Səndən başqa (8-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 8
Baxılıb: 4 525
Səs ver:
(səs: 1)
Bölüm 8

Yazdığım sonuncu mesajdan sonra, böyük bir əsəblə telefonu söndürüb, çarpayıma uzandım. Həə bu saatda yatacaqdım! Əsəbdən titrədiyimi hiss edirdim... Düz deyirdi, axı mən onun üçün kim idim?! Onu düşünmək mənə qalmışdı?! Belə cavablar verəcəyini bilə - bilə, inadla niyə ona yazdım axı?! Ən çox, özümə idi əsəbim... Onun bir günahı yox idi... Ağılsız İlknur! Yatmaq istəyirdim amma beynimdəki düşüncələr buna imkan vermirdi. Sabah onunla üz - üzə necə gələcəkdim? Küsgün idim... Amma bilin görüm kimə? Təbiki, özümə... Elə yazmasaydım, elədə bir cavab almayacaqdım. Bir anlıq, məni ciddiyə alıb, sözümə əməl edəcəyini düşündüm. Çox deyil, sadecə bircə anlıq... Yastığımın altında olan qulaqcığımı əlimə alıb telefondan bir mahnı qoşdum. Nə az nə çox 1 saat idi mən mahnı dinləyirdim. Bezərək, qulaqcığı qulağımdan çıxardıb, tavanı izləməyə başladım. Qaranlıqdan qorxan biri deyildim amma, sanki bir az qorxmuş kimi oldum... Bilmirəm, ya da mənə elə gəldi... Bir az daha tavanı izlədikdə, maşın səsini eşitdim. Renat idimi gələn? Yenə onu düşündüm... Ayağa qalxıb pencərə qarşısına keçdikdə, həyitə düşən maşın işığını gördüm. Hə, deyəsən O idi... Sanki, məni görəcəkmiş kimi qaçaraq yerimə uzandım yenidən. Həyatımda olan aksiyon bundan ibarət idi! Telefonu alıb saata baxdım. Saat '23:17' idi... Niyə bu tezliyində gəlmişdi? Mənim istəyim bu deyildi...? Ayaq səsləri eşitdikdə, artıq yuxarı çıxdığını anladım. Bunu anladımda, qapımın niyə açıldığını anlamadım. Gözümü yumaraq, özümü yatmış kimi görsətdim. Deyəsən, Renat mənim otağıma gəlmişdi. Çox az bir vaxtdan sonra çarpayımda bir ağırlıq hiss etdim... Gözlərimi açmalı idim? Niyə uzanmışdı axı mənim çarpayıma! Yan - yana idik! Təcili qırmızı siqnal! Özümü yatmışlığa vurmaq üçün nəfəsimdə tutmuşdum. Və hal hazırda nəfəs ala bilmirdim! Böyük səssizliyin içində, Renat "Yatmadığını bilirəm..."dedi. Qaşlarımı çatıb, gözlərimi açdım. Çölün və ayın işığı otağıma düşdüyü üçün onun üzünü aydın görə bilirdim. Mənə baxırdı...

"Qəlbini qırmaq istəmədim"

Dediyi söz ilə uzanmış halımdan qalxaraq, kürəyimi onun kimi çarpayımın baş ucuna söykədim. Amma səsimi çıxardım... Onunda səs tempi sərxoş olan insanın səs tempinə bənzəmirdi. İçməmişdi...?

"Demək danışmayassan artıq mənimlə..."

Danışacaqdım... Amma nə deyəcəyimi bilmirdim... Onun evə gəlməsini, üstəlik - üstəlik mənim otağıma gəlməsini hec gözləmirdim... Renat bu halımdan bezmədiyini göstərərək yenidən "Yaxşı... Sən sus mən danışım onda" dedi. Nə deyəcəkdi? Deyəcəyini az əvvəl demişdi... Susaraq ona baxdım... Gecənin bir yarısı, otağımda başqa biri vardı amma mən bundan qətiyyən şikayətlənmirdim. Sanki, Renatın daha əvvəl yanımda olmasını istəyirdim... İstəyim, bu imiş kimi...

"Sən yazanda, clubların birinə yenicə getmişdim. Yenicə içkimi sifariş etmişdimki, sən yazdın mənə... İçmədim... Gözləyəcəyini bildiyim üçün... Səni gözlətmək istəmədim ... Sənə elə yazmaqda istəmədim... Mən nə istədiyini bilməyən, yazığın biriyəm əslində"dedi məcburən gülümsünərək.

Niyə danışırdı axı mənə bunları?

"Bu gün anamın il dönümüdü. Bilirsən, böyük ehtimal... Hansı anamın? 3 yaşında məni bu dünyada tək qoyub gedən anamın... Niyə Tanrı yaxşıları yanına bu qədər tez alır? 23 yaşım olsa belə, hələdə anamın yoxlugunun acısını çəkirəm. Və bu necə yaşımda olursa olum hər zamanda belə davam edəcək... Bəlkə, bəlkə bir gün bir qızım olsa, onda bu acı bir az azalar..."dedi sonlara doğru səsi titrəyərək. Nə gözəl sevgi idi bu adam... Bəziləri yas saxlamağı bacarmazkən, qəlbindəki bu sevgi necədə gözəl idi. Hələ, bir qızının olmağını istəməsi... Yox artıq, susa bilməzdim...

"Qızın dünyanın ən şanslısı olacaq"dedim üzümdəki gülüşə mane ola bilməyib.

"Səninlə eyni fikirdə deyiləm. Mən şanslı olacam... Elə bir qıza sahib olduğum üçün. Onun üçün planlarım var. Məsələm, yerə düşüb dizlərini qanatdıqda, onu azarlamaq əvəzinə, qanamış dizlərindən öpəcəm... Birdə anası olsa tam olar"dedi sanki maraqlı bir hekayə danışırmış kimi.

O qədər içdən, bir o qədərdə sevgi dolu... Bir çoxumuzun xəyalındakı ata obrazı. Özünə gəl İlknur... Yanındakının Renat olduğunu unutma. O bir küləkdir... Hər yana əsə bilər... Onunla yan yana oturub, onun xəyallarındam danışdığıma inana bilmirdim. Eynən, mənim kimi düşünmüşdü... Dərin bir nəfəs alıb, bir anlığına hər şeyi unudaraq "Bir gün bir qızım olsa, onunda otağının tavanın mavi, divarların isə narıncı edəcəm"dedim.

Xəyal etdim... Çox gözəl olacaqdı... Renat mənim bu sözüm ardından"Bir gün bir qızım olsa onun balaca əllərindən tutub, bütün dünyaya meydan oxuyacam"dedi. Dayana bilməyib "Bir gün bir qızın olsa, onunda saclarını hörəcəksən?"dedim. Kicik bir təbəssüm etdiyini, gecənin bir yarısı hiss edə bildim... Hər şeyi bir kənara qoyub, xəyallarımızdan danışırdıq. Halbuki, bu xəyalların kiminlə yaşanacağını bilmirdik... Renat qısa bir səssizliyin ardından "Həmdə, hər gün... Hər gün saclarını hörəcəm, hörüklərinin içinə güllər - çiçəklər keçirəcəm. Mən onu tamam fərqli sevəcəm"dedi. Renatın fərqli olmağı kimi, sevmə şəkilidə fərqli idi. Kim öz qızını belə sevmək istəyərdi? Bu sevginin necənci səviyyəsi idi? "Bəs anası? Anasınında saclarını hörəcəksən?"dedim özümə yenə əngəl ola bilməyib soruşaraq. Renat başını mənə döndürüb, bir xeyli mənə baxdı. Bu qaranlıqda daha mənə nə qədər baxacaqdı? Görəsən nə düşünürdü?

"Onu ondan ayıra bilərəm səncə? Təbiki, qızımı sevdiyim qədər onuda çox sevəcəm"

Dünyanın ən şanslı qadını olacaqdı həmin qız. Niyə belə düşünürəmsə? Buna veriləcək bir cavabım bir sualım yox idi artıq. Nə qədər onunla səhərə qədər bu söhbəti etmək istəsəmdə, mənim gözlərim sözümə baxmırdı. Yumulurdu artıq... Renat səssizliyimi görüb "Deyəsən, yuxun gəlir hə? Yaxşıki gəldim yoxsa yuxusuz qalacaqdın"dedi mesajımı mənə xatırladıb!

"Həə yuxum gəlir. Sənində öz otağına getmək vaxtın gəldi"

Burda qalası deyildi hər halda. "Sənə kim deyirki, mən öz otağıma gedəcəm? Məni bu tezliyində evə gətirdiyin üçün məndə öz otağıma getmirəm. Burda yatacam elə sənin yanında" deyərək kürəyini çarpayıdan çəkib üzün mənə çevirərək uzandı. İnan bilmirəm, dediyini etdi və mənim çarpayıma uzandı. Həmdə gecənin bir yarısı!

"Renat, dur ayağa. Mənim yanımda yata bilmərsən!" dedim əsəblə.

Biri bu yaranmış mənzərəni görsə mən bitərdim!

"Durmuram İlknur xanım. Burda pis bir sey yoxdu. Yatdığım yerdən tərpənmədən yanında sakitcə yatacam. Bunu mənə çox görmə..." dedi.

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 525
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri