Ürəyimdə karantina (12-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 5 061
Səs ver:
(səs: 0)
Xəyyamın dilindən

Qarışımda ürkək bir şəkildə dayanmış, kürən bir qız vardı. Bu qızın üzünü hardasa xatırlayırdım...
Hər zaman alış veriş etdiyim marketdə, mənə cana yaxınlığı ilə təbəəssüm edən, daha sonra kitabxanamda rastlaşdığım, kitabların dilini ən az mənim qədər yaxşı bilən bir qız vardı...
Bu qızda mənim Ella'm idi...
Aramızda yaranmış olan səssizlik ilə, mənə doğru adım atmağa başladı. Mənə tərəf yaxınlaşdıqca, üzünün üz cizgilərini indi daha aydın görürdüm. Dalğası itmiş olan buruq sacları, təmiz üz cizgisi, dolğun dodaqları, gözlərinin tünd okean rəngində olması ilə nağıllardan ailəmindən çıxıb gələn prensesləri xatırlatdı...
Aramızda kicik məsafə saxladıqda, başını aşağı əydi. Danışmaq sırasının ilk məndə olduğunu başa düşdüm. Amma dilimin bir söz tutmayacağınıda, bu gözəllik qarşısında susacağınıda çox gözəl bilirdim.
Səs tempimi təmiz tutmağa çalışaraq "Mən... Məənnn" deyib kəkələməyə başladım. Mən nə? Deyəcəyim cümlə belə yadımdan çıxmışdı...
Başını yerdən qaldırıb, səsli şəkildə gülümsəməyə başladı. Gülüşünün gözəl olduğunu, təbəssümdən hiss etdim...

"İkimizdə həyəcanlayıq..."dedi alt dodağını dişləyərək. İlk görüşümüz həyəcan hissinə, görə məhv olmasına icazə verə bilməzdim. Özümü niyə 17 yaşlı ərgən tayfa kimi hiss edirdim? Buna bir son verməli idim.

"Gəlmənə çox sevindim... Mesajların ilə məni özünə tərəf çəkməyi bacaran qız, indi tam qarşımda canlı şəkildə durub, ilk dəqiqədən gülüşünə aşiq etdirir məni" dedim.

Utandığını qızarmağa başlayan yanaqlarından hiss etdim. Bir insanın üzü ağ olduqda, utanan zaman bu hiss özünü onlarda tez bir şəkildə bürizə verərdi.
Bu sözüm ilə yenidən gülməyə başladıqda, gözlərimi hec qırpmadan gülüşünə baxmağa davam etdim. Dalğalı olan kürən saclarını geri atıb "Qarşında bir odunun dayandığını unutmusan? Bu xoş sözlərin, məni ən sonda infakt edə bilər"dedi.

Tam da ondan gözlədiyim sözlər. Ella'nın bəlkədə ən çox sevdiyim yanı idi. Onunla tanımadan yazışsamda, yazışdıqca tanımışdım. Və bu tanımağın görnüşü ilə hec bir əlaqəsi yox idi. Mən onun qəlbini, ruhunu tanımışdım. Bu günki olan görüşümüzdə onun sayəsində idi.

"Bərabər yanaqmı? Eyni meşənin içində..."dedim

"Yana bildiyimiz qədər... Kömürümüz çıxıb, toz halını alana qədər yanaq" dedi

İndi tamda da ürəyimin, orta yerinə bir od parçası atmışdı. Biz bir - birmizi çox gözəl tamamlayacaqdıq. Qollarımı iki yana açıb "O zaman, yanaq" dedim.

"Böyük məmnuniyyətlə..."deyib irəli 3 addım daha ataraq əlləri ilə kürəyimi sardı. Məndə hec tərətüd belə etmədən, onu qucaqladım. Məni əsəbləşdirdiyi vaxtların, cəzasını belə çəkəcəkdi. Başımı sinəmdə idi... Ürəyimin necə döyündüyünü hiss edirdi... Məndə bir insanı deyil, bir hüzuru qucaqlamış kimi hiss edirdim... O qədər hüzur bəxş etmişdi, içimə bu qucalaşma hadisəsi... Boyu məndən balaca oldugundan, onu daha çox bağrıma sıxıb "İnana bilmirəm... Sənə... Sənin məndə yaratdığın bu əvəzolunmaz hissə... Söz tapıb deyədə bilmirəm. Səndə dilini udmusan?" dedim. Başını azcıq qaldırıb, gözlərinə qarışmış olan yorğunluq və sevinc hissi ilə  "Xoşbəxtlik sözlərlə deyilməz. Xoşbəxtlik sadecə bu şəkildə yaşanar. Dilimi udmağım səncədə normal deyil? Mən ola biləcəyindəndə çox xoşbəxtəm indi. Və bunu sənə borcluyam"dedi.

Bu sözləri ilə razılaşa bilməzdim. Çünki, mən ondan daha xoşbəxt idim. Özümü ən son, nə vaxt bu cür hiss etmişdim hec bilmirdim. Ürəyimin ritminin indi başa cür vurduğunu hiss edirdim. Həyəcandan daha başqa bir hissidi. Həyəcanım keçmişdi... Amma bir yerlərdə nəsə, yolunda getməyən bir sey vardı. Məsələm, bir eşq kimi...

"Bərabər eyni meşənin içində yandığımıza görə, hər ikimizdə xoşbəxt ola bilərik"dedim.
Özünü mənə tərəf daha çox sıxıb, sonra ayrılaraq "Xəyyam, mən yarı yoldan qayıtmağa niyyətli idim. Məni səsləməsəydin, bəlkədə indi burda olmayacaqdım. Nə yaxşıki, məni o qaranlıqdan görüb, secə bildin"dedi.
Qəsdən bir buranın işıqlarını yandırmışdım. Sadecə onu və buranın görünməsini istəmişdim. Amma uzaqdan kölgəsini hiss etdikdə, gedəcəyini bilib, onu Ella deyə səsləmişdim. Dilimədə necə gözəl yaraşmışdı adı...
"Bu bilirsən nə deməkdi?"dedim məndən ayırlsada, hər iki əlindən tutaraq.
Göz bəbəklərinin dərinliyini böyüdərək "Nəə?"dedi.

Bu qədər gözəl baxanınıda, ilk dəfə idi görürdüm.

"Bu o deməkdiki, gözlərim sənin bədənini deyil, sənin ruhunun gəlişini hiss etdi"

Bu sözümdən sonra yenə, ardından gözəl gülüşünü mənə bəxş etdi. Üzündəki gülüş ilə, gözlərində yaranmış olan parıltı eyni idi. Sanki, gözlərinin içi gülürdü. Bu siması, üzünə yansımışdı... Hələ, uzun kipriklərini demirəm. Kipriklərini hər qırpıdıqca onlara toxunmamaq üçün özümü güclə saxlamışdım. Bir insan bu qədərmi qüsursuz olar? Bu cür gözəllik, məndə nə tapmışdı?

"Xəyyammm... Belə cümlələr qurmada. Mən ondi dondurma kimi əriyim deyirsən, burda? Əriyib, yoxa çıxım?"dedi.

Ah, o qədər şirin səslə dediki bu cümlələri, lap səsini qucalamağım gəldi..

"Daha sonra bunları sənə deməyəcə bolca vaxtım olacaq. İndi istəyirsənsə, söz verdiyim kimi sənə kitabını hədiyyə edim"dedim.

"Allahım bir xəyalım daha gercek oldu. Hardadı kitabım. Tez gətir" dedi.

Gülərək yanından kənra çəklib birinci rəfdə hazır olan mavi rəngli paketə bürünmüş kitabı əlimə alıb ona uzatdım. Kitabı əlimdən alıb açmağa başladı.
Ona hədiyyə etdiyim kitab "Kürşat Başar - Başucumda muzik" kitabı idi.

"Xəyyam çox sağ ol bu kitab üçün. Bu kitab sonsuza qədər ən çox sevimli kitabım olaraq qalacaq"dedi.

Kitabın içində olan kicik süprizi indi görməsi üçün "Gəl yanıma otur" deyərək aşağı çöküb kürəyimi rəfə söykəyərək oturdum. Üzündə gördüyüm məmnuniyyət, hissi ilə yanıma gəlib oda yanıma oturdu.

"İndi kitabı aç və içində bir yerlərdə qırmızı qələm ilə işarələnmiş olan yazını tapıb, onu oxu"

Maraqla baxan gözlərini, məndən çevirib kitaba yönətldi. Kitabın səhifələrini çevirərək "Eyni cümlənin altında, səninlə bərabər bir gün görüşəcik" dedi. Bundan hec şühbəm yox idi. Qırmızı qələm ilə yazılan sözü tapdıqda, ilk mənə döndü baxdı, sevincli halı ilə. Sonra təkrar kitaba dönüb, yazılan sözləri oxumağa başladı.

“Eğer, hayatımızın bir an’ına gidip orada sonsuza dek kalacaksınız deseler yalnızca iki şeyden birini seçmek isterdim.
Biri, o çocukluğun bahçesindeki ağacın dalına asılı salıncakta sallanırken…
Öteki, bütün hayatım boyunca en çok sevdiğim adamla öpüştüğüm ilk gün…
Herkes âşık olmanın ortak dilini bulup yazmaya çalışıyordu. Ama aslında bu kadar basitti işte: Birini öptüğünde salıncakta sallanır gibi hissediyorsan âşıksın.” 

Cümləni oxuyub bitirdikdən sonra, dodaqlarını bir birinə basdırıb, ilk neçə saniyə durdu. Sonra kitabı bağlayıb yanına qoyaraq, qarşı rəfə baxıb "Səni hec öpməmişəm... Sənə hec sarılmamışdımda... Amma həmişə, özümü yelləncəkdə yellənirmiş kimi hiss edirdim. Bir o qədər sevincli, bir o qədərdə qorxu ilə..."dedi.
"Daha qorxma... Çünki, sənin həyatından hec çıxmayacam. Başlayan hekayəmizin, bitməsinə icazə verməyəcəm" dedim bir az irəli gəlib onun okeanlarında, batmaq istərmişcəsinə...

"Bir hekayə başlayıbsa, demək ki nə vaxtasa bitəcək. Ya onları qismət ayırar, ya da ölüm..." dedi

"Sən bunları düşünməsən? Xəyallarımızın geri qalanını, yaşamağı düşünsən" dedim

Eynən oda kürəyini rəfdən çəkib, bir az irəli duraraq mənim gözlərimə sabit şəkildə baxmağa başladı. Qarşımdaki, okean gözlərdə bir gün boğulacağımı təxmin edirdim. Ya da artıq boğulmuşdum xəbərim yox idi. Məni öz ləpələri arasına çəkib, almışdı...

"Reallaşmayacaq xəyallar qurduğumu, düşünürdüm mən. Ta ki, bu günə qədər... Bunu sənə özümə birdə sevgimə borcluyam" dedi.
"Sevgimizə" deyib onu düzəltdim
Başa düşməyən gözlər ilə mənə baxmağa davam etdi. "Ah bu okean gözlərin... Deyəsən, mən batıram Amma bu xoşuma gəlir. Səndə həmçinin..."dedim qəlbimin dəyişməkdə olan ritminə fikir verərək.

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 5 061
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri