Yara'na məlhəm (23-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 457
Səs ver:
(səs: 0)
3 ay keçmişdi artıq. Bu 3 ayda keçən həyatımız sizə maraqlı olar yəqin. Amma mənə hec maraqlı deyildi daha... Çünki, hər keçən gün insan dahada böyüyürdü. Və böyüdükcə xırda problemlərdə böyüməyə başlayırdı. İmtahanlarımızın nəticəsi çox yüksək olmasada, uniyə qəbul ola biləcək bal toplamışdıq hər ikimizdə. Və artıq 1 həftə idiki unilər açılmışdı. Ayrı-ayrı univeristetlərə düşmüşdük. Amma Sofiya ilə Saleh eyni univeristetə düşmüş hətda eyni qrupda oxuyurdular. Bu 3 ayda mənim nələr çəkdiyimdən hec kimin xəbəri olmadı... Uniyə qəbul oldum deyə evədə qayıtdım. Amma kafedə oxumaqdan əl çəkmədim. İçimdəki acıları oxuyuraq unutmağa çalışdım. Sofiya, Aysel və Rüfanə ilə kirayə bir ev tutub birlikdə qalırdılar. Sofiya çox dəyişmişdi... Daha əvvəlki qız deyildi... Ətrafında yeni-yeni insanlar vardı. Onlarla münasibət qurmaqdan çəkinmirdi. Hətda dahada gözəlləşmişdi... Atasını qarşısına alaraq içindəkiləri ona deyib evi tərk etmişdi. Və indi olduqca rahat idi. Onun elə olmağına çox sevinirdim. Həyatda ugurlar qazanmağa başlamışdı. Amma ya mən? Məndə özümü tanıya bilmirdim artıq... Bir insanın yarasına məlhəm oldum... Yarasını sağalatdım... Amma unutduğum bir sey varmış... Yaralar sağaldıqdan sonra yarabandına ehtiyyac olmurmuş...Eynən məndə belə idim... Gözü məndən başqa, hər kəsin sevgisini görürdü... Məni görmürdü amma... İçim, çölüm yara içində idi indi... Sevgi insanı böyüdür... Sevgi insanı hec tanımadığı bir insan edir... Onun sayəsində böyüdüm... Onun sayəsində sevgi hissin daddım... Onun sayəsində həyatın əsl üzün gördüm. Amma O...? O mənimlə bütün dəlilikləri edir... Sevgi məsləsinə gələndə isə susur... Demək olar gün boyu Saleh ilə nə etdiklərindən danışır mənə. "Saleh sənin nəyindi?"dedikdə isə tək bir söz deyir "Qrup yoldaşımdı..." Bu söz məni qane etmir... Ona pislik edən biri ilı danışması, görüşməsi məni özümdən çıxardır. Ona qarışdıqda isə yenə tək bir söz deyir "Mənə qarışma" Susuram sonra... Bu sözdən sonra nə deyə bilərəm? Niyə belə olurki həyat? Əsl sevəni görməyib, niyə bir həvəsin arxasıyca qaçırki insan? Salehə gəlincə isə, Sofiyaya oyun oynadığını sanmıram... Yəni, sevməsə belə Sofiyadan xoşu gəldiyini görə bilirəm... Xoşu gəlinməyəcək bir qız deyilki... Yaşıl gözlərinin içi gülür daha... O gözlərə ömrümü verərəm... O bilməsə belə ömrümüdə verirəm...
Birlikdə olmağımızın hec bir adı yoxdu. Ad'sız seyler gözəldi demisdim... Gözəl idi... Amma qorxurdum... Onu məndən kimsə alacaq deyə çox qorxurdum. Başa gələn çəkilərdi amma. Məndə çəkməyə məcburdum... Univeristetdən çıxdıqda gül mağazasının qarşısından keçdim. Ayaq saxlayıb güllərə baxdım. Sofiya üçün bir gül almalıydım. İçəri daxil olub güllərə baxdım. Hamsı gözəldi amma Sofiya özəl idi... Yalnıza tək qızılgül alıb mağazadan çıxdım. Öz içimlə savaşsamda, mən Sofiyanı günahlandıra bilmirdim. Sevmək bu idi... Ən yaxşısı Sofiyanın işlədiyi kafeyə getmək idi. Bu saatlarda yalnız orda ola bilərdi. Kafeyə gəldikdə az adam olduğunu gördüm. Sofiya isə arxa tərəfdə olan bir masaya çay verirdi. Çayları verdikdə telefonuna zəng gəldi. Zəngi açıb qıraq tərəfə keçdi. Mən isə onun yanına getmək üçün irəllədim. "Saleh"adını eşidəndə ayaq saxladım...


- Saleh bu gün bir yerlərə çıxa bilmərik
- Niyəsi çox sadə Kamrana sözüm var onu dinləyəcəm bu gün kafedə
- Səndə gəlmək istəyirsən? Kamranın bundan xoşu gələcəyini sanmıram
- Yaxşı bir seyler fikirləsib taparam
- Belə edək mən 1 saatlığına Kamranı dinləyim sonra sən məni gəlib alarsan bu olar?
- Yaxşı çox sevindim onda hələlik

Eşitdiyim telefon danışığından sonra əlimdə tutduğum qızılgülü sıxmışdım... Nəticədə, tikanları əlimə batmışdı... Gözüm dolmağa başlamışdı... Hansı daha ağır idi? Əlimə batan tikan? Yoxsa Sofiyanın telefon danışığı? Üzünü mənə döndərəndə məni görüb "Kamran.."dedi. İlk 10 saniyə udqundum... Bu gün ona özəl bir manhı oxumaq istəyirdim... Amma görünən o idiki düşündüyüm mahnının yerin bir başqa mahnı almışdı... Mənə yaxınlaşaraq gülü tutduğum qoluma əlini yaxınlaşdırıb tutmaq istədi... Amma mən qolumu ondan çəkib bir şey demədən kafedən çıxmağa başladım "Kamran bir gözlə.. Kamran... Yenə eyni seyi edirsən"dedi oda arxamca gələrək. Kafedən çıxdıqda əlimdəki gülü əsəblə sıxıb yerə atdım. "Niyə belə edirsən axı niyə məni incidirsən?"dedi. Əsəbi baxışlarımı yerə dikdim... Balaca bir uşaq kimi indi ağlamaq istəyirdim... "Sofiya icazə ver gedim... Mən sənin qəlbini qırmaq istəmirəm"dedim titrəyən səsim ilə. Yerdə olan gülə baxıb, birdə əlimə baxdı. "Sənin niyyətin nədi? Əlinin vəziyyətinə bax bir"dedi əsəblə gülərək. Gülü o qədər möhkəm sıxmışdımki, tikanlar əlimin içində idi... Bu yara keçərdi... "Yalvarıam sənə... Məni gör... Xahis edirəm Sofiya məni gör daha!"dedim dərin bir iç çəkib. Mən iplərə düyüm atmaqdan yorulmuşdum daha... Bu iplər bir gün kəsilməli idi... "Səni görürəm mən onsuzda... Kamran belə etmə... Münasibətimizi korlama.."dedi Adı olmayan bir münasibəti korlamayım hə?! "Sofiya... Görmürsən... Sən məni görmürsən! Səni necə dəli kimi sevdiyimdən xəbərin yoxdu! Ac gözünü ətarafa bax! Səni sevdiyimi gör daha! Bax Sofiya... Mənə bax bir..."dedim acınaqlı bir halda. Sofiya susub üzümə baxırdı... Bundan sonra nə olacağın bilmirdim...

Özümü hec vaxt bu qədər aciz hiss etmemisdim.. Sofiyanın səsizliyini görüb bir sey demeden üzümü döndərib irəllməyə başladım. Addım atdıqca içimdə tərəfi olmayan bir acı yaranırdı."Dönüb baxma Kamran! Dönüb baxma"dedim öz özümə. Sofiya daha köməyə ehtiyyacı olan biri deyildi... Köməyə ehtiyyacı olan bu dəfə mən idim. Niyə xoş sevgi etrafı olmaq əvəzinə, acı sonlu bir etiraf oldu? Onun həyatımda olmasından 6 ay keçirdi... 6 ay mənim üçün illərə bərabər idi. Onunla keçirdiyim hər saniyə mənim üçün ən dəyərli zaman idi. Ya indi aramızda yaranmış bu ucurum necə? Özümə niyə əngəl ola bilməyib, ona sevdiyimi etiraf etdim...? Mən Sofiyasız nə edəcəkdim axı?! Gün boyu ağlımda bu varkən, sıra mahnı oxumağa gəlmişdim. Bu gün içimdən "Oğuzhan Koc - Her aşk bir gün biter" mahnısını oxumaq keçdi. Yazılmayan qanunlardan biridə "Hər eşqin, bir gün bitməsi idi" Bu gün deyəsən, bizdə bitmişdik...

Bölüm Sonu

Müəllif: Goncha

Ps. Növbeti bölüm finaldı

(səs: 0)
Şərhlər: 7
Baxılıb: 457
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
sevgi qatarı
Mence sofiya kamrani sevir

Eseb oldume. Bu qizin elediklerine
15 avqust 2019 23:20
7
Sevgi Qatarı
Offline
YalniZ-ArZu
Bu nece gonuqalin qizdi. Savsem eseb oldume.
10 iyul 2019 15:22
6
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
vipbetul
gorek bu Sofiyanin fikri ne olur
10 iyul 2019 11:51
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
fiyonik
Caresizlikden yaziq bilmedi neynesin. Sevdiyini dedi. Yoxsa Sofiya Salehi seveceyine inanmiram. Yarasina melhem kimdise onu sevecek. Yeni Kamrani. Sondaki mahni gesengdi. Tesekkurker
9 iyul 2019 19:23
4
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Offline
Snow White
Maraqli bolum oldu
9 iyul 2019 15:42
3
But my dear it's not wonderland and you are not Alice:((
Offline
Army
Sevdiyinin səni görməməsi ... Artıq adi gəlir sevilənlər sevənlərə kordur .
9 iyul 2019 11:20
2
.
Offline
diablo
Sofiyaya hirsləndim.Yaziq Kamran finalda yəqin ki Sofiya da sevdiyini deyer.İnanmaram ki Salehi sevsin.Kamran dediklərinə çox kədərləndim.Təşəkkür
9 iyul 2019 11:20
1
......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri