Bir gecəlik günah: Əmanət (12-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 4 701
Səs ver:
(səs: 0)
Bahar sahil kənarında göz yaşlarına hakim ola bilmədən gəzirdi. Rüzgar onun nə dostu nə də sevgilisi idi ... Amma onu elə görmək ürəyində böyük bir acıya sahib olmuşdu.. Onu incidən nə idi? Rüzgara bu qədər inanması? Ya özüdə bilmədən, ona dərin bir hisslər bəsləməsi? Baharın rahat bir həyatı alt-üst olmuşdu indi.Sənanın dəfələrlə zəng etdiyini görüb açmırdı. Sonda evə getmək qərarı aldı. Rüzgar isə içəri keçib köynəyinin düymələrini bağlayıb, üzündəki dodaq boyasını silməyə başladı. Yasəmən isə gözünü çəkmədən Rüzgarın bu hərəkətlərini izləyirdi. Daha çox səssiz qala bilməyib "Niyyətinin nə olduğunu tam olaraq anlaya bilmədim. Qapı döyülən kimi düymələrini açdın, mənim üzümdən öp dedin.. Bunun o qapıdakı qız ilə bir əlaqəsi var?"deyib ayaqlarını ayaqlarının üstünə qoyub gülməyə başladı. Rüzgar isə olduqca əsəbi idi. Qaşların qaldırıb "Yasəmən çıxıb getsən yaxşı olar. İşini yerinə yetirdin. Artıq sual verməsən yaxşı olar sənin üçün!" dedi qapını göstərərək.Yasəmən ayağa qalxıb çantasını əlinə aldı. Qapı ağzına çatanda "Qızı qısqandırmaq üçün məndən istifadə etdin? Qız uşaqdı onsuzda, yalanına inanar" deyib göz vurub evdən çıxdı. Rüzgar isə bu gedişin ardından mətbəxə keçib özünə su süzüb içməyə başlayıb "Bağışla məni.."dedi. Bahar evə gəldikdə Sənan onu qonaq otağında oturub gözləyirdi. Qızının gözlərinin nəmli olduğunu görüb "Ağlamısan sən..?" deyib Baharı qucaqlamağa başladı. Bahar isə göz yaşlarını tuta bilməyib "O qəlbimi çox qırdı"dedi iç çəkərək.
Sənandan hec nə gizlədə bilməzdi daha.. Sənan qızının göz yaşlarını silib "İstəyirsən bir duş al sonra söhbətləşək ata qız. Nə deyirsən mələyim?" Bahar atasına razlıq əlaməti kimi başını aşağı saldı. Daha sonra öz otağına getdi. Sənan yarım saatdan sonra Baharın qapısını döyüb içəri keçdi. Bahar yatacağında oturmuşum dəsmal ilə sacların qurlamağa çalışırdı. İsti su ona yaxşı gəlmişdi. Oda yatacağın kənarına gəlib "Danış.. uzun müddətdi səndəki qəribəliyi hiss etmişdim.. Amma özün söhbət acmayana qədər sənə nəsə deyə bilmirdim" Bahar əlindəki dəsmalı yatacağa atıb nəmli sacları ilə atasına döndü "Ata.. Sənə danışdıqlarımı sonuna qədər dinləyəcəksən.. Mən səhv bir sey etmemisem.." Sənan göz qapaqlarını yumub acıb razılığını bildirdi. Bahar isə dərin bir nəfəs alıb sözə başladı. "Mən univeristetdə Rüzgar adında bir oğlanla tanış olmuşdum... Tanışlığımız hec xoş olmadı.. Amma daha sonra o məni qorumağa başladı.. Ata mən bir narkotik mafiyasının söhbetinə qulaq asmışdım.. Rüzgarda onlardan biri idi. Daha doğrusu onu elə sandım.. Amma günahı yox imiş.. Həb atır.. Həb'dən xilas olmaqdan ötürü istifadə etmir nece müddətdi. Mənə olduqca yaxşı davranırdı.. Yəni mən deyəsən ona bağlanmışam.. Mən sevgi hissi bilmirəm nədi.. Nə də Rüzgar mənim hec neyim deyil.. Amma bu gün onu yanında bir qız ilə ürəy bulandırıcı bir şəkildə gördüm.. Və ondan sonra qəlbimin qırıldığının səsini eşidib ağlayıram ... Ata mənə kömək elə..." Sənan qızının danışdıqlarından sanki şok olmuşdu. "Qızım.. Sən uzun müddətdi məndən bunları gizlətmisən? Ya başına nəsə gəlsəydi?! Sən Rüzgar denən O oğlana necə inanıb güvənə bilmisən hə? İndidə ona görə göz yaşı tökürsən... Başa düşürəm səni.. Üstünə getmək istəmirəm amma mafiya falan nə dediyini eşidirsən? Mənim səndən dəyərli nəyim var bu heyatda? Sabahdan Səlim ilə gedib gelirsən.. Yanlış insanalara ürəyini əmanət etməli deyilsən.." Sənan bu sözləri desədə, öz ürəyində vicadan əzabı çəkdi. Öz keçmişi təmiz deyildi deyə qızına nəsə olmasından çox qorxurdu. Amma bilmediyi bir sey var idi. Rüzgar Bahardan istifadə edəcək qədər alcaq biri deyildi. Rüzgar, Baharın sacının bir telinə dünyanı dağıdardı.. Onların arasında olan fərq bu idi.. Bahar atasının dediklərinə başını aşağı saldı "Ata.. Mən deyəsən Rüzgarı sevirəm.." Sənan qızını qucaqlayıb "Özün dedinki, onu bu gün başqa bir qız ilə görmüsən bundan o tərəfəsi var? Canın bir az yanacaq amma keçib gedəcək... Ata sözü sənə.. Sən indi yat" deyib alından öpüb ayağa qalxdı. Dolan gözlərini, Baharı görməsini istəmirdi. Bahar gözün yumub yuxuya getməyə çalışdı. Amma Rüzgarı O qızla elə görməyi yadından çıxmırdı.
Sənan öz otağına gəlib Məryəmin şəkilini əlinə alıb "Qızımızı qoruya bilmədim.. Kimisə seveceyini bilirdim.. Amma mənim kimi yanlış bir insanı sevməsini gözləmirdim... Rüzgar denən oğlanı tanımıram.. Amma qızımız ona görə bu gün göz yaşı tökdü. Vaxtı ilə səndə mənə görə tökmüşdün.. Yanlış insanlara könül vermək, həyatı uduzmaq demekdi.. Öz həyatımdan bilirəm.."deyib dolan gözlərinin yaşını sərbəst buraxdı ... Rüzgar evdə o baş bu başa gedib divara nece defə yumruq atıb əlin qanatmışdı. Qapının zəng səsin eşidəndə qapını açdı. Gələn Rəsul idi. Rəsul Rüzgar qan olan əlini görüb "Əlinə nə olub? Niyə əsəbisən?" dedi içəri keçerək. Rüzgar ağlamaq istəyərmişcəsinə "Allah mənim bəlamı niyə vermir?! Bahar mənə görə hec yaxşı deyil indi... Amma Rəsul başqa çarəm yox idi... Allah bəlamı versinki başqa carəm yox idi.. Onu sevirəm Rəsul... Balaca qızcığazı çox sevirəm.. O qədər saf və məsumduki onun yanında olanda, bu qədər kirli biri olduğum üçün özümdən utanıram.. Bu gün onu itirmək üçün növbeti kirli oyunuma əl atdım..." dediyi hər cümlədə peşmançılıq hissi özünü biruzə vermişdi. Rəsul yaxşı olmayan Rüzgara baxıb "Neynəmisən..?"dedi. Rüzgar divanda əyləşib "Yasəmən... Yasəmən burda idi.. Baharın gələcəyini bilirdim.. Onun üçün..." dedikdə Rəsul Rüzgarın sözünü kəsib "Nə?! Baharı hec düşünmədin sən? Dilinizdə belə deməsəzdə gözlərinizdəki sevgi necə metr uzaqlardan belə görünür..." Rüzgar Rəsula məyus olmuş bir üz ifadəsi ilə baxıb "Düşündüyüm üçün etdim.. Mənim kimi birini neynir hə?! Mən ona layiq biri deyiləm! Mənim özümə belə xeyrim yoxdu hər gecə o həb'ləri necə icmək istədiyimi bilirsən sən?! Dəli kimi o həb'ləri istəyirəm! Mənim bunları Bahara yaşatmağa haqqım yoxdu. İşin bu yerlərə gəlib çatacağını bilmədim mən... Balaca bir qızcığaza aşiq olmaq kimi bir sehv elədim.. Onun 19 yaşı yoxdu hec... Mənimlə birgə bu yükü çəkə bilməz.. Onsuzda onun nağıl dünyasını dağıtmışam.. Hec olmaya qəhramanı Atası olaraq qalsın ..."

Bölümün Sonu...

Müəllif:İ.Goncha..
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 701
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri