Gülümsə Qadın (13-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 4 044
Səs ver:
(səs: 0)
Sözünün ardını eşitmək istəmirdim mən. Mənə qarşı hiss etdiyi, duyğular düz deyildi.

"Allah xətrinə sus Ceyhun. Gerisini eşitmək istəmirəm mən. Sən mənə dostluq təklifi etmişdin indi isə qarşıma keçib, mənə dediyin sözlərə bax"dedim

Məyus etmişdi məni... Bu qədərini deyə bilərdim sizə.

"Bacarmıram... Daha hisslərimi gizlətməyimi bacarmıram mən! Əvvəl xoşlandığımı hesab elədim. Dünən gecə bu işin xoşlanmaqdan daha irəli bir hiss olduğunu başa düşdüm. Səndən bir cavab gözləmirəm mən. Sadecə sənə qarşı olan hisslərimi sənə açıqlayaram"dedi

Gözləri mənə nigaran qalmış bir baxışlar ilə baxdı. Mən isə gözlərinin içində dediyi sözlərin həqiqət olub olmamasını axtardım. Gözlərinin dərinlikləri başqa cür baxırdı bu dəfə. Qorxaqlıq adlandıra bilməzdim, amma ondan daha aşağı bir hiss bəxş edirdi mənə.

"Kaş xoşlanmaq hissində qalsaydın. Daha irəlisi ola bilməz bizim aramızda. Mən sənə elə hisslər bəsləmirəm. Səndə mənə bəsləmə"dedim

"Bacarırsansa, gəl özünü bu ürəyimdən çıxart at"deyərək əlini ürəyinə yerləşdirdi.

"Ceyhun daha çox irəli getmə! Başa düş sənlə məndən hec nə alınmaz. Olan sey var, olmayan sey var. Biz olmayanıq... Bunu qəbullan"

"Niyə alınmaz?! Tutarlı səbəb göstər, məndə bilimki bizdən niyə alınmaz. Məni bu dəqiqə sev demirəm. Mənə şans tanı deyirəm. O dəqiqə qırıb, atma deyirəm"

"Ceyhun, çətin yola girmə. Bu yollar sənin üçün deyil. Sənin yolun başqadı. Mən səni çətin vəziyyətdə qoymaq istəmirəm"

"Sən olmayan yolu neynirəm mən?! Məndən özünü məhrum etmə... Buna dayan bilmərəm. Həyatıma girdiyin andan etibarən, gündüzümdə sən oldun, gecəmdə... Tək sən deyil... Mələkdə mənim həyatımın bir parçası oldu. Sən mən birdə Mələk... Bizdən bir ailə ola bilər... Qızım yoxdu... Amma onu qızım kimi sevdim... Bir qızım olsaydı, ancaq bu qədər çox sevərdim. Sən de xoşbəxt olmağa haqqınız yoxdumu sizin?"

Verdiyi sual qarşısında çarəsiz qaldım. Qızımın daha çox xoşbəxt olmağa haqqı vardı. Ancaq Ceyhunun görə bilmədiklərini mən görürdüm. Onu çətinliklərə atmaq istəməzdim

"Gördüyün yuxudan ayılmaq vaxtıdı. Mən boşanmışam bir qadınam. Üstəlik yanında 4 yaşlı qızı olan bir qadınam. Sən isə subay bir oğlansan. Burda hansı sevgidən söhbət gedə bilər?! Mən belə seyi qəbul edə bilmərəm. Aramızda hec bir şansdan söhbət gedə bilməz"
deyib qarşısında dik durmağa çalışdım. Onu əsəbləşdirmişdim... Yanından keçib, çölə çıxması üçün qapını açdım. Uzun uzadı mənə olan baxışlarından sonra qapı kənarına yaxınlaşdı. Üzümə olduqca qatı bir ifadə ilə baxıb "Səndəndə, qızındanda əl çəkməyəcəm..." deyərək yanımdan keçib getdi. O getdikdən sonra qapını möhkəmcə örtdüm. Dediyim hec nə onu yolundan döndərməyəcəkdi. Mən və mənim beynim isə çox qarışıq idi. Ona qarşı nə hisslər kecirtdiyimi belə bilmirdim. Etdiyi xoş hərəkətlərə aldanacaq biri deyildim. Qarşıma qoyduğum qadağalarım vardı mənim. Kimisə sevib həyatıma almaq yox idi. O, isə həyatıma daxil olmağı bacarmışdı. Səhvmi etdim deyə düşünürəm... Dünən onu evə çağırdım, deyə səhvmi etdim? Qarşısında ağlamasaydım, bunların yaşanmayacaqdı bəlkədə...

1 həftə sonra
Bu gün bazar günü idi. Yəni, bizim ev günümüz. Bu 1 həftə mənim üçün olduqca yorucu keçirdi. İlk səbəb, Ceyhunun etdiyi sevgi etirafı idi. İşin qəribə tərəfi, bir həftə idi nə mənə yazırdı nə də ortalıqda görünürdü. Əl çəkmişdi...
Dediyi sözlərin boş olduğunu beləcə görmüş və bilmiş oldum. Mələyədə xarici ölkəyə gedib, orda danışa bilmir deyə yalan demişdim. Məni qızıma yalan deməyə məcbur buraxmışdı. Mələk isə yalanıma inanmışdı. Onu soruşmurdu... Növbəti yorğunluğum, Xəqani idi. Son günlər, mənə ancaq xoş rəftar göstərirdi. Amma göstərdiyi xoş rəftarı hec sevmirdim. Mənlik deyildi, bele islər...
Pəncərədən çölə baxıb dururdum. Yuxarı mərtəbəyə yeni bir qonşu köcəkdi. Onun ev əşyalarını binaya daxil edirdilər. Görəsən yeni qonşumuz kim olacaqdı. Mələk otağından çıxıb gülərək yanıma gəldi. Üzündəki gülüşün səbəbi nə idi bilmirdim

"Qızım nə yaman belə gülürsən?"

"Hə, ana çünki çox sevincliyəm"

"Bilmədiyim nəsə var?"

"Az sonra biləcəksən"

"Mələk uzatmadan de görüm nə olub"

"Deyə bilmərəm gələndə görəcəksən"

Kim gəlirdi? Mələyin dediyi hec nədən bir sey başa düşə bilmədim. Bu sırada qapı döyüldü. Mələk məndən qabaq gedərək qapının kənarında durub, gülməyə başladı. Var idi bu işdə bir tərslik. Qapını açdıqda, qarşımda Ceyhunu gördüm. Bu necə olurdu?

"Salam. Yeni qonşuna içmək üçün bir bardaq su verə bilərsən?"dedi

Yeni qonşumu?
Bu binaya köçən yeni qonşu, O idimi?

"Ceyhun, mənə deməki yuxarda olan evi sən almısan"

"Yeni qonşunuz mənəm, Gözəl"

1 həftə idi ortalıqdan yoxa çıxma planları. Mələyin onu məndən soruşmaması... Hamısı onun başının altından çıxışdı. Yalnız işdə yanımda olduğunu düşünərkən, birdə eyni binada onunla yaşacaqdıq.

"Əl çəkməyəcəksən hə?!"dedim bədənimə gələn əsəblə

"Mənim kitabımda, əl çəkmək kimi bir cümlə yoxdu. Bu 1 həftədə sizi daha çox sevdim həmdə"deyərək açılmış yarı qapını tam açıb icazəsiz içəri keçdi. Mələyi qucağına alıb bir birlərinə möhkəmcə sarıldıqdan sonra "Çox darıxmışdım sənin üçün"deyib üzünə möhkəm öpüş qondurdu. Mələk "Evini görmək istəyirəm" deyərək Ceyhun sac ucları ilə oynamağa başladı.

"Evini deyil, evimizi... Ora sənində evindi"

Uşağın beynin nəylə doldururdu!

"Onun evi deyil. Onun evi buradı. Sən get evinin başında dur bir zəhmət!"

Mələyi qucağından aşağı düşürdüb, gülərək qarşıma keçib, acıqca "Evimizdi" dedi.

"Ev, ev deyib mənim əsəblərimi korlama. Bir qonşu olmadığın qalmışdı oda oldu. Yuxu kimisən vallah! Hər an hər yerdən çıxırsan"

"Sənin əsəbləşməyənə belə xəstəyəm, desəm mənə nə reaksiya verərsən?"

"Olma! Xəstə falan olma. Mən səndən hec nə istəmirəm!"

"Həqiqətən deyirəm, əsəbinə belə vurulmuşam. Çox şirin əsəbin var. Oyy mənim əsəbi sevgilim"

"Nə sevgilisi?!"

"Özümü hazırlaşdırıram. Gələcəkdə təklifimi qəbul etdikdə, yadırğamayım deyə indidən sevgilim deyirəm. Sən nə də olmasa 2060 ci illərdə qəbul edərsən bu təklifimi. O vaxta qədər öz özümə sevgilim deməyə davam edəcəm sənə"

Bir anda özümü boş və mənasız qurduğu cümləyə gülərkən tapdım. Özümü yığışdırmağa başladıqda "Hə, birdə əsəbdən sonra üzündə yaranan bu gülüşdə sevirəm sevgilim"dedi. Sevgilim, deməkdəndə əl çəkməyəcəyi dəqiq idi

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 044
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri