Yara'na məlhəm (13-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 4 054
Səs ver:
(səs: 1)
Kamran: boya saçlarından çıxdı?
Sofiya: tam olaraq olmasada, çıxıb. Bəs səndə?
Kamran: məndə də eyni veziyyət
Sofiya: mən bu gün çox əyləndim sənin sayəndə
Kamran: məndə sənin sayəndə :)
Sofiya: daha evvelki kimi insanların nə dediyi canımı incitmir... Buna sən icazə vermirsən
Kamran: mən olduğum müddətcədə icazə vermeyecem
Sofiya: mənə söz verə bilərsən?
Kamran: nə sözü?
Sofiya: məni hec vaxt tək qoyma
Kamran: səni tək qoymağa niyyetili deyiləm onsuz.
Kamran: səni hec vaxt tək qoymayacam söz verirəm
Kamran: sabah bazardı bildiyin kimi bazar günləridə işləyirsən?
Sofiya: bazar günü ev günümdü
Kamran: əla oldu bu :) sabah saat 10 da hazırlaş görüşək piknikə gedəcəyik
Sofiya: yenə ən son mənim xəbərim oldu(
Kamran: süpriz etdim :)
Sofiya: yaxşı onda gedərik
Kamran: amma tək olmayacağıq. Fariz Farizin sevgilisi, əmim oğlu ilə onunda sevgilisi olacaq. Onlar çox yaxşı biridi bir birinizi seveceyinizə əminəm
Sofiya: o qədər adam içində mən tək neyləyəcəm?
Kamran: məndə ordayam unutma :) çəkinmə hec nədən sabah gözəl bir gün səni gözləyəcək
Sofiya: qərarı vermisən onsuzda
Kamran: Sofiya, mən qərar verib etməmişəm. Mənim istəyim sənin yaxşı olmağındı. Və bunun üçün əlimdən gələn hər şeyi edirəm. Məndən başqa insan tanısan, ətrafında bir çox insan olmuş olacaq.
Sofiya: bağışla... sən mənim yaxşılığımı istəyirsən amma mən...
Kamran: bax bura yazıram 1 aydan sonra yene deyecəksenki,piknikə gedək onlarla bərabər :)
Sofiya: yaxşı razıyam
Sofiya: bəs məni nə olaraq tanıtdıracaqsan onlara?
Kamran: bir az çətin sual oldu. Sənə nə desem, sənin varlığının yanında az qalacaq
Sofiya: utandırma məni
Kamran: oyy oyy utanarmışda :)
Sofiya: söhbəti deyişək boyalı oğlan)
Kamran: bu söhbete hec girməyək-_-
Sofiya: yaxşı,yaxşı susdum)
Sofiya: mən bir az dərs edib daha sonrada yatmalıyam çıxsam olar?
Kamran: həə niyə olmasın :) amma özünü çox yorma tez yat. Gecen xeirə Sofiyam


Səhər otağa düşən gözəl bir günəş ilə gözlərimi açmışdım. Əsl piknik havası idi. Bu günün gözəl kecib, Sofiyanın yaddaşında qalacağına əmin idim. Hər bir hazırlıq onun üçün idi. Evdən hazırlaşıb çıxdım. Yemək işi qızların, qalan iş isə mənim boynumda idi. Sofiyanı götürməmiş bir marekete girib lazım olan atışdırmalıq ərzaqları alıb marketdən çıxıb məktəbin yanına gəlmişdim. Sofiya ilə burda görüşəcəkdik. Uzaqdan Sofiyanın gəldiyini gördükdə maşından aşağı enib irəli addımlamağa başladım. Oda mənə yaxınlaşdıqda bir şey oldu. Əlin mənə uzadıb salam verdikdə, salamın alıb əlini əlimdə saxlayıb sol yanağına kiçik bir öpüş qondurdum. Bunu hansı cəsarət ilə etdiyimi bilmirəm. Onsuzda hər şey mənim cəsarətimlə başlamışdı. Üzümə utanmış ifadə ilə baxıb "Mən hazır. Gedəy?"dedi. Birlikdə maşını minib piknik edəcəyimiz ünvana gəldik. Bura ara sıra dostlar ilə yığışardıq hər kəs cür olarkən, mən həmişə tək olurdum. Ətraf yaşıl ağacalardan, çəmənlikdən və taxta stol və masadan ibarət idi. Bəxtimizdən gün çıxmış, hava istilənmişdi. Sofiya ilə maşından enib addımlamağa başladıqda ətrafa heyranedici baxışlar ilə baxırdı "Bura çox gözəldi"deyib mənə baxaraq gülümsündü. Qarşı tərəfdə yerə salınan süfrə ilə dostlarımı gördükdə "Ora bax bizi gözləyirlər. Həycanlanma" dedim. Dediyim yerə baxdıqda bir az narhat olmuşdu. "Görəsən, məni seveceklər?" Dediyi suala ayaq saxlayıb ona dönərək cavab verdim."Unutma mən yanındayam. Sənə sadecə bir addım atmaq düşür."deyib onlara tərəf irəllədik. Biz görən dostlarım ayağa qalxdı. Fariz tanıyırdı amma geridə qalan 3 insan Sofiyanı tanımırdı. "Mən sizi tanış edim. Bu Sofiyadı. Sofiya bu əmim oğlu Rzadı. Bu isə sevgilisi Aysel, geri qalan bir qız isə Farizin sevgilisi Rüfanədi. Bunuda tanıyırsan Farizdi"dedim bir bir hamını işaret edib göstərərək. Hər biri əl uzadıb görüşərkən, Rüfanə dayana bilməyib "Bu rəsmiyyeti hec sevmedim. Gəl bəri"deyib Sofiyanı anidən qucaqladı. Sofiyanın isə baxışları yalnız mənim üstümdə idi. Aysel "Oo cola cipsidə almısan. Əlindəkiləri bura ver tez"deyib əlimdəkilərin alıb süfrə ətrafına keçdi. Daha sonra hamımız süfrənin arxasına bardaş qurub oturduq. "De görüm bu gözəl qızla bizi daha öncə niyə tanış etməmisən?" deyen Rüfaneyə baxdım. Bu qız suallar vermeyi xoşlayırdı. Aysel isə onun tam əksi idi. Hec vaxt hec kimin işinə qarışmazdı. Amma semimiyyetinə söz ola bilməzdi. Bu suala mən cavab vermek istəyirdimki, Fariz araya girib "Çünki, özüdə yeni tanış olub. Sofiya bizimlə eyni məktəbdə oxuyur. Ordan tanışıq."dedi. Aysel cola süzüb Sofiyaya uzadıb "Gözlərin gözəldi. Saclarının hörükləridə gözəldi. Amma səndə yolunda getmeyen bir seylər var. Sanki indi tikan üstündə oturmusan. Gözün hey Kamrandadı. Rahat ol bir az... Bizlər kiminsə yarası ilə zarafat edən insanlar deyilik. İçindəki kədəri bir günlüyünədə olsa kənara qoy. Və əylənmənə bax. İnanki bu süfrə arxasında oturan hamının dərdi var. Məsələm mənim anamla atam boşanıb hər həftə sonu atamla qaldığıma görə evdə anamla davamız düşür. Rüfanənin isə 2 il əvvəl qardaşı dünyasını dəyişib. O gündən anası və atası xəstəlik tapıb. Sevgilim Rza isə futbolcu olmaq istəyir. Amma ailəsi öz gələcəklərini düşündüklərindən Rzanın futbolcu olmasını istəmir. Arzusunu ürəyində qoyur və də məni hec sevmirlər. Bilirsən niyə? Valdeyinlərim ayrılıb deye... Amma biz bir birimizi sevməkdən əl çəkməyib mübarizə aparırıq. Bu gün yeni bir dost qazandığımıza əminəm. Çünki, Kamran üçün həvəs olsaydın, səni bizimlə tanış etməzdi. İndi isə gəlin şərəfə edək"deyib gülərək colanı qaldırdı. Bu qız dəli dolu idi amma hər sözü yerində demeyi bacarardı. Sofiyaya baxdıqda eşitdiklərindən donub qalmışdı sanki. Belə bir səmimiyyət gözləmirdi bilirəm."Məndə bir sey demek istəyirəm" deyib mənə baxaraq Aysele baxdı "Mənimdə anam məni dünyaya gətirəndə vəfat edib. Və atam məni hec sevmir... Çox çətin günlərdən keçmişəm... Uşaqlığımı yaşamamışam... Bir dostum yaxınım olmayıb... Məni başa düşüdüyünüz üçün təşəkkür edirəm. Mən bütün geceni yatmayıb sizin nece biri olduğunuzu düşünmüşdüm. Amma görünən o imişki fikirləşməyimə ehtiyyac yox imiş. Kamran kimi sizdə gözəl bir ürəyə sahib imişsiz.." dediyi sözdən sonra Rza alqış çalmağa başladı. Bizdə ona qoşulub bu çıxışa bir alqış çaldıq. Sofiyanın üzü gülürdü... Hər zaman güləcəkdi O... Süfrə arxasında maraqlı söhbetlər gedərkən, mənim gözüm hey Sofiyada idi. Daha mənə o qədərdə baxmayıb onların söhbetinə qoşulub öz fikirlərini söyləyirdi oda. Rzanın ayağa qalxdığını gördüm. Nəyə qalxmışdı. "Hey oturmaqdan sıxılmadız? Top gətirmişəm. Gəlin voleybol oynayağın kim razıdı?"dedi. Hər kəs razı olub sevinərkən Sofiya sakit qalmışdı. Çox güman oynamağı bilmirdi. Qulağına "Mən öyərədəcəm sənə"deyib əlindən tutaraq bərabər qalxdıq. Uşaqlar artıq oynamağa başlamışdılar.
Sofiyaya top gəldikdə ata bilməyib yerə düşmüşdü. Aysel bunu görüb "Məndə yenicə öyrənmişəm oynamağı hec nə olmaz. Kamran bu oyunu oynamaqd ustadı öyrədər sənə"deyib topu mənə atdı. Yox belə olmazdı. Sofiya oynamağı bilmədiyi üçün sıxılardı. Ağlıma daha maraqlı bir şey gəlmişdi. "Ortada qaldı kim oynayar?"dedim. Məni yaxşı tanıyırdılarsa, bunu nə üçün dediyimi anlamlı idilər. Hamının ağzından "Ooo oynayaq" kəlməsi çıxdıqda sevnimişdim. "Belə edirik Rza ilə Fariz yanındırır biz isə ortaya giririk"dedim. Daha sonra tez telefonumu çıxardaraq 5 mizin 1 qrupda olduğu qrupa girərək "Oyunu elə oynayırsızki sonda Sofiya qalib olur yaxşımı?"yazıb göndərdim. Sofiya su içmək üçün süfrəyə qayıtdıqda heca şəkilində "Telefonlarınıza baxın" dedim. Mesajı oxuyub mənə göz vurdular. İndi rahat idim məndə. Ətrafa gülüş səslərimiz yayılarkən oyun başlamışdı artıq. Ən birinci yanan Rüfanə olmuşdu. Onun arxasıuca mən özümü yandırıb çıxmışdım. Sona Aysel ilə Sofiya qaldıqda Ayseldə yanaraq çıxmışdı. "Sofiya... Sofiyaaa"deyib onu dəstəkləyirdik. Sofiya 7 dəfəni keçdikdə udmuşdu oyunu. Sevincindən mənə tərəf gəlib bir birmizə sarılmışdıq. Onu qucağıma alıb fırladıb yerə qoymuşdum. Belə gözəl dostlara sahib olduğum üçün çox şanslı idim. Yorulub oturduqda qızlar bir birinin nömrəsini almışdı. Mən bir az Sofiya ilə tək qalmaq istəyirdim əslində. Fariz "Hamımız cütlük şəkilində olduğumuza görə bəlkə durub ayrı-ayrılıqda gəzəyin? Sonra birləşərik yenidən"dedi. Bu cümləni gözləyirdim məndə "Məncədə siz sevgilləri biz baş başa qoyaq"deyib Sofiyanın əlindən tutub ayağa qaldırdım onu. Hələdə əl ələ idik. Və qarşıya tərəf irəlləyirdik. Sofiyanın əllərimizə baxdığını görürdüm. Amma buraxmağa niyyətim yox idi. Arxaya dönüb baxdıqda bizimkilərdən uzaqda olduğumuzu anladım. Əllərimi əlindən ayırıb bir ağacın dibində oturub, əlim ilə dizimə vurub "Gəl bəri"dedim. Yavaşca mənə yaxınlaşıb üz üstü uzanaraq başını dizlərimə qoydu. Mən isə əlimi saçına yaxınlaşdırıb, oxşamağa başladım. "Bu gün çox gözəl keçdi... Dostlarını çox sevdim... Düşündüyüm kimi olmadı yəni... Özümü ilk dəfə yenidən doğulmuş kimi hiss etdim..."dedi gözlərini yumaraq. Boş qalan əlimidə üzünə yaxınlaşdıraraq. Yavaş-yavaş üz cizgilərinə toxunmağa başladım. Çox gözəl idi... Uzun kiprikləri, yumru burnu, dolğun dodaqları... Üzündə yaranan xəfif gülümsəmə... Necədə məsum idi... Sofiya anidən gözün acıb mənə baxaraq oturuş vəziyyətinə keçdi. Üzünün önünə düşən saclarını qulağının ardına verib üzünə heyranlıqla baxdım. Bu qıza heyran olmamaq əldə deyildi."Səni hec vaxt tərk etməyəcəm"dedim.

Bölüm Sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 054
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri