də güzügü çiliy - çiliy olmuşdu. Əlin cibinə atıb dəsmal çıxardıb qanayan əlinə tutub evdən eləcə çıxdı. Gedəcəyi yer öz evləri idi. Atası ilə görüşüb onla söhbət edəcəkdi. Evə gəldikdə atasıda, anasıda şokda idi sanki. Eşqin bu evin yolun bilirdi yəni? Eşqin sözü uzatmadan "Ata köməyinə ehtiyyacım var"dedi. Atası gülərək "İşin olmasaydı gəlməzdin, nə qədər pul istəyirsən"deyib əlin Eşqinin çiyninə qoydu. Eşqin "Pul işi deyil..." deyib dərin bir 'ah' çəkib "Təkilikdə danışmağ istəyirəm. Olar kafelərdən birinə gedək"dedi. Atası "Nəcə istəyirsın oğul"deyib ayağa qalxdı. Evlərinə ən yaxın olan kafelərin birinə gəlmişdilər artıq.

Kazım(atası): Buyur oğlum
Eşqin: Ata sənin tanıdıq həkimlərin çoxdu. Mənə yaxşı həkim lazımdı..
Kazım: Nə üçün oğul?
Eşqin: xərçəng xəstəliyinə qarşı ...
Kazım: nəəə..?
Eşqin: Ata.. sehv başa düşdün.. bir dostum üçün lazımdı
Kazım: hansı dostdundu?
Eşqin: Ata desəm tanıyacaqsan bəyəm sənin o xəstəliyə qarşı yaxşı tanıdığın bir həkim varmı?
Kazım: Var 50%, 50% - nə edir müalicəni yəni
Eşqin: Adın soyadın hansı kilinkada olduğun mesajla mənə yazıb atarsan mən getdim
Kazım: dayan oğul. Əlin niyə bu halda niyə üzündə bir kədər var. Mənim şən deyib gülən oğlum niyə belədi? Biz axı ata - baladan əvvəl dost idik
Eşqin: Ata sevgi necə bir şeydi..?
Kazım: Həə indi başa düşdüm... Sevgini sözlərlə başa salsam gerey bütün geceni burda kecirək, onda da anan məni evə qoymaz) Amma qısaca desəm: sevgi hər anını onunla paylaşmaq demekdi.
Eşqin: bu acıqlayıcı cavabına gör çox sağol
Kazım: danış görüm nə məsələdi
Eşqin: gələn dəfə danışaram indi getməliyəm

Eşqin evə gəlib divanda uzandı. Atası mesajı atmışdı artıq. Mesaja uzun uzadı baxıb, əllərin çox sevdiyi saçlarına kecirib "Sizinlə sağollaşmaq vaxtıdı artıq" deyib ayağa qalxdı. Səhər açılmışdı Eşqin kurs üçün evdən hazırlaşıb çıxmışdı. Kursa daxil olanda hər kəs ona qəribə baxışlar ilə baxırdı. Bu qəribə baxışların səbəbi Eşqinin saçlarının olmaması idi.. Eşqin hamsına nifrət dolu gözlər ilə baxırdı. Çünki dünən bu yerdə Ayparaya gülmüşdülər! Kursa yeni daxil olan Aypara Eşqini belə görüb şok olmuşdu. Aypara Eşqinə yaxınlaşıb sual dolu gözlər ilə Eşqinə baxdı. Eşqin Ayparının iki əllərindən tutub "Sənə Səni Sevirəm deyə bilmərəm, çünki o söz mənim hisslərimin yanında aciz qalar.Mən sənə bir ömür yanında olacam deyə bilərəm, mən sənə bu xəstəliyə bir yerdə qalib gələcəyik deyə bilərəm. `Aypara .. Ömürümü ömrünə hədiyyə etməyimə icazə ver. İcazə verki bundan sonraki bütün ömrüm sənin olsun"

Bölümün Sonu ..

Müəllif: İ.Goncha

Ps. Yaratdığım Baş obraza aşiq oldum deyəsən)
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 104
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri