Bir gecəlik günah: Əmanət (11-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 4 404
Səs ver:
(səs: 0)
Bahar bu gününü atasına həsr etmişdi. Onunla birlikdə vaxt keçirdib əylənmişdilər. Amma bir an olsun Rüzgar ağlından çıxmırdı. Hava azacıq qaralmışdı artıq. Bu gün Rüzgardan hec xəbər almamışdı. Sənana bir bəhanə uydurub evdən çıxıb Rüzgarın evinə gəlmişdi. Qapının zəngini basıb gözləməyə başladı. Az sonra qapını Rüzgar açdı. Bahar gözlərini Rüzgardan çəkmədən içəri daxil oldu. İçəri keçdikdə qonaq otağındaki divanda əyləşdi. Rüzgar Bahara olduqca yorğun baxırdı.. Hal qalmamışdı onda. Baharın onu bu vəziyyətdə görməyini hec istemirdi. Bahar çəkinərək "Yaxşısan..?"deyə soruşdu. Yaxşı olmadığını bilirdi... Durub ona sarılmaq istəsədə olduğu yerdə qalmışdı. Rüzgarı ona tərəf çəkən nəsə vardı.. Amma adını bilmirdi. "Bahar.. Mən səni öz qaranlığıma çəkə bilmərəm.. Sənin təmiz dünyanı mənim kirlətməyə haqqım yoxdu.. Bu gün mənimlə son görüşün olsun.. Mənim üçün deyildə, sənin yaxşılığın üçün bunu etməliyik.. Birazdan başıma nə gələcəyin bilmirəm.. Məni belə görməyini istəmirəm.." Bahar Rüzgarın bu sözlərinə daha çox dözə bilməyib Rüzgarın yanına gəlib onu möhkəmcə qucaqlamaya başladı "Yox Rüzgar.. Dediklərinin hec biri olmaycaq.. Həm sənin yanında olmağımı ürəyim istəyir.. Sənə kömək etmək istəyirəm.. Səndə kömək et.."
Rüzgar eşitdiklərindən sonra Baharın saçlarına sığal çəkməyə başladı. Amma dediyi sözlərdən dönməyəcəkdi.. Baharın yaxşlığı üçün ondan əl çəkməli idi. Çünki bundan daha qorxunc vəziyyətlərə düşəcəkdi. Baharın canını incitmək istəmirdi.. Onu öz dünyasına çəkmək niyyəti yox idi.. Bahar atasının prenses qızı idi. Prenses qıza bunları yaşatmağa haqqı yox idi."Bir azdan özümdə olmaycam. Özümdən çıxsam, ürəyim falan getsə Rəsula zəng et. O kömək edəcək.. Birdə otaqdan çıxarsan.. Öz halımda olarkən səni çox düşünə bilmərəm.. Sənin canını incitmək istəmirəm.. Yaxşı?"deyib dolan gözlərini silməyə başladı. İlk dəfə idiki Rüzgar bu qədər çarəsiz qalmışdı.. Bu yola baş qoymuşdu dayana bildiyi qədər dayanacaqdı. Rüzgar olduğu yerdə titrəməyə başladı. Baharın yanından qalxıb otağına getdi. Baharda onun arxasıyca otağa girdi. Rüzgar titrək halı ilə o baş bu başa gəlirdi. Yenə gözləri qızarmışdı. Eyni ilə dünən kimi idi. Bahar Rüzgarın bu halına acımışdı.. Amma əlindən hec nə gəlmirdi. Rüzgar bir küncə sıxışıb oturdu. Dəli kimi başını sıxmağa başladı. Bahar Rüzgarın yanına getdib əllərin başından çəkib ona sarıldı.. Rüzgarın qəlbi olduqca sürətli döyünürdü. Rüzgar "Bahar.."deyə bildi sadecə. Baharı itələyib ayağa qalxdı. Dəliyə dönmüşdü sanki. Ətrafda olan her seyi qırıb dağıtmağa başladı..Bahar bir anlığına həb'i vermək istədi Rüzgara.. Çünki onu bu dərəcdə olacağını təsüvvür etməmişdi. Rüzgar yenidən yatacağın küncünə çöküb "Bahar.."dedi. Bahar Rüzgarın onu çağırdığını görüb qorxu ilə ona yaxınlaşdı.. Rüzgar titrəyə - titrəyə danışmağa başlayıb "Rəsula zəng et" deyib özündən getdi.. Bahar "Rüzgar.. Rüzgar"desədə onun bu çağrışına Rüzgar cavab vermədi. Bahar ağlayan gözlərini silib, Rüzgarın telefonunu əlinə alıb Rəsula zəng etdi.

Rəsuldu?
- Rəsuldu.. Amma siz kimsiz Rüzgar hardadı?
Rüzgarın evinə gəl təcili
- Nə olub yaxşıdı?
Hec yaxşı deyil

Bahar telefonu söndürüb Rəsulu gözləməyə başladı. Təximini 15 dəqiqə sonra qapının zəngi çalındı. Bahar tez aşağı düşüb qapını açadı. Rəsul "Hardadı?"dedi təlaşlı bir şəkildə. Bahar "otağında" deyə bildi.. Rəsul otağa daxil olanda yerdə yatan Rüzgarı görüb ona yaxınlaşdı "Rüzgar .. Aç gözünü .." deyib üzünə şillə vurmağa başladı. Bahar isə olanları qıraqdan izləyirdi.. Yerə çöküb Rüzgarın baş ucunda dayandı. Rüzgar bu şillərdən sonra ayılmağa başlamışdı sanki. Özündə güc toplayıb yavaş - yavaş nəfəs alıb "Çəkmədə sakitləşdirici iynə var .. Onu vur"deyib yenidən gözlərini yumdu.. Rəsul çəkməcəni açıb hazır olan iynəni götürüb qoluna vurmağa başladı. Daha sonra Rüzgarı qaldıraraq yatacağına uzadıb üstünü örtdü. Ürək döyüntüsü azalmışdı.. Bahar "Yaxşıı olacaq həə?"dedi Rəsula baxaraq. Rəsul gözlərini Rüzgardan çəkib "Bir azdan özünə gələcək.. indi aşağı düşək" Aşağı düşdükdə ikisidə pərişan halda idi. Rəsul"Öhdəsindən gələcəkmi bilmirəm.."dedi səssizliyi pozaraq. Bahar iç çəkib "Gələcək.. Səndə qəbul edirsən?" Rəsul acı çəkərək gülümsünüb "İstəmişdim.. Amma Rüzgarın atdığı yumruğun sayəsində birdə o haqqda düşünmədim. 'Mənə dəlisən? Mənim nə gündə olduğumu görmürsən?! Səni bu cəhənnəmə düşməyə qoymaram. Əgər elə bir sey etsən səni öldürərəm'dedi. Rüzgar çox başqa biridi. İndidə sənə görə dayanır.." Bahar Rəsulun bu sözlərindən sonra ayağa qalxıb "Mən Rüzgara baxım"deyib otağa tərəf getdi. Rüzgar onun qəlbində böyük bir yer almışdı.Rüzgarın yerində başqası olsa edərdimi? Rüzgarın otağına getdik hələdə yatmışdı. Yatacağın boş qalan yerinə oturub onun saclarını oxşamağa başladı. Yavaş-yavaş Rüzgar gözlərini açmağa başlayıb, saclarını oxşayan əldən tutub dodaqlarına getirib öpməyə başladı. Olduqca zəif çıxan səsi ilə "Sənə nəsə etmədimki?"dedi. Bu halda belə Baharı düşünürdü..? Rüzgar uzanıqlı vəziyyetdən durub kürəyin yatacağa söykəyib dağınıq olan ətrafa baxdı Bahar əllərini Rüzgardan çəkib "Mən yaxşıyam.. Sən necə hiss edirsən özünü?" Rüzgar güclədə olsa gülümsəəməyə çalışıb "Gördüyün kimi.. Otaqda müharibə çıxartmışam" Baharda otağa göz gəzdirib "Olsun, mən indi yığışdıraram"deyib ayağa qalxıb sınmış çərçivələri yığmağa başladı üzündən gülüşü silməyərək. Rüzgarın daha çox acı çəkməsini istəmirdi. Bu günləridə beləcə bitmişdi. Günləri beləcə yola verməyə başlamışdılar. Rəsulda Rüzgarı tək qoymurdu daha.Rüzgar hər kecen gün özündən daha çıxırdı. Amma güclədə olsa dayanırdı. Yeni günün başlanğıcı idi bu gün. Bahar yenə hər, aşxam üstü olduğu kimi Rüzgara getmək üçün evdən çıxmışdı.Yenə qapının zəngin basıb onu gözləyirdi. Üzü gülümsəməyə başlamışdı artıq. Rüzgar isə qapını açanda Baharın gülən üzü düşdü. Qarşısında qara köynənin yarıya qədər açılmış düymələrini, yanağında isə qırmızı dodaq boyası izi gördü. İçinə sanki bir ağırlıq çökdü.. Onun arxasıyca bir qız çıxdı. Bu qız Baharı kafeyə çağıran, adının Yasəmən olduğunu öyrəndiyi qız idi.. Bahar iyrənmişcəsinə Rüzgara baxaraq "Bağışla.. əyləncəni pozdum.."deyib arxasını dönərək evi tərk etdi. Həmdə gözündən bir damla axan yaşı silərək...

Bölümün Sonu...

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 404
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri