Yeraltı Bənövşə (3-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 4 074
Səs ver:
(səs: 1)
Sözünü deyəndən sonra dənizin uzaqlarına baxmağa başladı. Uzağa, çox uzağa...
Elə an gəlirki, insan uzağa baxmağı deyil, uzağa getməyi istəyir. Bir yol olsa gedərsiz? Məncə hər insan bir dəfədə olsun, getməyi çox istəyib...

Yenə özüm üçün psixoloji damarım tutmuşdu. Bir insanın sakitliyi, uzağa dalması hec xoş bir seyin xəbərçisi deyildi. Onun üçün çəkinərəkdə olsa "Yaxınlarından kimisə itirmisən?"dedim. İtirmiş olduğu o qədər bəlli idiki... Dərin acılar çəkən, dərindən yara alan hər zaman təbii bir gülümsəmə ilə içdən gülümsəməyə çalışardılar. Bu bəzi hallarda alınardı, bəzi hallarda yox. Gözünü baxdığı uzaqlıqdan çəkib, əllərini dizlərinin üstündə yerləşdirdi. Barmaqlarını açıb bağlayırdı... Mənə kimi itirdiyini demək istədiyinin göstəricisi idi bu. Ancaq yaşadığı hadisləri beynindən fragment kimi keçirdiyindən hec nə deyə bilmirdi

"Yunis səhv bir sey dedimsə bağışla məni" deyərək fikrini həmin hadisədən ayıltmaq istədim. İnsanın adı ilə səslənmək, onu fikirdən azda olsa uzağa çəkə bilmək idi. Hər insan öz adına rekasiya verərdi...

"Bacımı... Bacımı itirmişəm"deyib əllərini dizlərindən çəkərək, üzünə gətirdi

"Allah rəhmət eləsin... Nəydən rəhmət gedib?" dedim. Birinin yarasını qanatdığımın fərqində idim. Lakin, itirmə səbəbini bilmək istəyirdim. Bu ölüm mənə hecdə sadə bir ölüm kimi gəlməmişdi

"Səbəbini bilmək istəmərsən... Pis olmağını istəmərəm"dedi mənə baxaraq

"Mən psixoloqluğu oxuyuram. Narahat olma mənim üçün. Mənimlə danışa bilərsən"

"Təsir altına düşəcəksən"

"Ağır bir ölüm olub hə?"

"Ağırdan daha betər... 5 ildi vicdanım dinmir. 5 ildi zülüm çəkirəm... Son istəyi üzümdən gülüşün hec vaxt əskik olmaması idi. Ona görədə acıda olsa gülümsəməyə çalışıram"

"Təxmin etdiyim seydi məncə... Bu... Bu çox acıdı"

"Ən acısı onu qoruya bilməməyim oldu. Özümə qardaş deyib ortalıqda gəzdiyim vaxtlarıma çox heyifim gəlir. Əgər zamanı geri qaytara bilsəydim... Əgərki belə secənəyim olmuş olsaydı, o günü dostlarım ilə gəzintiyə getməmiş olardım... Bacımın yanında qalardım"

"İçindən keçənləri danış mən dinləyəcəm səni" dedim asta çıxan səsim ilə. Yavaşdan - yavaşdan öz gözlərim dolmağa başlamışdı. Necə bir sey olduğunu, bilirdim artıq. Yunis dənizin havasını içinə çəkib, sonra nəfəsin çölə buraxdı. Dodaqlarını dişləməyə başlayıb "Bacımda dənizi çox sevərdi"dedi

"Mən o günün dostlarım ilə Qaxa istirahətə geymişdim. Telefonumda sönülü idi... Xəbəri aldıqda, bacım dünyada yox idi artıq. 18 yaşı vardı... O əclaf yoxluğumdan istifadə elədi... Bacımı evimizin girişində alıb başqa yerə götürüb. Sonrası təcavüz... Sonrası ölüm...
Sən xatırlamazsan bəlkədə, televizora qədər gəlib çıxdı bu hadisə. Ədalət deyə - deyə ömrümü bitirdim mən. Faydası var? Bacım geri qayıtdı? Hec biri baş vermədi... Böyük və yeri hec vaxt dolmayacaq bir boşluq var içimdə"

Daha deyiləsi bir söz qalmamışdı... Mənim yanıma buna görə gəlmişdi... Məni O, 2 oğlandan qorumaq üçün yanıma oturmuşdu... Necədə böyük qəlbi var idi. Gözümdən yanağıma axan bir damlanı O görmədən silmək istədim. Hanı bəs psixoloq soyuqanlı olardı? Mən ilk dəqiqədən ağlamışdım... Göz yaşımı sildiyimi gördüyündə "Səndən psixoloq olan deyil, peşəni dəyişdir"deyib acı içində bir təbəssüm etdi. İlk pasiyentim olmuşdu... İlk dəfə üçün bir damla göz yaşı o qədərdə pis deyildi

"Belə bir seydə nə deyilər hec bilmirəm... Təsəllisidə yoxdu... Allah səbrini versin deyə bilərəm"dedim

"Hec bir qadının buna görə ölməsini istəmərəm. Hec bir ana atanın buna görə ürəyinin yanmasını istəmirəm. Qadınların çox güclü olmasını istəyirəm. Özlərini qoruya bilməsini, tək qaldıqda başlarına bir çarə qılıb baxmaqlarını istəyirəm... Çünki, şərəfsizlər azalan deyil...! Hər kəsi qorumaq gücünədə mən sahib deyiləm..." dedi

İçim bu söhbətdən sonra parça - parça olmuşdu. Havanın qaranlığıda məni qorxutmuşdu. Daha çox gec olmadan, evimizə getməli idim. Və nədənsə yadıma Araz düşmüşdü... Məncə qadın özünü qorumağı bacarmalı idi. Mən Araz haqqında bir tədbir görməli idim

"Səni təkrar gördüyümə sevindim Yunis. Sabah kursda görüşənə qədər" deyərək ayağa qalxdım. Oda ayağa qalxıb "Evin uzaqdadı?"dediyində, kicik bir burxunluq ilə ona gülümsədim

"Yox uzaqda deyil. Şərhərin mərkəzindədi. Çox sağ ol hər sey üçün" dedim

"Onda görşünə qədər" dedi

Arxamı çevirib irəli getməyə başladım. Getdikcə dönüb ona baxmaq istəyirdim. Bu hiss içimdən əl çəkmirdi. Hissimi içimdə çox basdırmadan, arxama dönüb baxdım. Və hələdə mənə baxdığını gördüm. Əlini qaldırıb sağ ol etdikdə, məndə əlimi qaldırıb ona sağ ol etdim. Sonra düz yoluma çevrilib, yolumu getməyə başladım. Təsüdüfən tanış olduğumuz insanlar, bizlərdə qalıcı bir iz buraxırdı. Birinin həyat hekayəsinə şərik olmaq, insanı daha çox müdürükləşdirdi. Hər həyatda bir insan, hər insanda bir hekayə vardı. Siz necə, həyatınızdan razısız?

Evə gəlib çatdıqda, öz otağıma çəkildim. Bu otaqda mənim boşluğum idi. Boşluğuma sığındığım tək yerim... Beynimdə necə həyatların var olduğunu, götür qoy edirdim. Bəzən biz yaşadığımız öz həyatımıza şükür etməli idik. Özümün boş düşüncələrimə qapanıb getdiyimi gördüm. Yuxu deyə - deyə illərdi ortalıqda gəzirdim. O oğlanı görmə ehtimalım yox idi. Yuxunu unutmağın vaxtı idi? Çəkdiyim rəsmə yaxınlaşıb, yuxumda gördüyüm həmin oğlana baxdım. Bəlkə bu gün tam zamanı idi. Onu tamamlayacaqdım... Tamamladıqdan sora məndən bitib gedəcəkdi. Daha bu işgəncəni çəkməyəcəkdim...

Bu gün şənbə günü olduğundan univeristet yox idi. Kursun vaxtıda səhər saatlarına keçirilmişdi. Yuxudan durmağı bu gün özüm üçün problem etsəmdə, məcburi bir şəkildə ayağa qalxdım. Gözlərim axşam tamamladığım rəsmə tərəf çevrildi. Bu rəsmi niyə çəkdim? Rəsm kursuna bunun üçün yazılmamışdımmı? Hec kimi bu mövzuda aldada bilməzdim... Beynimə taxdığım burdan bəlli olsun sizə...
Saclarımı darayıb, hər zamanki ətirimdən vuraraq otağımdan çıxdım. Anam təmizlik etmək ilə məşğul idi. Təmizliyi çox sevərdi...
Üzünə möhkəm bir öpüş qondurub, evdən çıxdım. Dünəndən sonra bu gün Yunis ilə təkrar üz - üzə gələcəkdim... Acılarını necədə içinə atmağı bacarmışdı... Mən olsaydım, qışqırıb bağırardım. Onun ruhuna sahib olmazdım... Bəlkədə elə acıya sahib olduğu üçün, o ruhda idi... Bu haqqda tam bir fikirim yoxdu... Evdən çıxıb irəllədikdə, canım şokalad çəkdi. Ara sıra məndə şokalad yemə istəyi tuturdu. Özümə əngəl olmağa çalışsamda alınmırdı. Qəribə xasiyyətlərim var idi... Kursa getməli idim, ancaq o şokaladı yemədən gedə biləcəyimidə hec düşünmürdüm. Fikirləşmədən qarşımda dayanan marketə daxil oldum. Gündəlik burdan alış veriş etdiyimizdən satıcılar məni tanıyırdı. Çox sevdiyim şokaladların hərəsindən bir iki ədəd alıb üzülərinə baxmağa başladım. İçindəkiləri necə yeyəcəyim haqqında xəyallara qapandım... Gözümü şokaladlarımdan çəkdiyimdə məndən bir az aralıda olan oğlanın şalvarının arxa cibinə pul qabısını qoyduğunu gördüm. Ancaq pulqabı yerə düşdü... Bir çox sey alıb, əlinə yığdığından xəbəri olmadı. Oğlan irəli addım atdıqda, onun əvvəl olduğu yerə gəlib pul qabısını əlimə alıb irəlli addım ataraq
"Heyy pul qabınız yerə düşdü" deyib pul qabısını yuxarı qaldırdıqda, oğlan dönüb mənə baxdı. Oğlanı görməyim ilə dodaqlarım aralandı... Bu həqiqət idi? Ya mən yuxu görürdüm?

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 074
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri