Günahkar (16-cı bölüm)

Müəllif: Love Angel
Şərhlər: 2
Baxılıb: 2 862
Səs ver:
(səs: 0)
Səhərin erkən saatlarında Hüsna gözlərini açıb ətrafına boylandı. Axşam o qədər ağlamışdı ki,indi başı çatlayacaq qədər çox ağrıyırdı. Yatağında dikəlib əli ilə yüngül masaj etməyə başladı. Tumbanın üzərində ki,sini diqqətini çəkdi həmin an. Düşüncəli əri siniyə meyvə şirəsi və şirinyat düzmüşdü. Qısa not yazmağı da unutmamışdı "Bunlar bitmədən yataqdan qalxmaq yoxdu çünki bu gün evlənirik ona görədə gümrah olmalısan. Sürprizlərim bitmədi..." Hüsna gülümsəyərək siniyi götürüb şiriniyatları yeməyə başladı. Yedikdən sonra əhvalı biraz düzəlmiş baş ağrısı azalmışdı. Əynini geyinib yatağını topladıqdan sonra otaqdan çıxdı. Mətbəxə tərəf addımlarkən salonun bir tərəfində asılı olan gəlinliyi görüb yerində dayandı. Axı bu tam onun xəyallarındakı gəlinlik idi. Gəlinliyə tərəf gedərkən göz yaşları süzülməyə başladı. Barmaqlarını gəlinlik üzərində gəzdirərək dodaqlarını bir-birinə sıxdı.
-Həsən.
Dilindən yalnız sevdiyi adamın adı süzülürdü. Onun aldığını bilirdi hətta Malikin gətirdiyini xatırlamışdı necə də başa düşməmişdi və gəlinliyi olmayacaq deyə üzülmüşdü. Çox bəyənmişdi gəlinliyi.........Hətta gözlərini çəkə bilmirdi. Döyülən qapının səsi onu fikirlərindən ayırmışdı. Əlinin tərsi ilə gözlərini silib qapını açdı.
-Buyurun?
Qapıda dayanan gənc qızları tanımamışdı.
-Salam. Siz Hüsna olmalısız?
-Bəli.....Ancaq mən sizi tanımıram.
-Mən Eldənizin bacısı Nigar,bu da gəlinimiz yəni Eldənizin nişanlısı Səkinə........Bu gün evlənəcəyinizi bilirik və gəlini hazırlamaq üçün burdayıq.
Hüsna eşitdiklərinə təəccüblənsə də bütün bunların Həsənin işi olduğunu bilirdi. Doğurdan da sürprizlər bitmirdi.
-Xoş gəlmisiz qızlar. Keçin içəri.
Qızlar çay içib söhbətləşdikdən sonra nigah üçün hazırlıqlara başladılar. Hüsna ilıq bir duş alıb özünü qızların əllərinə təslim etdi. Nigar vizajist idi və indi də işini peşakarcasına yerinə yetirirdi. Saatlar sonra Hüsna hazır idi.........Buruqlarla açıq qoyduğu saçları,səliqəli makyajı,sadə bir o qədər də şux gəlinliyi ilə Hüsna göz oxşayırdı.
-Çox gözəl görünürsən.
Səkinə ürəyindən keçənləri dilinə gətirmişdi.
-Əminəm ki,sən toyunda çox daha gözəl olacaqsan.
-Çox sağol.
Qapının səsi qızların söhbətini yarıda kəsmişdi. Gələn Həsən olmalı idi çünki nigahın saatına az qalmışdı. Qapı açıldığında Hüsna qarşısında duran adamı süzdü. Həsən hər zaman olduğu kimi bu gündə çox yaraşıqlı görünürdü. Səliqə ilə daranmış saçları,tünd göy kastyum şalvarı və üzündə ki,sadəcə Azərbaycan kişilərinə məxsus kəskin baxışları Hüsnanın ona bir daha aşiq olmasına səbəb olurdu. Həsən bir iki addım önə atıb əlindəki gülləri uzatdı.
-Mənim gəlinim dünyanın ən gözəl gəlinidi.
Sözünü dedikdən sonra göz vurub qolunu önə uzatdı. Hüsna gülləri alıb gülümsəyərək Həsənin qoluna girdi.
-Sənə bir sürprizim daha var.
-Nə sürprizi?
-Bir az səbr et. Çatanda görəcəksiniz Hüsna xanım.
Maşına əyləşib gedəcəkləri ünvana doğru yol alırlar. Yol boyu Hüsna Həsəndə qəribəlik hiss etsədə biruzə verməməyə çalışırdı. Həsənin ətrafa gərgin baxışlarla baxmasına və onun əlini tez-tez sıxmasına heç bir anlam verə bilmirdi.
Çatmışdılar.........Hüsna maşından endiyində biraz aralıda dayanan atası ilə Gülnarə xanımı görüb yerində dayandı. İnana bilmirdi atası gəlmişdi. Qaçaraq atasına sarıldı.
-Bilirdim məni tək qoymayacağını.
Səlim bəy qızını bərk-bərk qucaqlayıb saçlarına öpüş qondurdu.
-Çox gözəl gəlin olmusan qızım.
Hüsnanın eləcədə atasının gözlərindən yaşlar süzülməyə başlamışdı.
-Səlim,Hüsna,etməyin belə gəlinin makyajı axacaq.
Gülnarə xanım hər ikisini sakitləşdirməyi bacarmışdı.
-Atacan yaxşı ki,gəldiniz.
Hüsna ətrafa isti təbəssüm yayırdı. O,bu gün həqiqətən özünü xoşbəxt hiss edirdi. Səlim bəy və Eldənizin ailəsi bir-birlərindən üzr istəyib ortadakı yalnışlıqları yox etmişdilər.
Salona daxil olub nigah üçün yerlərini aldılar. Hüsnanın şahidi Malik,Həsənin şahidi isə Elmir olmuşdu. Nigah nümayəndəsinin verdiyi suala hər ikisi ürəkdən "hə" demiş,rəsmi ər-arvad elan edilmişdilər. Həsən Hüsnanın üzünü əlləri arasına alıb dilləndi.
-Mən tək böyüdüm bəlkə də bu səbəbdən paylaşmağın,birini itirməkdən qorxmağın,ailə olmağın nə demək olduğunu bilmirdim. Hər zaman daş qəlbli biri kimi tanındım və başqalarını incitdiyimdə özüm heç incinmədim. Hər zaman qarşımdakı insanın mənə nəsə bir verəcəyi varmış sanırdım. Qısacası eqoist biri idim. Sonra bir mələk gəldi həyatıma və bildiyim bütün doğruların əslində yalnış olduğunu göstərdi. Mən onu üzdükcə o,sadəcə məni bağışladı və sevdi. Daş qəlbimi sevgi ilə elə yumşaltı ki,onu incitdiyimdə özüm daha betər incindim. Gözlərindən süzülən hər damla üçün özümə lənət oxudum. İlk dəfə birini itirəcəyimdən dəli kimi qorxdum...........İndi o,mələklə həyatımı paylaşıram və biz valideyin olmağa,ailə olmağa hazırlaşırıq. Bu məni dünyanın ən xoşbəxt adamı edir. Həyatıma xoş gəldin sevgi dolu qadın. Həyatıma xoş gəldin Həsənin Hüsnası. Sizi çox sevirəm.
Həsən cümləsini tamamlayıb dodaqlarını həyat yoldaşının alnına sıxdı. Ətrafdan yüksələn alqış səslərinə ikisidə özünü ələ almağa çalışdı çünki hər ikisinin göz yaşları yanaqları boyu cığır açmağa başlamışdı.
-Mən hamiləyəm deyə duyğularım tez-tez qarışır. Sənə nə olub?
Hüsna kövrəkliyi yox etmək üçün zarafatyana sualını ünvanlayıb gülümsədi.
-Məni də özünə oxşatdın sulugöz.
Səlim bəy onlara yaxınlaşıb kövrək səslə dilləndi.
-Uşaqlar məni bağışlayın.
-Əsas siz bizi bağışlayın Səlim bəy. Etdiyim hər səhv üçün məni bağışlayın.
-Bağışlanmaq istəyirsənsə mənə ata deyə müraciət etməlisən.
-Baş üstə ata.
-Mən qızıma toy edə bilmədim bu səbəbdən ümid edirəm nigahı qeyd etmək dəvətimə qarşı çıxmazsız deyə düşünürəm.
Həsən gülümsəyərək başını yelləməklə yetinmişdi. Hər kəs maşınlara əyləşib restoranın yolunu tutdu. Hüsnanın sevincinin həddi-hududu yox idi. Özünü dünyanın ən xoşbəxt qadını kimi hiss edirdi. Başını çevirib diqqətlə yanındakı,aşiq olduğu adamı süzdü. Həsən ona qarşı bağışlanmayacaq günahlar etmişdi,onu çox incidib çox qırmışdı. Bəlkə bağışlamaqla səhv etmişdi amma Hüsnanın saf qəlbi sevdiyinə qıya bilməmişdi. İkinci bir şans tanıyıb ona inanmağı seçmişdi. İndi Həsənin ona verdiyi sözləri tutması Hüsnanın ona olan sevgisinin və inamının artmasına səbəb olurdu. Başını Həsənin çiyninə yaslayıb gözlərini sıxdı. Nə yaxşı ki,onu bağışlamağı seçmişdi. Nə yaxşı ki,sevgisinə sahib çıxmağı seçmişdi.
Restoranın önündə maşından enib içəri daxil olarkən bir anlıq Hüsnanın başı hərləndi. Yerində dayanıb əlini alnına sıxdı deyəsən çox yorulmuşdu. Həsən təlaşla bir qolunu Hüsnanın belinə doladı digər əli ilə yanağını oxşamağa başladı.
-Nə oldu? Yaxşısan?
-Yaxşıyam canım narahat olma.
-Həkimə gedək.
-Həsən böyütmə sadəcə başım döndü.
-Ağrın var?
-Dedim axı yaxşıyam.
Həsən onu bağrına basdı.
-İzin vermərəm sənə nəsə ola.
-Sənə nə olub bu gün?
-Heç.......Heç nə olmayıb.
-Uşaqlar niyə dayandınız?
Səlim bəy geri dönüb sualını ünvanladı.
-Hüsnanın başı dönür.
-Qızım nə oldu? Yaxşısan? Həkimə gedək?
Hüsna gözlərini qıyaraq sınayıcı nəzərlərini atasının və Həsənin üzərində gəzdirməyə başladı.
-Mən yaxşıyam deyin görüm sizə nə olub?
-Heç nə.
Hər ikisi eyni anda dillənib sualı keçişdirməyə çalışsada Hüsna əl çəkmirdi.
-Hüsnam biz bu gün evləndik. Xaiş edirəm bu gün qanımızı qaraltmayaq. Evdə danışarıq.
Səhər saat 08:25.
Həsən yumruq halında sıxdığı əli ilə qapını döyəcləyib geri çəkildi. Nə olur olsun Səlim bəyi razı salmalı idi çünki söz vermişdi. Əks halda Hüsna çox üzüləcəkdi. Onun üzülməsinə artıq dayana bilmirdi Həsən. Bir neçə dəqiqə sonra qapını Gülnarə xanım açmışdı.
-Həsən,xoş gəlmisən.
-Sabahınız xeyir Gülnarə xanım. Səlim bəylə danışa bilmək üçün gəlmişdim.
-Səlim çıxdı. Ofisə getdi.
-Onda mən ofisə gedim.
Həsən sağollaşıb gedirdi ki,ağlına gələn fikirlə ayaq saxlayıb geri döndü.
-Gülnarə xanım,mən bilirəm Səlim bəy sizi çox sevir,sizi qırmaz ona görə sizdən mənim yanımda olmağınızı istyəcəm.
-Həsən,mən sənin Hüsnayı çox sevdiynə inanıram. Bu günə kimi nə Səlimin nə də Hüsnanın heç bir işinə qarışmamışam amma bu gün Səlimin qızının yanında olması üçün əlimdən gələni edəcəm. Çantamı götürüm gəlirəm.
Hər ikisi Səlim bəyin məkanına doğru yol aldılar. Həsən Səlim bəyi razı sala biləcəkləri inanırdı. Elədə olmuşdu.........Gülnarə xanımın dəstəyi ilə Səlim bəyi nigaha gəlməyə razı salmışdılar. Əslində Səlim bəy ürəyində hər ikisinidə çoxdan bağışlamışdı çünki bilirdi. Özündə bu məsələ də günahının olduğunu yaxşı bilirdi. Eldəniz məsələsini ən başından araşdırsaydı və bu işin günahkarlarını ortaya çıxarsaydı bütün bunlar yaşanmazdı bəlkə də. Həm o,qızına bağlı bir ata idi,evləndiyi gün onu necə tək qoya bilərdi?
-Səlimmm çıx çölə!!!
Biranda eşitdikləri qadın qışqırtısına hər üçü diksinmişdi. Çölə çıxdıqlarında məkanın qarşısında pərişan halda dayanan qadın onların təəccübünə səbəb olmuşdu. Həsən yaddaşını işə salıb bu qadını harda gördüyünü xatırlamağa çalışarkən Səlim bəy qadına yaxınlaşdı.
-Zahidə xanım,bu nə haldır? Nə olub?
Xatırlamışdı.........Elyarın anası idi.
-Hələ bir soruşursanda? Allah sizin bəlanızı versin. Sizin ucbatınızdan oğlum can çəkişir,bitgidən fərqlənmir. Sizə görə oldu,hər şey sizin oğluma yamamağa çalışdığınız q... qızınıza görə oldu.
-Zahidə xanım!!! Sözlərinizə fikir verin.
-Nədir? Yalandır?
-Xanım,(Həsən dayana bilməyib dilləndi) sizin oğlunuz öz etdiklərinin cəzasını çəkir.
-Sən.......Sən oğlumu vuran adamsan. Tanıdım.........Sən mənim ciyərparamın bu halının səbəbkarısan..........Oğluma bir şey olsa günahkarı sənsən.........Sən bir ananın ahını aldın........O biri dünyada da iki əlim yaxanda olacaq........İnşAllah səndə mənim yaşadığımı yaşayarsan.....
....Canımdan can dediyin biri gözünün önündə yox olar və sən heç nə edə bilmədən sadəcə izləyərsən. Bu sənə bədduam olsun.
-Bax belə........
Həsən evə gəldiklərində yaşananları Hüsnaya danışdı.
-Həsən Zahidə xanımın ürəyi yanır. Onun halı başa düşüləndi ancaq sən boşuna qorxursan. Mən onun duaları ilə yaranmamışam ki,bədduaları ilə də yox olam. Həm Elyar öz axmaqlığının cəzasını çəkir. Ona biz demədik ki,get narkotika ilə içkiyi bir-birinə qat.
-Düz deyirsən. Nə bilim tədirgin oldum.
-Gedək burdan.
Hüsna Həsəni sakitləşdirməyə çalışsada özüdə çox tədirgin olmuşdu.
-Nə?
-Gedək burdan.
-Nə danışırsan? Hara gedək?
-Sənin ananın yanına gedək həm körpəmizdə tək böyüməz. Ətrafında ata qohumları ilə böyüyər.
Həsən ayağa qalxıb sərt səslə dilləndi.
-Hüsna,qəlbini qırmaq istəmirəm. Bu mövzu bir daha açılmayacaq...
Günlər həftələri,həftələr isə ayları əvəz edirdi. Hüsnanın körpəsini dünyaya gətirməsinə sayılı günlər qalmışdı. Həyatlarında elə də dəyişiklik olmamışdı. Hüsna da Elmir də dövlət imtahanlarını verib diplomlarını almış hətta Elmir Səlim bəyin köməkliyi ilə işə başlamışdı. Elyar sağalmışdı və ailəsi narkotik müalicə üçün xaricə göndərmişdi.
Səhər Hüsna qarnında hiss etdiyi küt ağrı ilə gözlərini açmışdı.
-Həsən.......Həsən tez ol oyan.
-Nə oldu canım.
-Həsən sancı......Həsən
Bir saatdan artıq vaxt ötsədə həkim çıxmırdı. Dəhlizdə isə gərgin gözləmə davam edirdi. Hər kəs gözü qapıda həkimin çıxmasını gözləyirdi və nəhayət həkim çıxmışdı.
-Təbrik edirəm oğlunuz oldu.
-Bəs Hüsna yoldaşım?
-Təəssüf ki,ananın vəziyyəti yaxşı deyil. Daha əvvəl yaşadığı prablemlər olub nəticədə çox qan itirdi. Əlimizdən gələni edəcəyik ancaq hər şeyə hazır olun. Yaşamağı möcüzədi.
Həkimin sözləri bir ailənin yıxımı idi...

Yazar: Afaq. Q
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 862
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri