Ruhum sənə əmanət (22-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 6 433
Səs ver:
(səs: 1)
1 ay sonra
Yuxudan ayılıb ilk 1 dəqiqə tavan ilə baxışdım. Sonra dərin - dərin nəfəs almaqlarım başladı. 18 illik həyatımın, kabus dolu anların yaşamışdım bu 1 ayda. Ən son Ayaz gedib ailəsi danışmışdı. Məndə oteldə qalmışdım, içim - içimi yeyərək...
Ailəsi etdiyimiz hərəkətin səhv olduğunu, bizi bağışlamadıqlarını demişdi. Həmçinin, mənim ailəmdə elə...
Məcbur iki insanı evləndirmək onların gözündə, böyük hadisə sayılmasada bizim etdiyimiz hərəkət onlar üçün böyük bir hadisə olmuşdu. Biz dibinə qədər haqqlı idik...
Onun üçün ikimiz bağ evinə köçüb tək yaşamağa başlamışdıq. Ayaz işə gedirdi, mən hazırlıqlara gedirdim. Həyatımıza qaldığımız yerdən davam edirdik. Ya da nə bilim, etməyə çalışırdıq...
Hec nə olmamış, kimi hər gün bir - birimizə sevdiyimizi deyirdik. Amma bir seylər olmuşdu...

15 gün əvvəl xəstəxananın divarları üstümə -üstümə gəlməyə başlamışdı. Artan öskürəyim ilə, nəfəs ala bilməyən mən... Çəkimin sürətli şəkildə azalması. Özümü bütün gün yorğun hiss etməyim nəticəsində, testlərim Türkiyədə ən yaxşı xəstəxanaların birinə göndərilmişdi. Cavabı gəldikdə isə, yıxılmışdım...
Tək mən yox, Ayazda yıxılmışdı...
Elə isə nəyin rolunu edirdik?
Bu yaşımda həyat mücadiləsi verməyin?
Biri sizə 'Kistik Fibroz' suz desə nə reaksiya verərdiz? Sizdə mənim kimi ilk bu nə xəsətlikdi deyərdiz? Nə dərəcədə qorxuludu? Sağalmaq ehtimalı varmı?
Xəstəliyin adını ilk dəfə eşitdiyim üçün sakitcə həkimə baxırdım. Gözüm Ayaza döndükdə, rənginin dəyişdiyini bir anda gözlərinin dolduğunu gördün. Çoxmu ciddi bir sey idi?
Hə, ciddi bir sey imiş...
'Kistik fibroz, tənəffüs və həzm sistemlərinə ciddi ziyan vuran ciddi bir genetik bir vəziyyətdir'
Zamanla ağciyər sıradan çıxır...
Dərmanların, fizoterapiyanın sayəsinə ayaqda qala bilirsən. Lakin, sonradan onlarda işə yaramır. Onlar işə yaramadıqda isə, yaşından əlaqəsi olmadan gözlərini həyata yumursan.
Bədənimdə gizlənib üzə çıxmayan, xəstəlik ilə indi üzləşmişdim. Hər gün ölümə bir addım daha yaxın olduğumu hiss edirdim. Həkimlər isə hələ vaxtına çox var deyirdi.
Bunu eşitmək isanı rahatladırdımı?
Bir gün ən lazımlı anda dünyadan getmək, Ayazı bu dünyada tək buraxmaq istəmirdim. Ancaq hər keçən dəqiqə, mənim əlehimə idi. Bədənimdə olan deyişiklər, buna sübut idi. Bədənim, duz dadmağa başlamışdı... Çox qəribə idi. Niyə məlumatım belə olmadığı xəstəlik məni tapmışdı? İndi, məlumatlı olsam belə...
Daha çox fikirləşməyi kəsib yerimdən ayağa qalxdım. Gündəlik həyatıma qaldığım yerdən davam edəcəm deyə, Ayaza söz vermişdim. İndidə sözümü tutmaqla məşğul idim. Ayaz məni düşünərkən, mən özüm özümü düşünməməzlikdən gələ bilməzdim.
Bu günki gün üçün olan dərsim üçün hazırlaşıb evdən çıxdım. Fevralın soyuq havasını içimə çəkməyə başladım. Nə qədər dərindən çəkə bilsəm o qədər yaxşı idi. Telfonumun zəng səsini eşitdikdə, çantamdan çıxartdım. Hər gün 50 dəfə mənə zəng edən Ayaz vardı. Xəstəliyim haqqında öyrəndiyimiz gün tam 2 həftə işə getmədi. Bütün günün yanımda oldu. Xəsəlikdə və sağlıqda cümləsini mənə sübut edirdi...
Açar açmaz "Gözəlim, nə edir mənim?"dedi

"Gözəlin, hazırlağa gedir. Hətda gecikirəm" dedim

"İcazə vermirsən, səni aparım. Hec olmaya yavaş get ha. Addımlarını yavaş - yavaş at"dedi telefon arxasından məni azarlayaraq. Hər dəfə belə olacaqdı. Narahat olacaqdı, mənim üçün.

"Narahat olma, bu gün özümü yaxşı hiss edirəm. Həm hava soyuqdu, soyuq mənə yaxşı təsir edir. Sən işlərin ilə məşğul ol"

"Səni çox sevdiyimi bilirsən hə?"

"Hə, bilirəm"

"Yenə bil, səni çox sevirəm"

"Məndə səni sevirəm"

Eləcə telefon danışığımız bitdikdən sonra mən hazırlığa gəldim. Fikirli olsamda, dərslərimi edib evə qayıtdım. Son olanların bizi üzməsini hec istəmirdim. Mən nəfəs aldığım qədər ayaqda qalmağa çalışacaqdım. Ev tapşırıqlarını bir kənara atıb, mətbəxə keçərək axşam üşün yemək hazırlamağa başladım. Ayaz gələnə gözəl bir süfrə hazırlayacaqdım. Bilmirəm, nədən idi amma bəziləri kimi ola bilmirdim. Bəziləri xəstəliklərini bildiyi halda, sevdiyi insanları tərk edib gedərdi. Mən isə Ayazdan getmək haqqında hec düşünmədim. Əksinə, qalan son ömrümə qədər onun yanında olmaq istəyirdim.
Sevgi bu idi məncə... Tək tərəfli düşünmək lazım deyildi. Bəlkədə bu gecənin sonunda çoxdandı verdiyim qərar baş tutacaqdı.
Süfrəni hazır etdikdən sonra qapının zəngi çalındı. Böyük sevinc ilə qapını açdım. Ayazın əllərində gördüyüm, qızılgül buketi isə sevincimi daha çox böyütmüşdü. Qızılgülü mənə uzadarkən, qapı arxasında bir birimizi qucaqladıq. İçəri keçdikdə hazır olan süfrəyə bir baxış atıb "Bir birimizi necədə tamamlayırıq. Sən gözəl süfrə hazırlamısan, mən isə sənə qızılgül almışam"deyib sağ yanağıma möhkəm öpüş qonduraraq geri çəkildi.

Zarafat yana "Məni az öp sonra böyrəklərində, duzlaşma gedəcək"dedim kefimi yaxşı tutmağa çalışaraq.

"Birdə öpəcəm səni, dəniz dadı verirsən" deyib yenidən üzümə möhkəmcə öpüş qondurdu.
Bədənimdə olan duzun dadı hər gün keçdiycə çoxalırdı. Məndə tədbiri bu gündən görəcəkdim...

Masa arxasına, keçib yeməklərimizi yedikdən sonra Ayazla birgə köməkləşib süfrəni yığışdırdıq. Daha doğrusu mənə imkan vermədən, hər işi özü etdi. Məndən çox o yorulurdu. Həm işi həmdə evdəki işləri bitmək bilmirdi. Aşağı əylib dura bilmirdim deyə, bütün paltarlarıda o asırdı. Ütünün istliyi məni vururdu deyə, paltarları O, ütləyirdi... Və buna bənzər bir necə seyidə Ayaz edirdi. İndidə çöldə olan paltarları səbətə yığıb gətirərək səliqə ilə otağıməzda qatlayırdı. Məndə ona baxırdım.

"Xırda, mənə niyə elə baxırsan"

"Yorulursan... Hər seyi eyni anda idarə etmək çətin deyil?"

"Mən bunu məcburiyyətdən etmirəm. Həvəslə edirəm, sevdiyim qadına kömək edirəm"

"Həə, dərslərə kömək etməyin azmış kimi birdə, ev işlərinədə kömək edirsən. Hələ fizoterapiyalarda yanımda olursan. Daha nə edəsən? Öhdənə düşməyən seyi belə edirsən. Ailəmin etmədiyini, qızlarının xəstə olduğu veclərinə belə deyil"

"Bu söhbətlərə daha nə qədər qayıdacaqsan? Başa düş, sənə hec kimsə lazım deyil. Bu xəstəlik ilə yaşamağı öyrənməlisən. Neqativ hec nə düşünmə, son nəfəsimizə qədər birlikdə olacağıq biz"

"Son nəfəsimizə qədər deyil, son nəfəsinə qədər deməli idin. Məndən sonra həyat davam etməli sənin üçün. Ardımdan mənim yasımı tutmağını hec istəmirəm"

"Gəl, bu söhbətləri hec etməyək. İmkan ver işimi görüm mən"

"Reallıq budu. Əlindəki işi at yanıma gəl" dedim çarpayının boş qalan yanını əlim ilə işarət edib. İşin yarıda saxlayıb, yanıma gələrək oturdu. Hansı cəsarət iləsə ona bir sey demeli idim. Necə deyəcəyimi isə hec bilmirdim. Mən nə qədər yaşacağımı bilmirdim. Bəlkə 1 il ömrüm qalmışdı, bəlkədə 15 il...
Amma mən getdikdən, sonra onu həyata bağlamaq üçün bizim bir körpəmizin olmağı şərt idi.

"Məənn səni istəyirəm..."dedim başımı aşağı əyib

"Məndə səni istəyirəm, bu idi deyəcəyin?"dedi gülümsünürək

"Ayaz, elə yox"

"Bəs necə? İstəməyində başqa cürəsi olur?"

"Off! Başa düşdə"

"Asya aydın desən, inan hec nə başa düşmürəm"

"Bərabər olaq deyirəm! Başa düşdün indi?!"

"Nəəə?" deyə bir reaksiya verdi

"Sevdiyin qadına toxunmaq istəmirsən?"

"Sevmək birinə toxunmaq deyil. Həm sənin ağılına belə sey hardan gəldi?"

"Məcburuq buna... Başa düşürsən, məcburuq... Mən sabah başıma nə gələcəyini bilmirəm. İstəyirəmki mən getdikdən sonra, məndən bir parçan olsun bu həyatda. O parçaya baxaraq, həyata tutunasan"

"Bu dəqiqə ölcəkmişsən kimi danışma! Qarşında hələ çox gözəl anlar olacaq sən. Sən olmadıqdan sonra o körpəni neynirəm mən?!"

"Çox sey istəmirəm səndən, məni başa düş yetər. Bu mövzuda üstümə gəlmə"

"Əminsən buna?"

"Əminəm" deyibdə ona tərəf daha çox yaxınlaşdım. Nə qorxu, nə də bir həyacan vardı. İşin içində Ayazın məndən sonraki gələcəyi var idisə, hər sey boşuna idi. Dodaqları dodaqlarım ilə qovuşduqda, içimi böyük qəhər basdı. Ağlamaq istəyirdim amma, ona qarşılıq verməli idim. Dodağıma duz dadında su dəydikdə, yumduğum gözümü aralayıb, dayanaraq Ayaza baxdım. Onun gözlərində gördüyüm, göz yaş damlaları mənimdə səhərdən bəri tutduğum göz yaşlarımı yanağıma axtdı. Dayandığımı gördükdə, gözlərini açıb mənə baxaraq üzümü ovucları arasına alıb "Buna məcbur deyilik, birdənəm. Möcüzənin baş verəcəyinə inanıram mən "dedi

"Möcüzə gəldiyi günə qədər, biz hər seyə məcburuq"dedim

Məcburiyyət hissi qədər, ən aciz ikinci bir hiss tanımırdım mən...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 6 433
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri