Oyuncaq (25-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 4 194
Səs ver:
(səs: 0)
Yusifin dediyi kimi dərs bitdikdən sonra, məni mağazaya gətirmişdi. Mağazaya girəndə dayısının üzünə baxmağa bir üzüm olmamışdı. Amma başqa bir yolumda yox idi. Gün boyu işlədikə, ağlımda Zəfərin məni niyə axtarması yaranmışdı. Bir cavab tapa bilmirdim...
Mən beynimi bu mövzuya taxarkən, dünən Yusifin evində olduğumu unutmuşdum. İkimizin evində idik.. Bunu hər düşündükcə gülürdüm... İçimdən ona inanmaq keçirdi. İnan və gerisini hec düşünmə... Bunu bacara bilərdim? Ona etibar edə bilərdim? Mən belə gözəl sevgi görməmişdim... Bu sevgi, toxunsam qırılacaq bir tiplərdən idi... Sanki, sehri pozulacaqdı. Bir nağıl olmayacaqdı... İlk başlarda hekayələrin necə başladığını bilmirəm demişdim. İndi isə bilirdim... Hekayə, Yusif ilə başlayırdı. Yəni, mənim hekayəm...

İşin çıxış vaxtına son 9 dəqiqə qalmışdı. Evə getməli, daha sonra dərs etməli idim. Dərslər verilmişdi, bu gündən... Çətin bir il məni gözləyirdi. Həm oxumaq, həm işləmək asand bir sey deyildi. Həmdə başımda olan problemlər ilə...
İş bitdikdə, işdən çıxarkən qapının kənarında duran Yusifi gördüm. Evədəmi aparacaqdı məni? Donmuş bir şəkildə Yusifə baxdıqda, beynimin için oxumuş kimi "Mən aparacam evədə səni. Çünki, danışacaqlarımız var"dedi.

Nə danışacaqdı? Hec bir tərədüt etmədən maşınına minib yola düşdük. Məni qorumağa çalışırdı, deyəsən... Yoxsa, belə sahiblənməyləri sevmirdim mən.

"Bütün gün düşündüm. Bilmirəm necə deyəm, amma buna əmin olmalıyam. Zəfər, O Zəfərdi hə?!"

Başımı 'Hə' anlamında salladım.
Yusif, əlini möhkəmcə rola vurdu.
Deməyə, bir söz qalmamışdı...
Yusif maşını dayandırıb, mənə döndü.

"Alisa, ananın yanına qayıt. Mən orda, sən burda... Ya səni qoruya bilməsəm? Xahis edirəm səndən..."

Dərin bir ah çəkdim...
O mənə hec nə edə bilməzdi! Uzaq başı məni narahat edərdi! Etməyədə başlamışdı! Anamın yanına isə qayıtmağım hec cürə alınmırdı...

"Anamın yanına qayıda bilmirəm. Atamın evi həm unimə yaxındı, həmdə işimə. Ora qayıtsam mən gərək yollarda qalam. Həmdə orda sizinkilərdə var... Onların söz söhbətin çəkə bilmərəm"

"Deyəsən, məndə eyni univerisetetə gedirəm. Mən necə çatdırıram bəs? Səhər bir az tez qalxacaqsan bu qədər. Dərslərində mən köməklik edəcəm. Sən yanımda ol, mən hər seyi etməyə hazıram. Bax mən dünən gecədən, düşünə - düşünə dəli olmuşam. Ya qarşına çıxsa?! Buna cəsarət etmək istəsə... Sənin yıxılmağını istəmirəm..."

Yusifin acınacaqlı şəkildə dediyi sözlər, qəlbimə oturdu yenə. Bu dəfə hər sey tam fərqli olacaqdı. Hec nəyə məcbur qalmayacaqdım.

"Yusif, başa düşürəm səni. Amma olmaz... Mən əvvəlki qız deyiləm. Səndə mənim yanımdasan. Hanı bəs? Mən yıxılsam, sən məni tutaqcaqdın? Mən qorxu ilə bir həyat yaşamaq istəmirəm. Bu məsələni birdə açma... İndi maşını sür"

Məni düşünən adama qarşıda, sərt çıxmışdım. Yusif bir söz deməyib, maşını işə saldı. Yol boyu bir dəfə olsun belə, mənə dönüb baxmadı...
Gözü ancaq yolda oldu...
Özümü düşünürdüm mən. Hə, mən özünü düşünən bir egoist idim... Binanın qarşısına çatdıqda, maşını saxladı. Yənə mənə dönüb baxmadı, bir kəlimə belə etmədi... Boyun damarlarının çıxdığını gördüm. Özünü əsəbdən, sıxırdı... Onun elə olması, mənə pis təsir edirdi.

Soyuq səs tempi ilə "Düşə bilərsən... Nəyi gözləyirsən hələdə?"dedi.

Qırmışdım, onu...
Onunda bir ürəyi olduğunu unudurdum, bəzən.

"Yanında mən varam, amma sən yola baxırsan. Mən bax"

Bu sözümə gözlərini yoldan çəkib, mənə döndü. Gözlərindəki bulanıqlığı görməmək üçün, kor olmaq lazım idi. Susmuşdu... Gözləri isə danışırdı...
İçimdə kicik bir sızıltı yarandı.
Bu sızıltı nəyə işarət idi?
Niyə, içimdən dəli kimi ona sarılmaq keçirdi?
Həmdə, hec çəkinmədən...
Qoxusuda burnuma, dolmağa başlamışdı. Mənim ondan, deyəsən xoşum gəlirdi... Xoşuma gəlməsəydi, bu qədər yaxınıma buraxmazdım onsuz. Dilimin ucunda "Yusif" deyə bildim, kicik fısıltı ilə. Özümü ona yaxınlaşdırıb, gülümsəyərək ona baxdım. Sonra isə içimdən gələn kimi hərəkət elədim. Mənə donmuş şəkildə baxan, Yusifin dodaqlarının kənarını öpdüm.
Geri çəkilmədim...
Gözlərimi yumdum...
Bu hərəkətimə görə peşman deyildim. Olmayacaqdımda...
Həyatımın ən böyük cəsarətini etmişdim. Bu Yusifin uğuru idi. Ondan geri çəkilmədikdə, dəqiqələr sonra Yusifin əli belimi sardı. Məni yavaş şəkildə qucaqladığı an, məndə onu qucaqladım. Dünən yastığına sarılmışdım, bu gün isə özünə... Hər keçən gün, dəyişirdim mən... Bunun zamanla əlaqəsi yox idi. Bunun əlaqəsi Yusiflə idi... Yusifin məni çox sevməsi.

Nəfəsinin istisini qulaqlarımda hiss etdiyimdə "Peşmasan?"dedi.

"Həəə" dedim.

'Hə' deyişim ilə əllərini belimdən çəkdi.
Onu yanıldacaqdım...

"Amma daha əvvəl qucaqlamadığım, daha əvvəl öpmədiyim üçün..." deyib gözlərinə böyük heyranlıq ilə baxdım.

Üzündə ged - gedə böyüyən bir təbəssüm yarandı.

"Məni çox xoşbəxt etdin. Qaydanı pozsamda, deməliyəmki, səni çox sevirəm. Hər seydən çox"

Qaydanı pozmuşdum, artıq mən...

"Məni məndən çox sevən biri var həyatımda. Və mən O insana görə yaşayacam. Ona görə yaşamağada, nəfəs almağada dəyər" deyib yenidən dodağının kənarından öpüb, geri çəkildim. Yusif şoka düşdüyü üçün, daha bir sey deməsini gözləmədəm maşından aşağı endim. İçimdəki sızıltı keçmişdi. Yerində uçuşan kəpənəklər vardı... Bu hiss məni xoşbəxt edirdi.
Evə gəlib yemək yeyib otağıma keçdim. Sanki, bu evdə tək yaşayırdım. Ata üzü gördüyüm, yox idi... Gözlərimin acısını alıb, ayağa qalxaraq dərs etməyə başladım. Axşamda düşmüşdü...
Dərsi edib, telefonu əlimə aldım.
Yusifdən bir mesaj vardı.
Bu mesajı gözləyirdim.
Darıxmışdım, onsuz...
Çox düşünmədən mesaja daxil oldum.

"Evə gələndən keçmişəm, güzgü qarşısına və özümə baxıram. Daha doğrusu bir əlim dodağımın kənarında ilişib qalıb. Öz özümə gülürəm. Bu gedişlə, üzümü hec vaxt yumayacam"

Mesajı oxuyub oxumaz böyük bir qəh - qəhə çəkdim. Dəli idimi nə idi?
Gülüşümü saxlamağa çalışıb, ona yazdım.

"Dəli, üzünü səhər duranda yu. Mən yenə öpərəm :)"

Bir anlıq gələn hiss ilə bunu yazıb ona göndərdim. Silmək istəsəmdə, mesajımı artıq oxudu.

"Sən həqiqətsəndə hə? Az əvvəl maşında yaşadıqlarımızda bir həqiqət idi? Qorxuram... Yuxudan ayılaram, hər sey bitər..."

Hər sey yuxu ola bilərdi, amma bu tam gərcək idi. Utanmaq belə işə yaramazdı artıq...

"Mən səndən xoşlanıram..."

Bu mesajımı anında oxudu. Mən yazdığım mesajın şokundan çıxmamış, zəng etdiyini gördüm.

Bölüm sonu...

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 194
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri