Susqunluğum (16-cı bölüm)

Müəllif: Love Angel
Şərhlər: 5
Baxılıb: 2 866
Səs ver:
(səs: 1)
Günlər həftələri, həftələr isə ayları əvəz edirdi. Payız gəlmişdi... O gündən bu yana tam 1 ay 9 gün keçmişdi.... Yəni Mahir ilə ayrılığımzdan.... Daha doğrusu mənim susduğumdan.... Ən doğrusu mənim nəfəssiz qaldığım gündən bəri. O gündən bu yana həyatımda nə dəyişmişdi? Heç bir şey. Atamın səhəti günü gündən yaxşıya gedirdi. Səmra tez tez gedib gəlirdi, anam bilsiyim qədəri ilə atamı hələ də bağışlamamışdı. Mən isə Mahirsiz nəfəs belə almırdım... Yaşamağım bir bitgidən fərqsiz idi... Heç kimlə danışımır və məcbur olmadıqca otağımdan da çıxmırdım. Çünki çıxdığım zaman ailəmin məni danışdırmaq üçün çabalarından yorulurdum. Mənə edilənlərə qarşı reaksiyamı bu şəkildə, danışmayaraq göstərirdim. Danışmağa o qədər yadlaşmışdım ki, hətta səs tonumun necə olduğunu da unutmuşdum. Gündə bir dəfə anamın ya da Səmranın zoru ilə yemək yeyirdim qalan vaxtlar isə sadəcə yatırdım. Güzgüdə öz əksimi gördüyüm zaman artıq tanımırdım. O qədər arıqlamışdım ki, gözlərimin altında qara halqalar əmələ gəlmişdi. Atam ilə qarşılaşdığım zaman nəsə demək istəyirdi amma mən hər dəfəsində dinləmədən otağıma çəkilirdim.
Yenə yatmağa çalışırdım ki, qapı yavaşca döyüldü. Bezgin şəkildə qalxıb qapını açdım.
-Əsma xanım qapıda bir qız uşağı var sizi görmək istəyir. Nə etdiksə getmir.
Xadimənin sözündən sonra ləng addımlarla pillələri enirdim ki, qapıda dayanan Qəmzəyi görüb addımlarımı itiləşdirdim. Yaxınlaşıb dizlərimi yerə qoyub onu bağrıma basdım. Tez tez öpür qoxlayır Mahirin ətrini almağa çalışırdım. Uşağı nə qədər sıxdığımın fərqində belə deyildim.
-Əsma.
Qəmzənin məni səsləməsi ilə özümü geri çəkib gözlərimi üzünə zillədim. Barmağını uzadıb gözümdəki damlanı sildi.
-Dayım da bəzən ağlıyır.
Eşitdiyim cümlə canımdan can almışdı. Mənim sevdiyim adam da mənim üçün göz yaşı tökür. Qəlbimə bir ağrı saplandı o an, tərif olunmaz bir ağrı.
-Bunu dayım göndərdi.
Qəmzə əlimə bir kağız tutuşdurduqdan sonra gülümsəyərək yanağıma öpüş qondurub qaçaraq uzaqlaşdı. Ahhh o təbəssüm.... Nə çox darıxmışdım.... Bəs kimlə gəlib? Bəlkə Mahirlə? Yerimdən sıçrayıb qaçaraq yola çıxdım. Qəmzə tanımadığm bir oğlanın əlindən tutub gedirdi. O, deyildi.... Təəssüflə başımı əydiyim zaman əlimdə ki, məktub yadıma düşmüşdü. İti addımlarla evə daxil olub birbaşa otağıma qalxdım. Eyvan çıxıb yerə oturdum... Payız küləyi üzümü və saçlarımı oxşayırdı. Məktubu burnuma yaxınlaşdırıb Mahirin qoxusunu içimə çəkərək gözlərimi yumdum. Məktubu açıb oxumazdan əvvəl ötəri nəzər saldığımda, məktubun bəzi yerlərində mürəkkəbin dağıldığını gördüm. Deyəsən yazarkən ağlamışdı.... Dodaqlarımı həmin hissəyə basdıraraq onun göz yaşlarını öpməyə çalışırdım.
"Əsmam, qıvırcıq mələyim.
Bir bilsən sənsizlik necə çətindi, necə ağırdır. Bir bilsən utancaq səsinə belə həsrət qalmaq məni hər gün necə öldürür. Sənə gələ bilməmək hər gün məni hissə hissə yox edir. Çox darıxmışam qıvırcığım çox.... Kəlimələrlə ifadə edə bilməyəcək qədər çox.... Neçə dəfə səni uzaqdan görmək üçün evinizin önünə gəlmişəm sayısını unutdum. Amma sadəcə görməyin mənə yetməyəcəyini bildiyim üçün geri dönmüşəm. Səni bağrıma basıb saçlarını qoxlaya bilmək üçün o qədər darıxmışam ki.... Sənsiz necə dururam? İnan mənə sadəcə cismən dura bilirəm. Ruhum hələ də ayrıldığımız nöqtədədi.... Otağımda.... Mənim üçün o gündən həyat dayanıb, o gündən nəfəs almıram. Tam 1 ay 9 gündür ki, həyat dayanıb. Cismən həyatdayam.... O, isə sənə qovuşa bilmək üçün mübarizə aparır.... Qıvırcığım o qədər darıxmışam ki, sənsiz. Ətrin üçün, gülüşün üçün, saçların üçün, göz süzdürməyin üçün, tərsliyin üçün hər şeyin üçün..... Susuz qalan səhralar kimi mən də sənsiz qalmışam.... Az qalıb sevdiyim, lap az qalıb. Sənə qovuşmağıma, yenidən ƏsMahir olmağımza az qalıb.
Dünən bacın Səmra məni görməyə gəldi. Danışdı hər şeyi.... Əsmam canım necə yandı bilməzsən. Sənə verdiyim zərəri eşitdiyim an qolum qanadım sındı. Mənim qıvırcığım susub danışmır. Bu mənə əsl işgəncə oldu. Susmağına səbəb bir də mənə olan qəzəbindi bilirəm. Səni tək qoyduğumu düşündüyünü bilirəm amma bil ki, xoşbəxtliyimiz yarım qalmasın deyə edirəm.
Bunu etməyə məcbur idim. Hər kəsin bizə inanıb qəbul etməsi üçün etməli idim. Qovuşduğumuzda özümü sənə bağışladacam görərsən. Az qalıb.... Atanın sevgimizi qəbul etməyinə lap az qalıb..... Səndən istəyim danış.... Sənə yalvarıram Əsmam danış.... Mənə görə susmusan elə mənə görə də danış.... Danış.... Səni çox sevirəm qıvırcığım, özümdən çox. Sevgimiz üçün danış. Həsrətlə öpüb qucaqlayıram"
Məktubu bağrıma basıb gözlərimi sıxdım.
-Mahir.
Dodaqlarımdan yalnız onun adı süzülürdü. Eşitdiyim titrək səs özümə təəccüblü gəlmişdi çünki güclə eşidilirdi. Başımı eyvanın dəmirinə yaslayıb göz yaşlarımın axmasına izin verdim. Bu necə acı idi? Ətimdən ət kəsirdilər sanki. Ağlayaraq elə eyvandaca buz kimi yerdə yuxuya daldım.... Gözlərimi açdığımda öz otağımda, öz yatağımda idim. Necə gəldiyimə dair heç bir fikirə sahib deyildim. Özümü son dərəcə yorğun əzgin hiss edirdim. Gözlərimi iri iri açıb ətrafa boylandığım zaman yatağın küncündə oturan atamı gördüm. Necə gəldiyim məlum olmuşdu.
-Həkim iynə vurub, bərk soyuqlamısan qızım. Dincəlməlisən...
Mən nə qədər yatmışam? İynədən belə xəbərim olmayıb. Baxışlarımı ətrafda gəzdirib dolabçanın üzərində duran məktubu götürdüm. Atamı çaşqın baxışlarına əhəmiyyət vermədən məktubu bağrıma basıb özümü yuxuya təslim etdim.
-Əsma, oyan qızım.
Anamın çağırışı ilə gözlərimi açmağa çalışdım. Halsızlığımdan dolayı bacara bilməyib uz gözümü turşutdum.
-Dərman içəcəksən ona görə bu şorbanı bitirməlisən.
Yatağımda dikəlib kürəyimi yataq başlığına söykədim. Anam əlindəki sini ilə mənə yaxınlaşdığında bərk tutduğum məktub gördü.
-O nədir?
Heç nə demədən gözlərimi yerə dikdim.
-Əsma niyə danışmırsan?
Anamın başını yana əyərək gözündən süzülən yaşları gizlətməyə çalışması gözümdən qaçmamışdı. Heç nə demədən şorbanı qaşıqlamağa başladım. Daha sonra dərmanı içib yenidən özümü yuxuya təslim etdim.
Yeni bir gün başlamışdı.... Yeni gün, yeni ümidlər....
-Əsmaaa.
Səhəri Səmranın çığırtıları ilə açmaq heç də xoş deyildi. Dərmanın təsirindən dolayı özümü daha gümrah hiss etsəmdə hələ də qırıqlığım davam edirdi. Yastığı qaldırıb qulaqlarıma basdırdım ancaq Səmra əlimdən alıb yana atdı.
-Sənə gözəl xəbərlərim var oyan.
Yerimdə dikəlib əsəbi baxışlarımı üzünə yönəltdim. Kim bilir hansı markanın yeni kolleksiyası artıq satışdaydı. Bezgin üz ifadəmdən Səmra nə düşündüyümü anlamış olacaqdı ki, qəh qəhələri otağa yayıldı.
-Başqa xəbərdi.
Səmra yatağın küncünə oturub gülümsədi.
-Səhər atam zəng vurdu.... Mahir axşam sənə elçi gəlir.
Səmra son cümləsini deyərkən necə qışqırmışdısa yerimdən dik atılmışdım. Tam başa düşmədiyimdən boş boş baxırdım sadəcə.
-Axşam deyirəm.... Mahir sənə gələcək.
-Ma... Mahir gələcək?
Səsim titrəyərək sualımı ünvanladım. Səmra uzun zaman sonra səsimi eşitmiş olmanın həyəcanı ilə məni qucaqladı.
-Əsma, səsinə həsrət qalmışdım.
-Mahir....
Özümə mane ola bilmir dayanmadan onun adını sayaqlayırdım.
-Uşaq kimisən Əsma.... Gələcəklər axşam. Atam başa düşdü deyəsən sizin ayrı ola bilməyəcəyinizi.
-Mən inana bilmirəm.... Bu doğrudur?
-Hə canım doğrudur.-Səmra məndən aralanıb davam etdi -Mən sənə bir şey deməliyəm.... Mən Mahiri görməyə getdim. Daha doğrusu o, hər gün atamla danışa bilmək üçün şirkətin önündə yatırdı. Məndə danışdım.
-Onu gördüyünü bilirəm.
Başımı əyib dolmuş gözlərimi gizləməyə çalışırdım.
-Hardan bilirsən? Yoxsa əlaqəniz davam edirdi? Əsma, bunu necə edə bildin? Bizi özündən məhrum etdin amma Mahirlə danışdın... Bir dəqiqə elədirsə bəs niyə danışmadığını dediyimdə təəccübləndi?
-Bacı, arada nəfəs al.
-Alacam sən cavab ver.
-Mahir məktub göndərmişdi.
-Əsmacım, canım mənim, xəbərin var 21-ci əsrdir?
Özümü saxlaya bilməyib qəh qəhə atmışdım. Günlər sonra ürəkdən gülə bilirdim. Gülürdüm.... Əslində Səmranın dediklərindən çox Mahirə qovuşmaq fikri idi məni güldürən.
-Bacı?
-Aycan bacısının gözəli?
-Mahir necə idi?
Səmra çox qısa gülümsəyib üz gözünü turşutdu.
-Sənin şəkildə göstərdiyindən çox fərqlidi. Çox arıq, gözlərinin altı qap qara, saqqallı, qaş qabaqlı biridir. Şəkildə gülərüz yaraşıqlı birini göstərmişdin. Nə yalan deyim xoşum gəlmədi.
Göz yaşlarımı tuta bilmədim. Biraz əvvəl ki, həddi hüdudu olmayan sevincim yarım qalmışdı.
-Yenə nə oldu? Niyə ağlayırsan? Sözlərimdən incidin?
Başımı etiraz mənasında yelləyib baxışlarımı yerə dikdim.
-Bacı Mahir hər zaman özünə çox fikir verir. Sənə göstərdiyim şəkillər belə onun baxımsız hallarında çəkdiyim şəkilləridi. İndi sənin dediklərinə baxılarsa o, əzab çəkir və bunların səbəbi mənəm.
-Gəl bura.
Səmra qollarını yana açınca ona sarılıb hıçqırıqlarımı sərbəst buraxdım. Saçlarıma öpüş qonduraraq məni sakitləşdirməyə çalışırdı.
-Əsma, bax gör sevginiz nə qədər güclüdür ki, qarşınıza çıxan hər bir əngəli aşmağı bacardı. Mahir səni həqiqətən çox sevir çünki hər gün, bu 1 ay da bezmədən yorulmadan atam onu dinləsin deyə şirkətin önündə yatdı. İstəsə atam qəbul etsin deyə başqa yollara əl atardı amma o, sənə və ailəmizə hörmət etdi.
Səmranın sözlərinə çox utanmışdım. Mən öz ailə şərəfimizi düşünmədən özümü ona təslim etməyə hazır idim amma Mahir mənim namusumu məndən çox düşünmüşdü. Səmradan aralanıb dizlərimi qarnıma doğru çəkərək qucaqladım.
-Deyəsən sən məni dinləmirsən Əsma.... Atam belə sizin sevginizin qarşısında dura bilmədi və razı oldu, sən isə hələdə qəmgin durursan. Qalx ayağa axşam sənə elçi gələcəklər, hazırlanmaq bir yana sən heç həyəcanlanmırsanda.
Haqlı idi.... Hər şey bitmişdi.... Bizim sevgimiz qalib gəlmişdi sadəcə bunu düşünməli idim. Əlimin tərsi ilə gözlərimi silib ayağa qalxdım.
-Haqlısan bacı artıq üzülmək yoxdu.
Gülümsəyib sarıldıqdan sonra axşam üçün hazırlaşmağa başladım. İlıq duş alıb əynimi geydim və görüntümü sadə makyajla tamamladım. Otaqdan çıxmaq istərkən telefona gələn bildirim səsi ayaq saxlamağıma səbəb oldu. Mahir idi.... "Yoldayam qıvırcığım, sənə gəlmək üçün gecikdim biraz bağışla" yazmışdı. Xəfifcə gülümsəyib aşağı endim. Salona daxil olarkən atam məni görüb ayağa qalxdı.
-Əsma.... Nə deyəcəyimi bilmirəm, bağışla məni qızım. Görə bilmədim sevginizi.... Günlərdir susub danışmamağın məni məhv edirdi. Hələ dünən səni o halda görüncə dünyam başıma uçdu. Öz kinim uğruna az qalsın həyatını məhv edirdim. Bağışla məni bağışla.
Atamın məyusluğu, danışarkən baxışlarını yerə dikməsi məni üzürdü. Qollarımı boynuna doladım. Bu an qapının döyülməsi bizi, özümüzü ələ almağa vadar etmişdi. Heç kimə fikir vermədən qapıya qaçdım. Qapıyı açıb məni istəməyə gələn Məlahət xalayı görüb bir növ şok keçirdim.
-Qonaq qəbul edirsən?
Gülümsəyərək qonaqları içəri buyur etdikdən sonra kandar məyus halı ilə dayanan Mahirə baxdım. Necədə arıqlamışdı....

Yazar: Afaq. Q
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 866
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri