Ruhum sənə əmanət (7-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 8
Baxılıb: 6 569
Səs ver:
(səs: 0)
Ayazın dilindən davam
Bir günün sonunu hec sevmədiyim işimdə keçirtdikdən sonra, günün sonunda evə gəldim.
Əvvəl işdən çıxdıqda, evin yolun tanımazdım. Atamı, bu cür cəzalandırmağa çalışırdım. İndi isə evləndiyim üçün məcburiyyətdən, işdən çıxdıqdan sonra evə gəlirdim. Ortalıqda, Asyayı görmədim deyə yuxarı çıxmağa başladım. Bu qız həmişə belə edirdi. Aşağıda oturmaqla arası yox idi...
Qapını döyüb otağa keçdikdə, onu çarpayıda uzanıb mahnı dinlədiyini gördüm. Məni görər görməz mahnını söndürüb, dikəlməyə başladı. Mənim isə burnuma otaqda çox şirin olan, bahalı bir ətir qoxusu dolmuşdu. Hətda bu qoxudan, ürəyim bulanıcaq vəziyyətə gəlmişdim.
"Bu nə qoxudu? Otağı ətir ilə yuyundurmusan?!" deyib pəncərəyə tərəf gedərək pərdəni çəkib, pəncərəni açdım. Bu halım xoşuna getmiş olmayacaqki, ayağa qalxıb üzünü asdı.

"Yeni ətirimdi! Pəncərəni bağla, dondum mən!"

Bu sözü ilə yanına yaxınlaşıb, onu qoxlamağa başladım. Üstündən otaqda olan ətirin qoxusu gəlirdi. Portağal qoxmurdu...

"Dəlisən sən?! Məni niyə qoxlayırsan" deyib üstümə çəmkirdi.

"Öz qoxun hanı bəs? Ürəyim bulandı bu qoxudan!"

"Yoxdu! Daha belə ətirlər istifadə edəcəm!"

"Etməyəcəksən!"deyib qolundan onu incitməyəcək şəkildə tutdum.

"Qolumu burax! Nə edirsən sən? Ayaz məni eşit!"dedikdə ona qulaq asmayıb otaqda olan hamamın qapısını açıb, onu içəri saldım.
"Nəyini eşidim? İşdən gəlmişəm, rahat bir nəfəs almaq istəyirəm, ona belə imkan vermirsən. Etdiyinin cəzasını çəkəcəksən"
deyərək onu vannanın yanına gətirdim. Bir əlim ilə suyu açarkən, digər əlim ilə Asyanın qolundan tutmuşdum. O isə qolunu əlimdən xilas etməyə çalışırdı. Suyun istiləşdiyini gördükdə, onu özümə tərəf çəkib "Gir bu duşun altına!" dedim. Üzümə baxa biləcəyi qədər ən əsəbi formada baxıb duşun altına girdi.

"Xətəsən sən! Belə bir sey etdiyinə inana bilmirəm!"

"Xəstə sənsən! Özünü olduğun kimi aparmırsan. O ətirin qoxusu üstündən getməyənə qədərdə, bu suyun altından çıxmayacaqsan!"

Suyun altında boş dayandığını görüb, köynəyimin qolun yuxarı çəkərək suyun altından saclarını qarışdırmağa başladım. O, isə əlləri ilə məni itələməklə məşğul idi.

"Ayaz bəsdi daha, nə qədər qalacam bu suyun altında. Sən bəs nə qoxusu sevirsən?"dedi.
Hec uzatmadan "Portağal qoxusu..."dedim. Üzündə kicik bir təbəssüm əmələ gəldi. Mən üzündən axan su damlalarına fikirimi verdikdə, ovuclarının arasına su doldurub üstümə töküb gülməyə başladı. Ona əsəbləşə bilmədim, belə...
Əsəbləşmədiyimi görüb, təkrar məni islatmağa başladı. Bu hal onu əyləndirmişdi...
İslanmağım ilə güləcəkdisə, islanmağa dündən razı idim mən. Ayağımı qaldırıb, vannanın içinə qoyub qarşısında dayandım. Duş hər ikimizidə isladacaq şəkildə başımızdan aşağıya doğru vurduqda, Asyanın üzündən gülüşü silindi. Gülüşünün getməsi ilə üzündə bir tədirginlik yarandı. Su dodaqlarımdan aşağıya doğru tökülərkən "Qorxma məndən..."deyə dedim. Sonra isti bir gülümsəməm ilə "İstəyim, öz qoxunu yenidən geri qaytarmaq idi. İşdən gələrkən, düşünürdümki otağa daxil olacam Asyanın xoş qoxusunu içimə çəkəcəm. Amma düşündüyüm kimi olmadı... Sənə qapılıb gedirəm, Xırda..."deyib əlimi belinə ataraq onu özümə tərəf çəkdim. Gözlərimi yumub, alınımı alınına qoyduqda hər ikimizdə dərindən nəfəs aldıq. Ona bu qədər yaxın olmaq, mənim ürəyimə yaxşı gəlməmişdi... Onun məndən uzaq durmayışı isə, hec yaxşı deyildi... Gözlərimi hec açmaq istəmədim, onu hiss etməyə çalışdım. Onu hiss etməyə çalışdıqca, ürəyim daha sürətli döyünürdü.
"Xırda..."deyə mırıldanıb "Məndən indi uzaqlaş... Mən edə bilmirəm, sən et..."deyədə əlavə etdim. Amma O, məndən uzaqlaşmadı... İsti nəfəsi üzümə vurduqca fısıtılı şəkildə "Mən də edə bilmirəm... Burdan çıxdıqdan sonra bu anın hec bitməməsini istəyirəm. Səni... Səni hiss etmək istəyirəm"dedi. Olmazdı... Bu dediyi olmazdı... Ondan uzaq durmaq istəyərkən, bu yaxınlıq hər ikimizdə yaxardı.
Gözlərim artıq açılmalı idi. Gözlərimi açıb, bir əlim ilə suyu bağladım. Su gəlmədikdən sonra Asya gözlərini açdı... Bu anı hec yaşanmamış kimi düşüb, onu orda qoyaraq aşağı düşdüm.
"Üstümüzü dəyişməliyik..."deyibdə qapını açaraq otağa keçdim. Özümə niyə mane ola bilməmişdim? Mən nə idi, onun nə qoxusu, qoxub qoxduğundan! Əllərim ilə islaq saclarımı çəkib duraraq, dərindən iç çəkdim. 'Özünə gəl Ayaz!' deyən iç səsimə haqq verib, üstümü dəyişdirmək qərarı aldım. Üstümü dəyişdirər dəyişdirməz otaqdan çıxıb aşağı düşdüm. Gözüm ortalıqda bir adam axtararkən hec kimi görmədim. Amma gözüm şüşə qapıdan yelləncəkdə yelənən Fidana sataşdı. Bu vaxtı orda nə gəzirdi? Mənə soyuq olub, olmamasına baxmayaraq bağçaya çıxıb yanına doğru addımlamağa başladım. Yanına doğru getdikcə, qulağıma ağlayış səsləri gəlməyə başladı. Fidana ağlayırdı...

"Canımın içi niyə ağlayırsan?"deyib qarşısına keçdikdə qolları ilə göz yaşlarını silməyə başladı. Yelləndiyi yelləncəkdən aşağı düşüb, dizlərini yerə atdı. Məndə dizlərimi yerə atıb "Məni qoruxtma... Ağlamağının səbəbi nədi?" dedim. Fidan asanlıqla ağlayacaq bir qız deyildi... Nəsə, olmuşdu...
Hıcqırıqlarını saxlamağa başlayıb "Başqası varmış... Başqasını sevirmiş..." dedi.
Boyun nahiyəsindən tutaraq onu özümə tərəf çəkib, qucaqladım.
"O, iti gedib indi ölənə qədər döymək istəyirəm!"dedim dişimin dibində.

"Ayaz... Onun nə günahı var? Bunu bilə - bilə ondan əl çəkməyən mən idim. Amma bu gün qızın profilində onunla bərabər şəkilini gördükdə, özümü daha çox aldada bilmədim!"

Onu daha möhkəm qucaqlamağa başladım. Bizim Fidan ilə bir birimizdən başqa hec kimimiz yox idi. Mən atamla yola getməzdim, oda anası ilə... Sevməzdik hər ikimizdə...

"Sənə ümüd verən, Ceyhun idi amma! Sevmirdisə sənə deyə bilərdi! İndi ona görə ağlayırsan! Bunun bədəlini ona çox pis ödətirəcəm!"deyib ayağa qalxmaq istədim. O, isə məni özünə tərəf daha möhkəm sıxdı. Bilirdi yanından qalxdıqdan sonra, gedib Ceyhunun yaxasına yapışacaqdım. Mənim canımı necə ağalada bilərdi?!

"Ayaz bu dəfə mənim yanımda ol... Mənim sənə ehtiyyacım var... Getmə... Daha əvvəlki insan olma..."

İç çəkə - çəkə dediyi sözlərə daha çox dayan bilməyib, onu ayağa qaldırdım. Sonra özümə hakim ola bilməyib, əlimi yumruq edib ağaca bir yumruq atdım.

"Niyədə niyə?! Bu zibil hissə görə niyə ağlayırsan?! Sevgi nədidə?! Kiməsə görə ağlamaqdımı? Sil o göz yaşlarını, Fidan..."

Sözü deməyim ilə gözüm şüşə qapıda dayanıb bizə baxan, Asyaya sataşdı... Bizi belə bir şəkildə görmüşdü. Amma daha hec nə vecimə deyildi! Fidanda mən baxdığım yerə baxıb, başını aşağı saldı.

"Kaş sənə hec nə deməzdim... Asyanın indi nə fikirləşdiyini, düşünmək belə istəmirəm"dedi.

"Nə düşünürsə düşünsün! Mənə sən maraqlısan. Düş qabağıma, gedirik otağına!"dedim irəli addım ataraq onsuzda. Onsuzda hamamda yaşanan hadisələrə görə özümə əsəbi idim. Asyanın tərəf gəldikdə, göz altı şəkildə bizə baxırdı. Nə deyilə bilərdi? Bir şey demədən Fidanın otağına gəldik. Çarpayısında oturub hələdə iç çəkərkən, qızarmış olan əlimə baxdım.

"Ceyhunu həyatından silirsən daha! Birdə eşitsəmki eyni yerdə olmusuz, eyni yerdə adınız keçib inan bu dəfə Ceyhun üçün deyil, sənin üçün pis olacaq!"dedim

"Bitəcək onsuz... Bitirəcəm bu hissi içimdə... Bitirməyə çalışacam... O, mənə qarşı vəfazlıq etdi.."dedi.

Hər zaman belə olmurdumu? Sevdiyimiz insanlar bizə əhəmiyyət verməyib, başqalarını daha üstün tuturdu...

"Çox fədakarlıq, çox vəfasızlıq gətirər... Onun üçün fədakarlıq, etməki vəfasızlıq görməyəsən" deyib çarpayısına oturdum. Mənim həyat fəlsəfəmdə bu idi...
Birinə qarşı edilən yaxşılığın sonunda insanın özü qırılırdı. Məndə Asyaya etdiyim yaxşılıqlarıb sonunda, tək qalmaqdan qorxurdum.

"Səhv fikirdəsən, əzizim... Sevginin acısı belə gözəl olur. Bunu birini sevincə başa düşcəksən. Həm sən Asyanın yanına get. Onu tək qoyma"

Asyanın yanına getmək istəmirdim... Aramıza məsafə qoymağın vaxtı idi... Hərcənd, məsafə saxlamağı belə bacara bilmirdim. Onun ən kicik təbəssümünə, yenilib gedirdim.
"Fidan, mən onunla daha nə edəcəyimi bilmirəm. Yadındadısa ona qapanmaq istəmirdim, demişdim sənə..."deyib başımı aşağı əydim. Öz problemini unudub, mənə daha yaxın duraraq "Hə... Ardını de..."dedi.
Ardını özü çox gözəl bilirdi. Mənim tamamlamağımı istəyirdi...

"Mən ona qapanıb, gedirəm..."dedim

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 6 569
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri