Günahkar (14-cü bölüm)

Müəllif: Love Angel
Şərhlər: 2
Baxılıb: 2 831
Səs ver:
(səs: 0)
Sevginin tam tərifi olmasada insanlara güc və cəsarət vermək qabiliyyətinə malik olduğunu hər kəs bilir. Sevgi çox şeyə qadirdir. Güclü insanı zəif birinə,zəif insanıda çox çox güclü birinə asanlıqla çevirə bilər. Məhz bu səbəbdən sevginin qarşısında heç kim dayana bilmir...
Həsən və Hüsna pillələrin başında dayanıb baxışlarını bir-birinə sabitlədilər. Artıq hər ikisi öz yolunu çizmişdi. Onlar sevgilərini və bu sevgi uğrunda mübarizə aparmağı seçmişdilər. Həsən üzünə yerləşdirdiyi gülümsəmə ilə Hüsnaya güc verməyə,Hüsnada öz növbəsində Həsənin əlini sıxaraq ona güvəndiyini göstərməyə çalışırdılar. Yavaş-yavaş aşağı enib dayandılar. Təəccüb dolu baxışlar onları əsir alarkən həzin musiqi də dayanmışdı. Hüsna başını əyib yavaşca Həsənin arxasına keçdi çünki Səlim bəyin baxışlarındakı xəyal qırıqlığı onu çox utandırırdı.
-Hüsna,bu nə deməkdi!!!
Atasının əsəblə çığırması tir-tir əsməsinə səbəb olmuşdu.
-Ata....Biz.....Biz.
-Səlim bəy....
-Sən sus mən qızımla danışıram.
Səlim bəy Həsənin sözünü yarıda kəsib önə doğru addımladı.
-Səninləyəm Hüsna! Bu nə deməkdi?
-Ata mən onu sevirəm.
Hüsnanın qısıq səslə dediyi söz hər kəsi şoka salmağa yetmişdi.
-Səlim bəy,məni dinləməlisiz (Həsən tutduğu əli buraxmadan nisbətən önə gələrək cibindən çıxardığı bir qalaq əskinazı Səlim bəyə uzatdı) Hər şey bunlarla başladı. Bunlara görə oldu günahlarımda,həyatımı dəyişən sevgim də........Əvvəllər sizdən borc aldığım günə lənət oxuyurdum indi isə yaxşı ki,deyirəm.......Faizi ilə pulunuzdu.
Həsən pulları ruhdan fərqlənməyən Səlim bəyin əlinə tutuşdurub geri çəkildi.
-Hüsna,bəs mən? Məni necə yarıyolda qoyursan?
Həsən eşitdiyi səsə tərəf döndüyündə arıq və son dərəcə çəlimsiz birinin onlara tərəf gəldiyini gördü. Gözlərini qıyıb başdan-ayağa süzərək dilləndi.
-Elyar sənsən?
-Mənəm. Niyə soruşdun?
-Heç elə-belə.
Sözünü deyib var gücünü topladı və yumruğunu qarşısında dayanan oğlanın çənəsinə ilişdirdi. Elyar ağzı burunu qanlar içində yerə sərilərkən Həsən işarət barmağını havalandırdı.
-Bu başlanğıc olsun.
Qapıda duran qorumalar içəri tökülüşüb silahlarını çıxardığında Səlim bəy əlini qaldırıb çıxmalarını işarə etdi. Həsən ətrafdakı səs-küyə eləcədə Elyarın anasının çığlıqlarına fikir vermədən Səlim bəyin qarşısına keçdi.
-Səlim bəy,biz bir-birimizi sevirik və sevgimiz üçün savaşmağı seçdik. Bilirəm etdiklərimə görə məni bağışlamayacaqsınız heç məndə özümü bağışlaya bilmirəm amma bu o demək deyil ki,sevdiyim qadının bu cür alçaqla evlənməsinə izin verəcəm.
Səlim bəy Həsəni tanıdığı ilk gündən onun soyuqqanlı davranışını və qəti fikirli olmasını sevmişdi ancaq bütün bunlar etdikləri səhflərini görməzdən gəlməyə yetmirdi.
-Səlim,u nə deməkdi? Bu adam kimdi?
Əşrəf bəyin qəzəbli səsi ətrafa yayılarkən Səlim bəy məyus baxışlarını qızına yönəltdi.
-Ata məni bağışla yalvarıram. Belə olsun istəməzdim,səni utandırmağı istəməzdim.
-Amma utandırdın.
İlk dəfə idi Səlim bəy özünü bu qədər aciz hiss edirdi.
-Ata yalvarıram başa düş məni.
-Nəyi başa düşüm qızım? Bu an mən yuxuda və yaxud da realda olduğumu belə dərk edə bilmirəm.
-Ata mən çox böyük səhv edir bədbəxtliyə doğru gedirdim. O,döndürdü məni yolumdan.........Mən onu sevirəm ata......Mən Həsənə ikinci şans tanıdım.......Özüm üçün və........körpəmiz üçün.
Səlim bəyin baxışları getdikcə irilənirdi. Həsən isə eşitdiyi xəbərə nə reaksiya verəcəyini bilmədən gah gülür gah da qaşlarını düyünləyirdi.
-İKİNİZDƏ RƏDD OLUN BURDAN!!!
Səlim bəyin çığırmasına hər kəs eləcə də Hüsna yerində sıçramışdı.
-Ata qurban olum......
-Dedim ki,rədd olun!!!
Həsən Hüsnanın əlindən tutub addımlarkən Elyar atasının belindən silahı çəkdi.
-Qalın orda.
Həsən geri dönüb heç duruşunu pozmadan dilləndi.
-Silahı əlinə alanın tətiyi çəkəcək cəsarəti olmalıdı. Mən səndə o cəsarəti görmürəm.
Həsən sərt baxış atıb yoluna davam edərkən Hüsnanın yaşlı gözləri arxada atasında qalmışdı. Amma yenə də sevdiyinin yanında olmasının ona verdiyi güc və cəsarət ilə addımlayırdı. Səlim bəy isə tam olaraq nə hiss edirdi bilmirdi. Həyat yoldaşını yanına çağırıb onu otağına aparması üçün kömək etməsini istədi. Evdəki bir neçə dost-tanışdan ibarət məclis onu daha da
utandırırdı. Səlim bəy ağır addımlarla otağına qalxarkən Elyar əlindəki silahı endirib oturacağa çökdü. Aşiq olduğu qızı itirməsi yox qururunun qırılması idi onu ən çox incidən. Ailəsi olduqca qəzəbli olsada o,son dərəcə sakit idi çünki bilirdi Hüsnanın onu sevmədiyini. İndi başına gələn hər şeyin tək günahkarının özü olduğunu çox yaxşı bilirdi.
Həsən və Hüsna bir-birilərinə qısılıb taksiyə əyləşərək evin yolunu tutdular.
-Həsən.
-Aycan?
-Atam məni heç bağışlamayacaq hə? Onu itirdim.
Hüsna başını Həsənin çiyninə yaslayıb göz yaşlarının yenidən yanağı boyu cığır açmasına izin verdi. Həsən onu daha da öznə sıxaraq dilləndi.
-Atanın bizə qəzəbli olmağı çox normaldır. Bir müddət elə olacaq amma o,səni çox sevir səndən ayrı çox dura bilməz bu səbəbdən əlbət bağışlayacaq. Biraz zaman keçsin sən sadəcə səbirli ol........Hələ qızımızı qucağına aldığı zaman gör onu.
Hüsna başını qaldırıb təəccüblü baxışlarını Həsənə zillədi.
-Kimi?
-Qızımızı canım.
-Hardan bilirsən qız olacağını?
-Hiss edirəm......Deməli mən ata oluram.
-Bəli Həsən bəy. (Gülümsəyir) Bu gün öyrəndiyimdə əllərimi açıb dua etdim. Bizim günahlarımızın bizim səhflərimizin bədəlini körpəmiz ödəməsin deyə,bir möcüzə olsun onu bərabər böyüdək deyə sonra sən gəldin.
Həsən Hüsnayı daha da özünə sıxıb saçlarına öpüş qondurdu.
-Keçdi daha.......Bax yan-yanayıq. Qızımızı bərabər böyüdəcəyik.
-Bəlkə oğlumuzu?
-Yox canım qızımı.
-Məncə oğlumuzu.
-Dedim axı qızımızı.
-Oğlumuzu.
-Qızımızı.........Hüsna bəlkə uşağın yanında dalaşmayaq.
Hər ikisi gülümsəyərək bir-birinə sarıldı. Hüsnanın atasında yana qəlbi qırıq hüzünlü olsada ana olacağı hissi bədənini tamam sarmışdı. Evə çatıb maşından enərək binaya daxil oldular. Pillələri qalxdıqca Hüsnanın Elmirlə üzləşəcəyi anı düşünməsi gərilməsinə səbəb olurdu. Həsən tutduğu əlin niyə buz kəsdiyini anlamış olacaqdı ki,Hüsnanın qulağına əyilib pıçıldadı.
-Hər şey yaxşı olacaq.
Qapını açıb evə daxil olduqlarında Elmir başını əlləri arasına alıb divanda oturmuşdu. Onları görüb ayağa qalxdı və qaşlarını düyünləyib sərt bir baxış atdıqdan sonra otağına keçdi. Hüsna yanılmamışdı sanki hər kəs and içmişdi ki,onlara qarşı çıxsın. Gözləri dolmuşdu yenə.....Həsən onun divana oturmasına kömək etdikdən sonra qarşısında əyilərək əllərini tutdu.
-Canımın içi,sil gözlərini. Mən sənə nə dedim? Hər şeyi yoluna qoyacam demədimmi?
-Hər kəs bizə qarşıdı.
Həsən heç nə demədən ayağa qalxdı.
-Elmir......Bura gəl bir.
Elmir otağından çıxıb Hüsnaya baxmadan Həsənə yaxınlaşdı.
-Bəli.
-Elmir,nəsə olub?
-Yox heç nə.
Həsən onun xasiyyətinə bələd idi. Bir neçə dəqiqə sonra ürəyindən keçənləri danışmağa başlayacağını bilirdi.
-Əslində hə olub.
Yanılmamışdı........Gülümsəyərək gözlərini Elmirə zillədi.
-Nədir olan?
-Mən sizin bu münasibətinizi dəstəkləmirəm.
-Niyə?
-Bu qız həyatına girdiyindən bəri sən çox dəyişmisən.
-Birincisi bu qız deyə müraciət etdiyin xanım mənim həyat yoldaşım doğulacaq körpəmin anasıdır və sənin də gəlinbacındır. İkincisi,deyirs
ən dəyişmisən bunun nəyi pisdir? Sən deyildin özünü düşün deyən? İndi özümü düşünürəm. Çox sevirəm eyni zamanda çox sevilirəm.
-Amma sən çox pis döyüldün və xəstəxanalara düşdün.
-Çünki mən çox böyük səhflər etdim,heç bir günahı olmayan Hüsnaya qarşı hər cür şərəfsizliyi etdim. O döyülmək mənim günahlarımın cəzası belə deyildi. Bütün bunlara qarşı o,nə etdi? Hər şeyə rəğmən məni bağışladı.
Elmir eşitdiklərindən sonra dinmədən başını əydi. Həsən onu daha da utandırmamaq üçün qolunu boynuna dolayıb sinəsinə sıxdı və digər əli ilə Hüsnayı çağırdı. Hüsnanın gözləri yenə dolu dolu idi. Yaxınlaşıb Həsəni qucaqlayaraq ona qısıldı.
-Gəlinbacı,mən bilmirdim. İkinizdə məni bağışlayın.
Elmirin məyusluğu qarşısında Hüsna sadəcə gülümsədi. Həsən isə hər ikisini sinəsinə sıxıb dilləndi.
-Siz mənim hər şeyimsiniz.........Mən çox xoşbəxtəm.
Bir qədər elə qaldıqdan sonra Elmir otağına keçdi. Həsən isə Hüsnanın çox yorğun olduğunu bilirdi ancaq o,artıq bir can daşıyırdı ona görədə ac qalmalı idi. Əlindən tutub mətbəxə gətirdi.
-Həsən ac deyiləm........Yatmaq istəyirəm.
-Olmaz.
-Həsən xaiş edirəm.
-Dedim ki,olmaz.
Hüsnayı masaya otuzdurub soyuducuya yönəldi. Təbii ki,soyuducuda sosis,sucuq və yumurtadan başqa heçnə yox idi. Hüsna hamilə olduğuna görə onun düzgün qidalanması lazım idi. Səhər ilk iş ərzaq alış-verişinə çıxmaq olacaqdı. Bunu düşünərək əldə olanlarla yeyəcək bir şey hazırlamağa başladı. İki yumurta qırıb tavadakı yağa əlavə edib qayğanaq bişirdi. Masaya qoyub Hüsnanın qarşısına əyləşdi. Həsən üçün yalandan gülməyə çalışsa da məyusluğu gözlərindən axırdı Hüsnanın.
-Heç iştahım yoxdu.
-Hamısı bitəcək.
-Bəs sən?
-Mən sonra yeyərəm. Əvvəlcə siz.
Həsən sözünü deyib Hüsnanın qarnını oxşadı. Daha sonra çəngəli götürüb öz əlləri yedirməyə başladı. Eynən bir körpə kimi.......Son loxmanı uzatdığında Hüsna çəngəli alıb geri Həsənə uzatdı.
-Bu da bizdən sənə.
Həsən gülümsəyib qayğanaq parçasını ağzına aldı. Çeynədikcə yeməyin niyə şit daddığını anlamayıb qaşlarını düyünlədi və bir anlıq xatırladığı ilə əlini alnına vurdu.
-Mən yeməyə duz tökməyi unutdum. Niyə demirsən duzsuzdu deyə?
-Əllərinə sağlıq. Mən çox bəyəndim,çox dadlı idi.
Həsən ayağa qalxıb Hüsnayı bağrına basdı.
-Səni sevirəm.
Hüsnayı otağına gətirib uzanmasına kömək etdikdən sonra üstünü örtdü.
-Sən harda yatacaqsan?
-Sən yat narahat olma. Şirin yuxular Həsənin Hüsnası.
Hüsna gözlərini yuman kimi yuxuya daldı çünki çox yorğun idi. Həsən onun alnına öpüş qondurduqdan sonra qapını biraz aralı qoyaraq otaqdan çıxdı. Divana oturub başını əlləri arasına aldı. Hər şey indi başlayırdı.........O,artıq öz ailəsini qururdu və bu ailənin xoşbəxt bir ailə olması üçün hər şey edəcəkdi. Telefonu götürüb lazımi nömrəni yığdıqdan sonra aparatı qulağına yaxınlaşdırdı.
-Malik,orda vəziyyət necədi?
-Sakitçilikdi. Sizdə?
-Yaxşıdı hər şey. Malik,Hüsnanın çantasını sabah mənə gətirə bilərsən? Rəsmi nikah üçün başvurmalıyam.
-Çalışaram.
Həsən danışığı sonlandırıb arxaya yaslandı. Qısa müddət sonra Hüsna onun rəsmi həyat yoldaşı olacaqdı...

Yazar: Afaq. Q
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 831
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri