Gülümsə Qadın (16-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 3 594
Səs ver:
(səs: 0)
(Gözəl'in dilindən davam)
Ağlımı daima 'Biz olmazdıq, bizdən olmazdı...' sözləri çalxalayırdı. Ürəyim isə əksini deyib dururdu. Mən isə ürəyimə, yenik düşmək istəmirdim. Ən son ürəyimin səsinə qulaq asdıqda, tək başına qalmışdım. Hər insan xoşbəxtliyi haqq edir. Məndə edirdim... Amma indi zamanı deyildi...
Unudmağa çalışırdım onu... Oda alınmırdı... Sevirəmmi? Buna dəqiq bir cavabım yoxdu...
Bir tərəfim ona doğru, kəpənək misalı uçarkən digər tərəfim ona qarşı ucan, qanadlarını sındırırdı. İndidə yenə eyni vəziyyət yaranmışdı aramızda. Ailəsi ilə bir problem yaşamasın deyə, ondan uzaq durmaq istəyirdim. Bacarmırdım... Qonşum olmuşdu mənim... İndi isə mənim evimdə axşam yeməyində idi. Mən isə onun qollarının arasında... Mənə yenidən bir qadın olduğumu xatırlatmışdı... Bir qadının qayğıya, istəyə o qədər ehtiyyacı var ki... Ceyhunda, mənə bunları bəxş edirdi...
Belimdən tutuşu, alınını alnıma yaslaması məni ona tərəf çoxdan çəkmişdi. Artıq, hec bir hərəkətin görməmişdim... Gözlərimə baxıb, icazə alaraq adımlar atırdı. Hər seyi mənə unutdurmağa çalışırmış kimi...
Alınımı alınından çəkməyi bacarıb, gözlərinə baxdım. Hələdə, gözlərini açmamışdı... Göz qapaqları oynayırdı... 'Məni niyə sevmişdi?' deyə keçirtdim indi içimdən... Bu adam məndə nə tapmışdı? Bir əlimi üzünə yaxınlaşdırıb, zərifcə toxunaraq üzünü oxşamağa başladım. Üzündə təbəssüm yaranmağa başladı. Göz qapaqlarını aram - aram açıb mənə baxdı. Onunla baxışlarımızın kəsişməsindən xoşum gəlir. Mavi gözlərimə, açıq qəhvəyi rəngli gözləri ilə olduqca mənalı baxırdı. Baxışlar, vacib idi... Bir baxış, bəzən min sözü əvəz edirdi

"Unutma səndə... Səndən unutmağını istəyən yoxdu. Sənə məni sev demirəm... Amma özünü məndən uzaq tutma" dedi

Belimdə olan bir əlini çəkib, üzünü oxşadığım əlimdən tutaraq ovuc içimi öpməyə başladı. Gözü qolumdaki qolbağa sataşdıqda, üzündəki təbəssüm daha artdı. Bir az daha belə vəziyyətdə qalsaydıq, onu sevəcəkdim mən.
İnsan insana, bu qədər gözəl təbəssüm etməməlidi...

Boşda qalan əlimi qolunun üstünə gətirib, geri durmağa çalışdım. Nə istədiyimi başa düşdüyü üçün, belimdə olan digər əlini çəkdi. Məndə arxa - arxaya gedib "Salatını hazırla sən. Mən Mələyə baxıb gəlirəm"dedim. Sərt bir sey deməmişdim. Özümdə özümə təcüblənmişdim.

"Sən qaç məndən... Bir gün qaçacaq yerin olmayacaq. O gün, sən məni sevəcəksən" dedi

"O gün gələnə qədər, qaçmağa davam" deyərək yanından keçdim. Salatı hazırlamağa başlayarkən, Mələyin otağına gəldim. Mələk çarpayısında uzanmışdı. Onu nəyin incitdiyini bilirdim. Onun üçün yanına uzandım. Mənə baxmayıb, tavanı izləyirdi.

"Ceyhun getdi ana?"dedi

O qıza görə, Ceyhundan küsmüş ola bilərdi. Hətda, eləydi... Məndə onun kimi olmuşdum. Ceyhun mənlə danışdıqdan sonra, yumşaldım. Bir tərəfim ona inanmaq istədi. Bizə yalan danışmaz, dedi... Ya da inanmaq mənim işimə gəlmişdi

"Yox qızım. Sənin üçün yeməyə salat hazırlayır. Ondan küsmə sən"

"Küsəcəm. O bizi istəmir. Bu gün gələn qızı istəyir"

"Qızım, elə sey yoxdu. O, qız onun uzaq qohumudu. Ceyhuna baş çəkməyə gəlib. Ceyhun ən çox səni istəyir"

"Düz deyirsən ana?"

"Sənə yalan danışdığımı görmüsən hec?"

Bu sualı verməyim ilə, gözüm Mələyin qoluna taxıldı. Qolu boş idi... Qolbaq yox idi...
Ceyhunda, qapını döydü.

"Gələ bilərsən"dedikdə uzandığım yerdən dikəldim. Ceyhun yavaş adımlar ilə içəri keçib, Mələyin yanına gəldi.

"Ceyhun gəldi. Onu qucaqlamayacaqsan?" dedim araların yumşaltmağa çalışıb. Nə qəribədi, bir vaxtlar Ceyhunu ondan uzaq tutmağa çalışan mən idim. İndi isə Ceyhunu ona daha çox yaxınlaşdırırdım. Ceyhun əllərindən tutmağa çalışıb "Qucaqlamayacaqsan?" deyə soruşdu. Mələk isə dodaqlarını büzmüşdü. Ceyhununda gözü eyni ilə mənim kimi qoluna sataşdı. Qolbağı qolunda görmədi... Ceyhunun nece pis olduğunu sizə sübut edə bilməzdim. Amma gözlərində yaranmağa başlayan boşluq, mənə bunu izah etmişdi

"Qolbağın hardadı?"dedi səsi titrəyərək. Səsi titrəmişdi... Mələk "Qırıb, atdım..."dedikdə şoka düşdüm. Bunu necə etmişdi?

"Qırıb atacaq, qədər səni incitdim mən? Sən məni çox sevirdin axı... Niyə etdin belə bir seyi?"

"Küsmüşdüm səndən onun üçün"

"Bəs indi? Hələdə küssən?"

"Küs idim. Anam mənlə danışana qədər"

Mələk mənə dönüb baxdıqda, Ceyhun öz qolunda qolbağı açıb, Mələyin qolunu özünə tərəf çəkib qolbağı onun qoluna bağlayaraq "Məndən küsmə... Küssən belə, bu qolbağı qolundan hec vaxt çıxardıb atma. Səni necə çox sevdiyimi bilmirsən hələ sən"dedi. Ayağa qalxıb, alınına bir öpüş qonduraraq getmək üçün çevrildi. Nə yəni gedirdi? Otaqdan çıxar çıxmaz məndə arxasıyca çıxdım.

"Hara gedirsən, Ceyhun? Yemək yeyəcəkdik biz hələ" dedim qapı ardına gəlib çatdıqda.
"Sizə nuş olsun. Mən indi getməliyəm" dedi ayaqqabılarını geyinərkən. Bu qədərmi pis olmuşdu?

"Mələk hələ uşaqdı. Nə etdiyini, hec özüdə dərk eləmir. Ona görə gedirsənsə, səhv edirsən" dedim onu saxlmağa çalışıb

"Mən hec ondan inciyə bilərəm? Mələk dediyi hər seydə haqqlıdı... Şəhla evimə qədər gəlməli deyildi. İndi gedib, evimə qədər girməsinə şərait yaradan hər kəsdən hesab soruşacam"

Səsi hələdə düzəlməmişdi... Titrəməyə davam edirdi... Əlini qapının qulpuna dəydirdikdə, əlimi əlinin üstünə qoydum. Pis olmasını, istəmirdim... Bizim yaxşı olmağımız üçün çalışan insan, indi yerlə bir olmuş kimi idi. Ona tərəf yaxınlaşıb, sağ yanağına dodaqlarımı basdıraraq kicik öpüş qondurdum. Yanağına qondurduğum, kicik öpüş ilə belə gözlərini anında yummuşdu. Nə qədər, ülvi hiss ilə sevirdi məni... Əlini əlinin üstündən çəkib, geri durduqda gözlərini açdı. Əlini üzünə toxundurmağa başlayıb "Öpən, dəqiq sən idin hə?"dedi. Başımı yellətmək, ilə kifayətləndim. Ona sadecə güvən vermək üçün, yanağından öpmüşdüm. Kimsəsiz qaldığını düşünməməsi üçün... Mələyin qolunda o qalbağı görməməsi, onu yaralamışdı...

"Niyə öpdünki, sən məni?"

"Öpüşümü geri alıram! Bu necə sualdı?"

"Niyə öpdün? İndi bütün saniyələrimi bunu düşünərək keçirdəcəm... Məndə dərin izlər, qoymağa davam edirsən... Yazığın gəlmir mənə?"

"Çoxda düşünəcək bir sey yoxdu. Altı - üstü yanağından öpdüyüm kicik bir öpüş idi. Özünü elə aparırsanki, sanki sevgilin falan hec olmayıb"

"Sevgilim olub... Amma bu hissi hec birində yaşayıb, keçirməmişəm. Onlar kecici olub, sən isə qalıcısan... Çünki, səni sevirəm. Səni ürəyimin hər atışında, səhər ayıldığımda, axşam yatdığımda, səsimin titrəyişində belə sevirəm. O mavi gözlərin ilə, mənə baxırsan ha bax onda özümü buludların üstündə hiss edirəm. Mənə bu hissləri yaşatdığın üçün, sənə minnətdaram"

Sözlərinin təsirinə qapanıb, gedərkən qapını açaraq evdən çıxdı. Qapını bağlayaraq, qapıya yaslandım. Atdığın addımın səhv ya düz olduğunu hələdə dərk edə bilməmişdim. Lakin, bilmədiyim bu yolda özümü xoşbəxt hiss edirdim...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 594
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri