Bir gecəlik günah: Əmanət (8-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 9
Baxılıb: 4 079
Səs ver:
(səs: 0)
Bahar dərs çıxışı qorxu içində kafeyə getdi. İçəri girdikdə hec kimin olmadığını gördü. Daha sonra yan giriş tərəfdən bir adam çıxdı. Qara kostyumlu adamların biri 'gəl' işarətini etdi. Bahar onun arxasıyca getməyə başladı. Adamın dayandığı yer kecen defe səslərə qulaq asdığı yer idi. Qapının qarşısında Samiri gördü. Samir Bahara baxıb qapını açdı. İkisidə birlikdə içəri kecdilər. İçəridə Ağa deyen adam baş stolda oturmuşdu. Ağa gülüb "Buyur əyləş, Rüzgar bəyin sevgilisi ayaq üstə qalmasın" Bahar çəkinərək sağ tərəfdəki stolda əyləşdi. Niyə burda olduğu haqqda hec bir fikri yox idi. Bahar gözlərini yerə dikmişdi. Ağa "İstifadə edirsən səndə?"dedi. Bahar söhbetim nədən getdiyini anlayıb "Yox..."dedi. Baharın tək istəyi burdan çıxıb getmək idi indi. Baharın bu cavabına Samir gülüməyə başladı."İstifadə etməyə nə deyirsən? Məsləhətlidi.. Nə yaxşı Rüzgar hələ sənə təklif etməyib?" deyib göz vurdu Bahara. Bahar özündə cəsarət toplayıb "Nə istəyirsiz məndən?! Mən nə etmişəm sizə?! İnsanları niyə zəhərləyirsiz hə?!" deyib ayağa qalxdı "Mən gedirəm!" Samir Baharın qolundan tutub sıxmağa başladı "Cəsarətinə heyran qaldım sarışın. Amma sənin bu cəsarətin burda keçməz! Otur indi aşağı sənə verdiyimiz həpləri qəbul elə!"deyib Baharı divana itələdi.
Bahar isə bu dəfə həqiqətən qorxmağa məcbur idi! Bu insanların istəyin hələdə başa düşmüş deyildi. "Buraxın məni! Buraxın!"dedikdə Samir Bahara bir şillə atdı. Bahar şillə vurulduğu üzü tutan an qapı möhkəmcəsinə açıldı. Gələn Rüzgar idi. Baharın tək çıxış yolu olan Rüzgar. Rüzgar Baharın əlinin üzündə olduğunu gördü. Daha sonra masada həb'lər olduğunada nəzər yetirdi. Ətrafana baxdıqda Ağanın Samirin və 2 adamın olduğunu gördü. Samirə yaxınlaşıb ona kəllə atdı. Samir kəllənin təsirindən yerə yıxıldı. Bu an 2 adam silahların çıxartdı. Rüzgar onlara fikir vermədən yerdə yatan Samirə baxıb Bahara sarıldı "Şş kecdi.. burdayam mən"deyib saclarına sığal çəkməyə başladı. Rüzgar daha sonra ağaya dönüb "Birdə Bahara nəsə etmiş olsaz, buranı başınıza yıxaram! Bu 2 ci xəbərdarlığımdı! 3 dəfə xəbərdarlıq etməyib, birbaşa işə keçərəm!!! Samir, sənsə burdan çıxandan sonra başına gələcəklərdən özünü qoru!"deyib Bahar ilə birlikdə kafedən çıxdılar.
Baharın ağlında cavabsız suallar vardı. Niyə onlar Rüzgara hec nə edə bilmirdilər? Rüzgar niyə toxunulmaz idi? Baharın əksi isə Rüzgar Bahara vurulmuş şilləni, birdə ortalıqda olan həb'ləri fikirləşib dəli olurdu. Maşına mindikdə yol boyu hər ikisi susmuşdu. Bahar hara getdiklərini bilmədən gözlərini yummuşdu. Rüzgar maşını saxladıqda evinin önündə saxlamışdı. Bahara baxdıqda yatdığını görüb maşından enib Baharın qapısını açıb ona baxmışdı. Baharın hissiyatı güclü olduğundan gözlərini yavaşca açmağa başlamışdı. Ona baxan Rüzgarı görüb "Hara gəldik?"dedi. Rüzgar Bahara hec nə demədən addınlamağa başladı. Bahar maşından enib Rüzgarın arxasıyca getdi. Rüzgar evinin qapısını açıq qoyub içəri keçdi. İçəri keçməkdə tərətdüd edən Bahar sağa sola baxıb içəri keçdi. Evi belə gözləmirdi. Çöldən görnüşünə görə gözəl bir ev idi. İçi olduqca, modern mebellerlə ağ qara stilində bəzənmişdi. Və ətraf olduqca təmiz idi. Rüzgar Baharın ətrafa nəzər saldığını görüb onun əlindən tutub birlikdə divanda əyləşdilər. Yavaşca əli ilə Baharın azacıq qızarmış üzünə sığal çəkməyə başladı. Bahar bundan narahat olsada, arxaya çəkilmirdi. Refleks olaraq gözün yummağa başladı. Rüzgar Bahara dahada yaxınlaşıb "Çox fərqlisən... Sənə qıya bilmirəm.. Sənə əsəbləşə bilmirəm.. Sənə qarşı həmişə yenilirəm.. Mən hec kimə qarşı bu cür davranmamışam.. Nə etdin mənə belə?"deyib arxaya çəkildi. Bahar gözünü açıb ondan uzaqlaşmış Rüzgara baxdı. Rüzgarının sualının cavabı onda yox idi. Bildiyi tək şey Rüzgardan uzaq durması idi. Rüzgarın başına yenə güclü bir ağrı girdikdə 'aa' deyə bir nida çıxdı dilindən. Daha sonra əli ilə başın sıxmağa başladı. Bu gün Rüzgar həb atmağından ağrısı olduqca kəskin idi. Bahara dönüb "Xaiş edirəm get Bahar"dedi. Tutmasının indi tutacağından xəbəri yox idi. Əslində həb'i atasaydı keçərdi amma Rüzgar həb'i atmaq istəməmişdi..
Rüzgar divana əyləşib dərin bir nəfəs aldı "Get Bahar get! Məni tək qoyub get!" Bahar isə Rüzgarın yanına gedib əlindən tutub titriyərək "Niyə beləsən?"deyə soruşdu. Rüzgarın gözlərinin içi artıq qızarmağa başlamışdı. Tək qorxusu Bahara bu halda ziyan vermiş olmasaydı.. Onun üçün getməyini istəyirdi.. Bahar Rüzgarın gözlərinin qızartısın görüb "Rüzgar.. Rüzgar gözlərin..."dedi səsi olduqca zəif çıxmışdı. Rüzgar gözlərin yumub "Bahar.. Yalvarıram get... Birazdan yoxsa hec xoş olmayan seyler olacaq.." Bahar Rüzgarı belə qoyub gedə bilməzdi. "Niyə axı nə oldu?" Rüzgar bu saf qızla nə edəcəyini bilmirdi. Tək nəfəsdə "Getməlisən çünki həb'in vaxtıdı mən isə qəbul etməyimdən birazdan özümdən çıxacam. Sənədə zərər vermək istəmirəm! Onun üçün sual vermədən get!"deyib qapını işarət etdi. Çarəsiz qalan Bahar Rüzgarın dediklərindən sonra qapıya tərəf üz tutdu.

Bölümün Sonu..


Müəllif:İ.Goncha

Ps. Sizcə Bahar geriyə qayıdacaq? Ya Rüzgarı o vəziyyətdə tək qoyacaq?
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 4 079
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri