Günahkar (11-ci bölüm)

Müəllif: Love Angel
Şərhlər: 1
Baxılıb: 2 560
Səs ver:
(səs: 0)
Səhərin erkən saatlarında Həsən yuxudan oyanıb hazırlaşmağa başladı. Səlim bəylə danışmağın vaxtı gəlib çatmışdı artıq. Hazırlaşdıqdan sonra evdən çıxaraq Səlim bəyin məkanının yolunu tutdu. Yol boyu nə danışacağını,nə deyəcəyini düşünməyə çalışsada heç cürə mümkün olmurdu. Nəhayət ünvana çatıb taksidən endi. Məkanın önündə heç kim gözə dəymirdi,deyəsən saat çox erkən idi. Bir müddət gözləmişdi ki,Səlim bəyin maşını məkanın həyətinə daxil oldu. Həsən dərin nəfəs alaraq ayağa qalxdı və önə doğru bir neçə addım atıb dayandı. Malik tələsik maşından enib arxa qapını açdı.
-Nə işin var burda?!
Səlim bəy maşından enər-enməz qəzəb yüklü səslə çığırdı.
-Danışmalıyıq Səlim bəy.
Həsən duruşunu pozmadan dilləndi.
-Mənə bax,qızıma söz vermişəm ki,səni öldürməyəcəm amma bir kəlimə daha etsən sözümü tuta bilməyəcəm. Səbrimi zorlama rədd ol burdan.
-Sizinlə danışmadan heç yana gedən deyiləm.
-Hər kəlimənlə ölümə daha da yaxınlaşırsan.
-Səlim bəy,mən Elyar əclafının oyununa gəlib sizə pislik etdim. Məni bağışlayın və sizdən bir şans daha istəyirəm.
Səlim bəy önə doğru bir neçə addım atıb Həsən ilə üzbəüz dayandı.
-Əclafın yekəsi sənsən. Başqalarına şər atacağına özünə bax.
-Mən doğruları deyirəm. Eldənizi o hala Elyar gətirib və sizin etdiyinizi deyib.
-Kəs səsini. Özünə haqq qazandırmağa çalışma.
-İnanın mənə doğruları deyirəm. Özümə haqq qazandırmıram mən günahkar olduğumu yaxşı bilirəm. Mən həqiqəti öyrənməyə çalışmadan sizə pislik etdim. Hüsnanın....
-Kəs səsini!!!
Səlim bəy şığıyıb Həsənin yaxasından tutdu.
-Qızımın adını bir daha ağzına alsan səni burdaca öldürərəm.
Həsən gözlərini Səlim bəyin baxışlarını ayırmadan dilləndi.
-Mən onu sevirəm.
Ağzına dəyən gözlənilməz yumruqla səndələsədə yıxılmamaq üçün özünü tarazlamağı bacardı.
-Qızımın adını anmağı,ona yaxınlaşmağı hətta onu düşünməyi belə sənə qadağan edirəm. Əks halda özünü ölmüş bil. İndi dur rədd ol burdan,birdə gözüm səni görməsin.
Səlim bəy işarət barmağını havalandırıb sərt fikirlərini söylədi. Həsən qamətini dikəldib yüksək səslə qışqırdı.
-Qadağalar yıxılmaq üçündür Səlim bəy. Hüsnayı sevirəm əsla vazkeçməyəcəm.
-Mən bilirəm nə edəcəm.
Səlim bəy sözlərini deyib iti addımlarla içəri daxil olduqdan sonra Malik Həsənə yaxınlaşdı.
-Yaxşısan?
-Biraz çənəm sızlayır.
-Qaynatanın əli ağırdır.
Günlər sonra Həsən ilk dəfə ürəkdən gülümsəmişdi.
-Həsən,mən sənə inanıram əlimdən gəldiyi qədər də yanında olacam ancaq onu bil ki,Səlim bəyin qəzəbi heç zaman keçmir. İndi sənə heç nə etmir çünki qızına söz verib amma bu etməyəcək demək deyil. Ehtiyatlı ol hər zaman.
-Çox sağol.
Həsən ağır addımlarla evə döndü...
***********
Axşam olmuş hava qaralmağa doğru gedirdi. Hüsna ləng addımlarla otağın eyvana açılan şüşə qapısına yanaşdı. Yaxınlıqdakı evlərin eləcədə öz evlərini hər yanında işıqlar yanırdı. Sanki bu işıqlar gündüzü yox edib axşam düşdüyünü bildirməyə çalışırdı. Tez tələsik işıqları açıb alatoranlığı yox etməyə nə lüzum vardı. Üzünə narazı bir ifadə yerləşdirmişdi gənc qız. Axşamları sevmirdi çünki axşamlar qəlbi daha çox qanayır,canı daha çox yanırdı.
Hüsna körpəliyindən bu yana xəstəliklərlə mübarizə aparmış,qorxularla böyümüş çox həssas bir qız idi. İmkanlı bir ailənin qızı olsa da,hər istədiyi anında yerinə yetsə də,valideyinləri ən əsasısıda atası tərəfindən daima əzizlənib əl üstündə tutulsa da heç vaxt bunlarla öyünən özündənrazı xarakterli biri olmamışdı. Ata anası Hüsna uşaqikən boşanmış və hər ikisi ayrılıqda ailə qurmuşdular. Uşaqlığından xəstəliklərlə yaşadığı üçün atası onu hər zaman nəzarəti altında saxlayırdı. Tək heç yana getməsinə izin yox idi. Elə bu səbəbdən maşını özü idarə etməsi qəti qadağan idi. Hüsna həyatında bir dəfə özü qərar vermişdi,tək bir dəfə. O da Həsən sevməsi onunla bərabər olması idi. Ancaq bu sevgi onu elə yanıltmışdı ki,həsas qəlbi parça-parça olmuşdu. Hər şeyin ilkini Həsənlə yaşasa da Həsən onu yarı yolda qoymuşdu. Çox peşman idi onu sevdiyi üçün ən çox da ona təslim olduğu üçün. Əslində o gecənin tək günahkarı Hüsna özü idi. Öz istəyi idi. Həsən getmək istəsədə Hüsna izin verməmişdi. Bunun fərqində olması Həsənin onunla oyun oynadığı gerçəyini dəyişmirdi ya da onun bu bərabərlikdə məsum olduğunu göstərmirdi. Aralarında nə yaşansa da nəticədə Həsən ondan istifadə etmişdi həm də nə üçün? Olmayan günahı üçün.......Atasına olan qəzəb üçün. Buna görə,atası Həsənin dərsini vermək istədiyində Hüsna qarşısına keçmişdi.
-Ata,bu məsələdə mən də Həsən qədər günah sahibiyəm. İndi sən onu öldürəcəksən nə olacaq? Sabah başqası çıxıb səndən Həsənin qisas almaq üçün yenə mənim həyatımla oynayacaq. Necə ki,Həsən Eldənizin heyifini məndən çıxdı.
-Qızım,mənim Eldənizin başına gələnlərlə heç bir əlaqəm yoxdu,kim edib bilmirəm.
-Bilirəm həm məsələmiz bu deyil.
-İndi deyirsən o,alçaq yaşasın mən də atayam deyib ortalarda gəzim?
-Ata,mən artıq qisas sözünü eşitmək istəmirəm. Xaiş edirəm ata izin ver bu məsələni,yaşadıqlarımı unudum.
-Sən unut hər şeyi,gerisi mənlikdi.
-Ata,əgər ona nəsə etsən məni də unut!
-Bu nə deməkdi? Sən hələ də o,əclafı düşünürsən?
-Xeyr ata. Demək istədiyim mənə görə nəsə olsa vicdan əzabından ölərəm........Mənə söz ver,heçnə etməyəcəyinə dair söz ver.........Ata,yalvarıram söz ver.
-Yaxşı söz.
Olanları xatırlaması yenidən göz yaşlarına boğulmasına səbəb olmuşdu çünki o,gün yalan demişdi. Sadəcə sevdiyi adamı qorumaq üçün atasına söz verdirmişdi. Ürəyinə söz keçirə bilmirdi.........Lənət olsun hərşeyə rəğmən hələ də dəli kimi sevirdi Həsəni. Əlinin tərsi ilə yanaqlarını qurulayıb yatağa oturdu və telefonu əlinə aldı. Həsənin şəkillərini eləcə də bərabər dinlədikləri mahnıları silməyə əli gəlməmişdi. Yenidən baxmağa başlamışdı ki,telefona daxil olan zənglə dayandı. Həsən idi........Hər zaman onun zənglərini cavabsız qoysada bu dəfə zəngi açıb aparatı qulağına yaxınlaşdırdı.
-Hüsnam.....
Necə də darıxmışdı öz adını Həsəndən eşitmək üçün.
-Çox sağol cavabladığın üçün......Evnizin önündəyəm sadəcə səni görə bilməyi ümid etdim və burdayam. Hüsnam........Eybi yox danışmasanda olar,ən azından eşidirsən. Səni sevirəm. Səni çox....
Həsən cümləsini tamamlamadan telefon sonmüşdü. Həmin an küçədə eşidilən siqnal səsinə Hüsna yataqdan sıçrayıb pəncərəyə tərəf qaçdı. Qapının önündə gördüyü mənzərə qaçaraq həyətə enməsinə səbəb olmuşdu. Səlim bəy Həsəni evinin qapısı önündə görub bir hışımla maşından enmiş enər-enməzdə yumruğu ilişdirmişdi.
-Mən sənə nə dedim bu gün? Qızımdan uzaq dur demədimmi?
Silahını çıxarıb Həsənin alnına dayadı.
-Səni öldürməyəcəyimə söz vermişdim amma sən sözümü tutmamağım üçün əlindən gələni edirsən.
-Ataaa.....Etmə xaiş edirəm etmə.
Hüsnanın qışqırmasına Həsən xəfif təbəssüm edib gözlərini yumaraq qollarını yana açdı.
-Hazıram Səlim bəy.
-Ata......Ata yalvarıram etmə.......Mənə söz vermisən ata.
-Aaaaa....Lənətə gələsən.
Səlim bəy qışqırıb silahını endirdi və üzünü qorumalara tutdu.
-Dərsini verin bu itin.......Elə edin birdə buralara gələ bilməsin.
Cümləsini tamamlayıb qolunu qızının boynuna dolayaraq evə tərəf addımladı. Hüsnanın canı arxada qalsada daha artıq nəsə etməyə gücü yox idi. Çarəsizcə imdat diləyən baxışlarını Malikə zillədi. Onun bu baxışları ilə Malik nə demək istədiyini anlayıb başını xəfifcə tərpətdi. Səlim bəy və Hüsna evə daxil olduqdan sonra qorumalara yaxınlaşdı.
-Kifayətdir.......Maşına qoyun gerisini mən həll edərəm.
Qorumalar Həsəni sürüyərək maşına mindirdilər. Malik sükana keçib maşını işə salaraq xəstəxananın yolunu tutdu. 5 nəfərin təpik-yumruqları Həsənin üz-gözü tamam dağıtmışdı. Dodaqları arasından çıxan inləmə ilə bəlli olurdu ki,canı çox yanır. Əlini sinəsinə qoyub qabırğalarının ağrıdığını bildirməyə çalışdı çünki ağzına dolan qan danışmasına belə imkan vermirdi.
-Həsən başını dik tut qan oturacağa damlamasın........Başa düşə bilmirəm niyə özünü müdafiə etmədin. Qarşılıq verməyin bir yana heç özünü qorumadın belə. Nə etməyə çalışırsan sən?
Malikin deyinmələri altında xəstəxanaya çatmışdılar. Həkimlərin müdaxiləsindən sonra Həsən biraz özünə gəlmiş,palataya yerləşdirilmişd
i. Bir neçə qabırğası sındığına görə ciddi baxım və yataq istirahəti şərt idi. Vurulan ağrı kəsicilərin təsiri ilə Həsən yarıyuxulu vəziyyətdə idi.
-Yaxşısan?
Heç nə demədən sadəcə başını yellədi.
-Elmirlə danışdım. Yoldadı.
-Onu niyə qorxudurdun. Sabah çıxacam onsuz......Həm Elmir xəstəxanaları sevmir.
Həsənin aramla dediyi sözlərdən sonra Malik onu təəccüblə süzdü.
-Mən hələ də səni başa düşə bilmirəm.
-Niyə?
-Bir baxırsan heç bir bağın olmayan Elmir üçün hər şey edən mələk kimi Həsən. Bir baxırsan oyunlar qurub,gənc qızın həyatını qaraldan şeytan Həsən. Hansı gerçək sənsən?
-İnan son zamanlar məndə özümü tanımaqda çətinlik çəkirəm.......Bildiyim tək şey var,Elmir və Hüsna mənim yaşama səbəblərimdi.
Həsənin cavabından sonra dərin bir səssizlik çökmüşdü araya. Malik baxışlarını pəncərəyə yönəltsədə fikri hələ də bu adamın necə biri olduğunu araşdırmaqla məşğul idi. Həsənin sevgisini gözlərindən oxumaq olurdu amma etdiyi bağışlanılmaz günahları sevgisinin önünə keçirdi.
-Qorumalar səni döyəndə niyə özünü qorumadın?
Malik beynini qurcalayan sualı vermişdi. Həsən bir qədər fikirləşib dilləndi.
-Çünki mən bunları haqq etmişdim,laiq idim bunlara.
-Düzdü. İnşAllah dərsini aldın.
Həsən gülümsəyərək başını arxaya yasladı və işarət barmağını üzünə tuşladı.
-Aldım......Gördün Hüsnam necə qorudu məni? Dişi aslanım mənim......Orda ölsəydim of deməzdim.
-Sənin başına çox sərt vurdular deyəsən.
-Deyəsən.......Biri zırpı kimi idi o,vurdu yəqin.
Hər ikisi bu hala gülərkən Elmir təlaşlı halda qapıyı açdı.
-Həsən sənə nə oldu?
-Yaxşıyam mən......Təlaşlanma.
-Necə yəni yaxşıyam? Bu nə haldı?
-Elmir böyüdüləcək bir şey yoxdu. Yüngülvari qəza keçirdim.
-Yalan deyirsən! Yenə o,qıza görə olub nə olubsa. Həsən o,qız səni hər gün məhv edir niyə başa düşmürsən? O,qız həyatına girdiyi gündən ruh kimisən. Uzaq dur artıq ondan.
-Sən məndən hesab soruşursan?
-Hə soruşuram. Mənim səndən başqa kimim var? Sənə bir şey olsa mən nə edərəm heç düşündünmü?
-Düşünmədim çünki mənə heçnə olmayacaq.
-Gənclər dalaşmayın -Malik araya girib dilləndi -Elmir,mən həkimlə danışmışam. Bu gecə burda qalmalıdı sabah çıxarsız. Bir şey lazım olsa mənə zəng vur.
Malik çıxdıqdan sonra Həsən,Elmirin narazı baxışları altında yuxuya daldı...

Yazar: Afaq. Q
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 560
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri